Moldova Azərbaycanın köməyi ilə qaz tədarükünü şaxələndirmək istəyir
"Rəsmi Kişinyov azərbaycanlı investorları cəlb etməkdə və Bakının hesabına qaz təchizatı mənbələrinin şaxələndirilməsində maraqlıdır".
Bunu Moldovanın Baş nazirinin müavini və xarici işlər naziri Niku Popesku "Telegram" kanalında bildirib.
O, Kişinyovda Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ilə görüşüb.
"Mən Moldovanın birgə layihələrin həyata keçirilməsi üçün ölkəyə mümkün qədər çox azərbaycanlı investor cəlb etməkdə maraqlı olduğunu vurğuladım. Ölkəmiz təbii qazın tədarükü mənbələrinin və marşrutlarının şaxələndirilməsində maraqlıdır"-deyə, o bildirib.
Moldova Baş nazirinin müavini iki ölkə arasında diplomatik əlaqələrinin qurulmasından sonra əldə olunan nəticələri yüksək qiymətləndirib, həmçinin Kişinyovun Bakı ilə enerji, iqtisadi və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafına açıq olduğunu bəyan edib.
Bundan əlavə, tərəflər Moldova ilə Azərbaycan arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət mövzusuna da toxunublar.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb