Ayxan Abbasov: "Azarkeşlər bizi ilk "üçlük"də görmək istəyirlər?"

Ayxan Abbasov: "Azarkeşlər bizi ilk "üçlük"də görmək istəyirlər?""Azarkeşlər bizi ilk "üçlük"də görmək istəyirlər?"

Bunu "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov "Şamaxı" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIX tur oyunundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis oyundan narazılığını bildirən azarkeşləri anlaya bilmədiyini qeyd edib: "Azarkeşlər oyundan narazı ola bilərlər, haqlıdırlar. Neçə matçdır qalib gələ bilmirik. Amma qarşımıza qoyulan məqsəd var idi və mövsümün əvvəlindən deyirdik ki, səbirli olmalıyıq. Çempionatda 10 il çıxış edən klublar bu gün əziyyət çəkirlər. Ötən yay bir ay ərzində kollektivi qurduq. Kənardan asan görünə bilər. Amma həmin bir ayda Nadir Nəbiyevlə çox əziyyət çəkdik, gecəmiz-gündüzümüz yox idi. Klubun büdcəsi də bilinmirdi. 9 ildən sonra Premyer Liqaya qayıdan komandaya futbolçu gətirmək çətin idi. Artıq bu problemləri geridə qoymuşuq. Bəlkə də, əlavə 1-2 oyunda qələbə qazanmasaydıq, digər komandalar kimi, təzyiqdə çıxış edəcəkdik və qazanılan hər xala sevinəcəkdik. Digər dörd klubdan bir az rahatıq".

Ayxan Abbasov əlavə edib ki, klubun sükanı arxasına keçəndə avrokuboklara vəsiqə sözü verməyib: "Ötən mövsüm avrokuboklarda çıxış edən komandaya gəlməmişəm ki, böyük təzyiq etsinlər. Dar gündə kömək eləməyə gəlmişik. 3-4 nəfər narazıdır, məktəbli uşaqları da yığırlar ora. Bunu yaraşdırmıram. Əsl tovuzlu azarkeşlər "Neftçi"yə məğlub olduğumuz görüşdə belə, komandanı dəstəkləmişdilər. Çempionatın gərgin dönəmidir və kubokda da həlledici mərhələlərdir. Belə bir anda baş verənlər mənə ağır gəlir. Ola bilsin ki, məni istəmirlər. Keçmiş komandamda da bir kəlməyə çıxmışam, heç bir problem yaratmamışam. İndi burada da rəhbərlik narazıdırsa, onlara verdiyim sözü yerinə yetirməsəm, əlbəttə ki, qalmayacağam. Tovuza gələndə 4-5-ci yerləri söz verməmişəm, demişəm ki, Premyer Liqada qalmağa oynayacağam. Təəssüf ki, Konfrans Liqasını bizdə çox sadələşdiriblər. Hər kəs düşünür ki, ora getməliyəm".

O, rəhbərliyin komandaya dəstək verdiyini söyləyib: "Rəhbərlik komandaya ürək-dirək verdi, sakitləşdirdi. Bütün gün Tovuzdayıq, gəlib narazılıqlarını bildirsinlər, görək, nədən şikayətçidirlər. Evdə "Şamaxı"nı udmalıyıq, bunu mən də bilirəm. Amma "Şamaxı"nın "Qarabağ"la, "Sabah"la, "Neftçi" ilə matçına baxmaq lazımdır. Dünən heç kimin gözləmədiyi halda "Səbail" "Sabah"a qalib gəldi. İlk ilimizdə ölkə kubokunun yarımfinal həyəcanını yaşayacağıq. Nədən narazıdırlar? Deyirik ki, bölgələrə futbol gəlsin. Amma azarkeş də öz fikrində inkişaf etməlidir. İstefalarla, məşqçi dəyişiklikləri ilə nə əldə edəcəyik? Burada yapışıb qalmamışıq. Tez-tez məşqçi dəyişib uğur qazanan hansı komanda var? Mən görməmişəm. Oyun üslubumuza uyğun futbolçular axtarırıq. Sistemi oturtmağa vaxt lazımdır. Sabah şərait yaradılandan, geniş heyət yığandan, bahalı futbolçular gətirəndən sonra tələb başqa olacaq".

Ayxan Abbasov əlavə edib ki, kimlərin narazılıq etdiklərini bilir: "Bilirəm kimlərdir, məktəbliləri yığmaqda da yəqin ki, səy göstəriblər. Mənə maraqlıdır, hansı tovuzlu kənarda qalıb? Biz gənc oyunçular axtarırıq. Amma gənclərlə çıxıb sonuncu yeri tutsan, səni yenə qəbul etməyəcəklər. Deyəcəklər ki, oynatmazdın, Premyer Liqada qalmaq istəyirik. Biz də istəyirik ki, 1-2 ildən sonra tovuzlu uşaqlar üzə çıxsın".

Report.az


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 855   Tarix: 09 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

İngiltərə klubları Dion-Dreno Belyo ilə maraqlanırlar

İngiltərə klubları Xorvatiyanın "Dinamo" komandasının futbolçusu Dion-Dreno Belyo ilə maraqlanırlar. "TEAMtalk"a istinadən xəbər verir ki, "Mançester Yunayted", "Tottenhem", "Everton" və "Brentford" 24 yaşlı hücumçunu izləyir. Premyer Liqa təmsilçilər

14 oktyabr
.

Azərbaycanın futzal millisinin Çexiya ilə oyun üçün heyəti açıqlanıb

Azərbaycanın futzal üzrə millisinin dünya çempionatının əsas mərhələsində Çexiyaya qarşı oyun üçün heyəti bəlli olub. xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Yığmaya 14 oyunçu dəvət alıb. Xatırladaq ki, Azərbaycan komandası DÇ-2028-in əsas mərhələsində Çexiya ilə oktyabrın 16-da üz-üzə gələcək

14 oktyabr
.

"Barselona"nın futbolçusu Xavi Espart Ramosun rekordunu qıraraq tarixi nailiyyətə imza atıb

İspaniyanın "Barselona" klubunun futbolçusu Xavi Espart tarixi nailiyyətə imza atıb. xəbər verir ki, 19 yaşlı cinah müdafiəçisi buna Fransada PSJ-yə uduzduqları (2:4) UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinin II turunun oyununda fərqlənməklə nail olub. Kataloniya təmsilçisinin yetirməs

21 oktyabr
.

"Feyenoord" avrokuboklarda səfər məğlubiyyətləri üzrə antirekordunu yeniləyib

Niderlandın "Feyenoord" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda İspaniyada "Betis"ə 0:1 hesabı ilə uduzaraq avrokuboklarda ardıcıl 8-ci səfər məğlubiyyətini alıb. UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Rotterdam klubu bu nəticə ilə 2008-2014-cü illərdək

22 oktyabr
.

"Neftçi" 700-cü qolunu "Qarabağ"a vurdu

"Neftçi" Azərbaycan çempionatlarının yüksək dəstəsində 700-cü səfər qolunu vurub. Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Bu, Misli Premyer Liqasının VII turunda gerçəkləşib. "Qarabağ"la qarşılaşmada (3:3) ikinci qola imza atan Qustavo Klisman yubile

19 oktyabr
.

"Sabah" - "Qarabağ" matçının hakimi açıqlandı

Misli Premyer Liqasında 9-cu turun təyinatları müəyyənləşib. "Qafqazinfo" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, turun mərkəzi qarşılşaması sayılan "Sabah" - "Qarabağ" matçı Rəşad Əhmədova tapşırılıb. Misli Premyer Liqası. I dövrə, IX tur. 23 oktyabr. 15:00. "Araz-Naxçıvan"

22 oktyabr
.

"Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi açıqlanıb

Türkiyə Superliqasının IX turunda keçiriləcək "Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi açıqlanıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. İstanbul derbisi FIFA referisi Atilla Karaoğlana tapşırılıb. Xatırladaq ki, "Qalatasaray"

22 oktyabr
.

Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?

Formula-1 üç onillikdən çox müddətdən sonra ilk dəfə Afrikaya qayıdacaq. Ruanda yarışın keçirilməsi ilə bağlı 10 illik müqavilə imzalayıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb. Yeni ixtisaslaşmış avtomobil trası ölkənin paytaxtı Kiqalidən cənubda, Buqesera rayonund

14 oktyabr
.

Qılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub

Qılıncoynatmanın sablya və şpaqa növləri üzrə Bakı şəhər açıq birinciliyi keçirilib. Bu barədə -a Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zallarında Azərbaycan Qılıncoynatma Federasiyası və Bakı Şəhə

12 oktyabr