Rusiya özünü Ermənistanın "xilaskarı" kimi görür - Cənubi Qafqazı tərk etməyəcək?
Ermənistan hökumətinin qərbyönlü siyasəti və faktiki olaraq Rusiyanın Ermənistana hərbi dəstəyini dayandırması ikinci Qarabağ müharibəsindən sonra iki ölkə arasında münasibətlərin tədricən pisləşməsinə gətirib çıxarıb. Nəticədə Ermənistan cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsi artıb.
Bu, əsasən Azərbaycanla sərhəddə toqquşmalar və İrəvanın dəfələrlə Rusiyadan və KTMT-dən hərbi dəstək almaması dövründə pik həddə çatıb.
Düzdür, İrəvana Azərbaycanla sərhəddə KTMT-nin hərbi missiyasının yerləşdirilməsi təklif edilib, lakin Nikol Paşinyan hökuməti bundan imtina edib.
Digər tərəfdən, son vaxtlar Qərbin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqlar bərpa olunub və rəsmi Moskva bundan müxtəlif səviyyələrdə səmimi narahatlığını bildirib. Kremldə hesab edirlər ki, Qərbin vasitəçiliyi Rusiyanı Cənubi Qafqaz regionundan sıxışdırıb çıxarmaq planının bir hissəsidir.
Buna baxmayaraq, son günlər Rusiyanın ekspert və diplomatik dairələri Moskvanın regionu tərk etmək niyyətində olmadığı və üstəlik, özünü hələ də Ermənistanın, eləcə də Qarabağ ermənilərinin yeganə "xilaskarı" hesab etdiyi barədə xəbərlər tirajlayırlar.
Rusiyalı sosioloq və beynəlxalq münasibətlər üzrə ekspert Aleksey Tokarev mövzu ilə bağlı bunları bildirib:
"Cənubi Qafqaz Rusiyanın milli maraqlarının zonasıdır. Bu baxımdan Kreml bu bölgədən çıxmayacaq. Ayrı-ayrı dövlətlər bizi regiondan sıxışdırıb çıxarmağa, Ermənistanla flört etməyə çalışsalar da, Rusiya buradan getməyəcək.
Mən inanmıram ki, birdən-birə milli maraqlarımızdan imtina edəcəyik.. Rusiya Ermənistanın, Ermənistan isə Rusiyanın müttəfiqidir. Bu müttəfiqlik çox təəssüf ki, mediada bəzən məsxərəyə qoyulur. Amma istədikləri reallığa çevrilməyəcək".
Təxminən eyni mövqeyi Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin də erməni mətbuatına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ikitərəfli münasibətlərin əsasını Rusiya və Ermənistan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq təşkil edir.
"102-ci hərbi baza fəaliyyət göstərir, sərhədçilərimizin sayı artıb, Ermənistan-Azərbaycan sərhədində yerləşən ərazilərdə müşahidə məntəqələri yerləşdirilib. Təbii ki, regional təhlükəsizliyin təmin edilməsində mühüm amil Qarabağdakı sülhməramlı kontingentimizdir.
Təəssüf ki, vaxtaşırı onun ünvanına tənqidi fikirlər səsləndirilir, lakin bu, Qarabağdakı erməni əhalisinin təhlükəsizliyinin və güzəranının təmin edilməsində əsas amildir", - deyə Rusiya səfiri vurğulayıb.
Kopırkin onu da qeyd edib ki, Rusiya heç bir şəkildə rəsmi İrəvanla bağladığı öhdəliklərindən imtina etməyib.
Bizim.Media
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?
Məktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
"Dünyəvi təhsildə hər kəs bərabər olmalıdır" - Elçin Əfəndi
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, nizam-intizam və vahidlik ənənəsi
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Pensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?
Makron istefa verdi