"Niyə bəzi insanlar olduğundan daha gənc, bəziləri isə daha yaşlı görünür?

"Niyə bəzi insanlar olduğundan daha gənc, bəziləri isə daha yaşlı görünür?Gənc qalmaq hamımızın ən böyük arzusu olsa da, qocalmaq da qorxularımızdan biridir. Yeni tanış olduğunuz birinə "Səncə mənim neçə yaşım var?" sualını verin. Zaman-zaman özümüzü həmyaşıdlarımızla müqayisə edirik, kimin daha gənc göründüyünü öyrənməyə çalışırıq və ya yaşını bildiyimiz insanların görünüşünə baxaraq, necə bu qədər cavan görünə biləcəyini düşünürük.

Bəs necə olur ki, bəzi insanlar olduğundan daha gənc görünür, bəziləri isə daha yaşlı?

Bu məqamda elmi tapıntılar və araşdırmalar bir çox cəhətdən bu sualın cavabını verə bilir.

Yaşlanma, bioloji prosesdir və hər bir canlı təbii olaraq qocalacaq. Bu arada, maraqlı olan şey, fiziki görünüşün insandan insana necə dəyişməsidir, ancaq görünüş yaşla dəyişən tək şey deyil. Hollandiyada aparılan araşdırmada real yaşından ən az 5 yaş kiçik görünən insanların idrak qabiliyyətlərinin digər insanlara nisbətən daha inkişaf etdiyi sübut olunub. Onlar həmçinin eşitmə itkisi, osteoporoz və katarakt kimi yaşa bağlı xəstəliklərdən 25% daha az əziyyət çəkirdilər. Ancaq real yaşından daha yaşlı görünən insanlarda yaşla bağlı xəstəliklərin riskinin çox yüksək olduğu müəyyən edilib. Olduğundan daha gənc görünən insanların orqanları, zehni və bədəni bu istiqamətdə çox daha sağlamdır.

Bəzi insanların niyə yaşlı, digərlərinin isə daha gənc göründüyünü anlamaq üçün bu iki yaş tipinə, xronoloji və bioloji xüsusiyyətlərə diqqət yetirmək lazımdır. Xronoloji yaş yaşadığımız illərin sayı olsa da, bioloji yaş hüceyrələrimizin və toxumalarımızın yaşına aiddir. Xronoloji yaşı dəyişmək mümkün deyil, ancaq pəhriz, idman, siqaret, yuxu keyfiyyəti kimi faktorların təsiri ilə bioloji yaşı irəli və ya geri çəkmək mümkündür. Bu məqamda vərdişlərimizin qocalma prosesinə böyük təsir etdiyini söyləmək olar. Genetikamızdakı dəyişikliklər bioloji yaşı təyin etmək üçün açardır. Bu mərhələdə iki fərqli hadisəyə baxan tədqiqatçılar əvvəlcə xromosomların bir hissəsi olan telomerləri araşdırıblar. Bədənimizdəki hər bir DNT ardıcıllığı genetik məlumat daşıyan xromosomların birləşməsi ilə əlaqəlidir. Elm adamları isə bu telomerlərin artan xronoloji yaşla qısaldığını bildirirlər.

Bioloji yaşa təsir edən başqa bir proses DNT-mizin necə qocalmasıdır. Biz DNT-ni sabit və dəyişməz bir şey kimi düşünürük, lakin bu doğru deyil. Genlərimizin bəziləri "açıq", bəziləri isə "bağlıdır". Yəni açıq gen aktiv, qapalı gen isə, passiv olur. Genləri açıb-bağlayan bu proses "metilləşmə" adlanır və bioloji yaşın müəyyən edilməsi üçün metilləşmə prosesi izlənilir. Bu mərhələdə hətta orqanizmdə hansı orqanın daha tez qocaldığını müəyyən etmək olar.

Bioloji yaşı hesablamaq asan deyil. İnternetdəki bəzi saytlar bu yaşın hesablanmasında müvəffəqiyyətli olduqlarını bildirsələr də, dəqiq müəyyən etmək üçün tibbi müayinələr bir tibb işçisinin iştirakı ilə aparılmalıdır. Bu hallara əsaslanaraq, dermatoloq Tamar Nijsten və həmkarları yoxlama komitəsindən 51-88 yaş arası insanların 2679 portretini araşdırmağı xahiş edib. Bu 2679 iştirakçı fotosessiya zamanı makiyaj, krem və ya zinət əşyalarından istifadə etməyib. İştirakçıların təxmini yaşları ilə onların xronoloji yaşları arasındakı fərqlər onların cinsi nəzərə alınmaqla bu fotoşəkillərdə qiymətləndirilib. Xronoloji yaşlarından 5 yaş kiçik görünən iştirakçılar koqnitiv testlərdə daha yaxşı nəticə göstəriblər. Yaşından daha yaşlı görünənlərin, yaşlarından daha gənc görünənlərə nisbətən ölüm riskinin çox daha yüksək olduğu müəyyən edilib. Eyni zamanda qəbul edilən yaş və osteoartrit və yaşa bağlı görmə pozğunluğu arasında heç bir əlaqə müəyyən edilməyib.

Oxşar nəticələrə malik başqa bir araşdırma Kopenhagendə 20 min kişi üzərində aparılıb. Daha çox üz qırışları, keçəllik və ağ saçları olan insanların infarkt keçirmə riskinin daha yüksək olduğu müəyyən edilib.

Yaponiyada 273 kişi və qadın üzərində aparılan araşdırmada, yaşlarından az olan insanların gələcək həyatlarında ürək xəstəliyinə tutulma riskinin xeyli aşağı olduğu aşkarlanıb. Yaşlanma tərzimiz əsasən genlərlə bağlıdır və insan nəzarətindən kənardadır.

Qocalma əlamətlərinin bir neçə il də olsa qarşısını almaq və bu prosesi yavaşlatmaq üçün edə biləcəyimiz bəzi şeylər var. Sağlam qidalanmaq, idman etmək, streslə mübarizə aparmaq, siqaret və spirtli içkilərdən uzaq olmaq, yuxu rejimini tarazlaşdırmaq, günəşə çox məruz qalmamaq, kifayət qədər su istehlak etmək və ən əsası fiziki mühit bu əlamətlərin qarşısını ala biləcək amillərdəndir. Fiziki mühit dedikdə, iş mühiti və vaxt keçirdiyimiz yerləri nəzərdə tutulur.

Eyni zamanda, çirklənmiş havanın tərkibindəki zərərli maddələrin insan orqanizminə təsiri də insanın olduğundan daha gənc və ya yaşlı görünməsində çox mühüm rol oynayır.

Bizimyol.info


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 3447   Tarix: 09 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tozsorana bir ovuc əlavə edin - çəkmə gücünü 2 QAT ARTIRIR

Tozsoranın çəkmə gücünün zəifləməsi ev təmizliyində ən sıx qarşılaşılan problemlərdəndir. Əksər insanlar bu vəziyyəti cihazın köhnəlməsi ilə əlaqələndirsə də, mətbəxdən tapılan sadə bir material problemi dərhal aradan qaldırır. xəbər verir ki, tozsoranın xortumundan içəri çəkilən 1 ovuc iri dənəli qay

11 oktyabr
.

Ailənin 20-ci övladı idi, yeriyə bilmirdi - Dünyanın ən sürətli qadının HƏYATI

Dünyanın ən sürətli qadınlarından biri kimi tarixə düşən Vilma Rudolfun həyatı adi idman uğuru hekayəsindən çox fərqlənir. O, 20 yaşında üç Olimpiya qızılı qazanaraq adını idman tarixinə yazdırıb. Halbuki uşaqlığında keçirdiyi poliomielit səbəbindən uzun müddət ayağında xüsusi aparatla yaşamaq məcburiyyətind

4 oktyabr
.

Dalinin üz qabığını hazırladığı kitab oğurlandı

Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd

6 oktyabr
.

Azərbaycanda ən gənc müəllimin neçə yaşı var?

2026-cı il üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərdən ən gəncinin 19, ən yaşlı müəllimin isə 81 yaşı var. AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib

4 oktyabr
.

A frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?

A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri

5 oktyabr
.

Bu iki paltarı heç vaxt bir yerdə yumayın

Bir çoxumuz vaxta qənaət etmək üçün bütün paltarları eyni səbətdə toplayıb birlikdə yuyuruq. Lakin mütəxəssislər ağır qış geyimləri ilə həssas parçaların heç vaxt eyni qazanda yuyulmaması lazım olduğunu bildirirlər. xəbər verir ki, həssas geyimlər adətən tor içində, soyuq suda yuyulmalıdır. Ağır parçala

10 oktyabr
.

Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR

Turşunun diri və sərt qalmasını təmin edən təbii vasitələrdən ən məşhuru üzüm və palıd yarpaqlarıdır. Bu yarpaqlardakı taninlər tərəvəzlərin toxumasını qorumağa kömək edir. Bankaya əlavə edilən noxud fermentasiya prosesini sürətləndirir, limon suyu və ya limon duzu isə turşunun turşuluq balansını qoruyara

11 oktyabr
.

Qız övladı atanın ömrünü uzadır - Alimlər sübut etdi

Alimlərin apardığı maraqlı araşdırmalardan biri qız övladları ilə ataların uzunömürlülüyü arasında əlaqə olduğunu göstərib. -a istinadən xəbər verir ki, atanın hər bir qız övladı onun ömrünün orta hesabla 74 həftə daha uzun olması ilə əlaqələndirilib. Bu, təxminən 1 il 5 ay deməkdir. Maraqlıdır ki, həmi

4 oktyabr
.

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər

8 oktyabr