Pentaqon təkzib etdi: Ermənistan olmayacaq!
Ermənistanın "Defender 23" hərbi təlimlər sırasına daxil edilməsi sadəcə olaraq Pentaqonun daxili mətbuat xidmətinin səhvi olub.
Bu barədə ABŞ Müdafiə Nazirliyi "Amerikanın səsi"nin sorğusuna cavab olaraq bildirib.
Pentaqondan qeyd edilib ki, Ermənistan tərəfi "Defender 23" təlimində heç vaxt iştirak etməyib və iştirakçılar siyahısına daxil edilməməli idi.
Xatırladaq ki, Ermənistanın NATO təlimində iştirak edəcəyi barədə məlumat Rusiyanın kəskin narazılığına səbəb olub. Bundan sonra Ermənistan Müdafiə Nazirliyi "Müdafiəçi-2023" (Defender 2023) hərbi təlimində iştirakı edəcəyi barədə məlumatın doğru olmadığını açıqlayıb.
Buna baxmayaraq, Ermənistan MN 2023-cü ildə ABŞ ordusunun Avropadakı komandanlığı tərəfindən təşkil edilən iki təlimdə - KFOR və "Saber Junction" - iştirak etməyi planlaşdırdığını bildirib.
Axar.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1919 Tarix: 09 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyədə uşaqlar üçün sosial media qadağası rəsmiləşdi
Türkiyədə noyabrın 1-dən etibarən uşaqların sosial şəbəkələrdən istifadəsinə dair yeni məhdudiyyətlər tətbiq ediləcək. xəbər verir ki, bu barədə müvafiq qərara istinadən "Resmi Gazete" məlumat yayıb. Sənədə əsasən, sosial media platformaları 15 yaşından kiçik olanlara xidmət göstərə bilməyəcək
10 oktyabrRus ordusu bu ərazini tutdu
Rusiya ordusu Xarkov vilayətinin Kiyanitsa yaşayış məntəqəsini tutub. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
9 oktyabrTramp Ağ Evə yeni mətbuat katibi təyin etdi
"Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin etməkdən şərəf duyuram" . xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib. "Keti hazırda Truth Social-da Baş Kommunikasiya Məsləhətçisi vəzifəsində çalışır və burada uğur qazanıb". [hh4-unikal]
10 oktyabrƏrəblərin milyonlarla dollar xərclədiyi 5 lüks alış
Ərəb dünyasının varlı şəxslərinin milyonlarla dollar dəyərində alışları diqqət çəkir. Onların arasında rekord qiymətə alınan avtomobil nömrəsi, lüks yaxta və dünya şöhrətli rəsm əsəri də var. Axşam.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlarda ərəb milyarderlərinin və şahzadələrinin ən bahal
10 oktyabrCənubi Koreya Ukraynadan səfirini geri çağırır
Cənubi Koreya Ukraynadakı səfiri Pak Hi Çxanı geri çağıracaq. "Report" "Yonhap"a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, hökumət Ukrayna Prezidenti Volodimir Zelenskinin Şimali Koreya əsgərlərinin təhvil verilməsi barədə so
8 oktyabr