İlham Əliyev və Mehriban Əliyeva Azərpaşa Nemətovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

İlham Əliyev və Mehriban Əliyeva Azərpaşa Nemətovun vəfatı ilə bağlı nekroloq imzalayıblarPrezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərpaşa Zəfər oğlu Nemətovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.

AZƏRTAC xəbər verir ki, nekroloqun mətnində deyilir:

"Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycan teatr sənətinin tanınmış nümayəndəsi, görkəmli rejissor, Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, professor Azərpaşa Zəfər oğlu Nemətov 2023-cü il aprelin 9-da ömrünün 76-cı ilində vəfat etmişdir.

Azərpaşa Nemətov 1947-ci il avqustun 13-də Bakı şəhərində anadan olmuşdur. Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra o, 1965-1970-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində ali təhsil almışdır.

Əmək fəaliyyətinə 1967-ci ildən Azərbaycan Respublikası Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsində rejissor assistenti kimi başlayan Azərpaşa Nemətov 1970–1972-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda assistent olmuş, 1973–1974-cü illərdə isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor işləmişdir. O, 1974–1976-cı illərdə indiki Sankt-Peterburq şəhərində Leninqrad Gənc Tamaşaçılar Teatrında rejissor-stajor olaraq çalışdıqdan sonra 1977-ci ildə Bakıya qayıdaraq fəaliyyətini yenidən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında davam etdirmiş və burada 1990-cı ilədək quruluşçu rejissor, baş rejissor və bədii rəhbər vəzifələrində çalışmış, 1990–1992-ci illərdə Azərbaycan Dövlət Akademik Dram Teatrında quruluşçu rejissor olmuş, 2015-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri – baş rejissoru, 2016-cı ildən isə Teatrın bədii rəhbəri – direktoru vəzifəsini tutmuşdur.

Azərpaşa Nemətov 1992-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri seçilərək ömrünün sonunadək İttifaqa rəhbərlik etmişdir.

Azərbaycan teatr sənətinin inkişafında Azərpaşa Nemətovun yüksək ictimai məsuliyyət hissinə malik və müasir teatr texnologiyalarını ustalıqla mənimsəmiş sənətkar kimi özünəməxsus xidmətləri vardır. Milli Dram Teatrının səhnəsində onun Azərbaycan və dünya dramaturji irsinin dəyərli nümunələrinə quruluş verdiyi tamaşalar daim özünün parlaq rejissor həlli ilə seçilmiş, yenilikçi ruhu sayəsində teatr mühitində rəğbətlə qarşılanmış və mütəxəssislər tərəfindən layiqli qiymətini almışdır. Həmin tamaşalar ölkəmizin hüdudlarından kənarda keçirilən müxtəlif festival və müsabiqələrdə də uğurla nümayiş etdirilmişdir.

Azərpaşa Nemətov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində uzun illər səmərəli pedaqoji fəaliyyət göstərmiş, tədris etdiyi rejissorluq sənətinin əsaslarını yetirmələrinə mənimsətmək üçün qüvvə və bacarığını əsirgəməmişdir.

Respublikanın mədəni-ictimai həyatının fəal iştirakçısı olan Azərpaşa Nemətovun Azərbaycan Teatr Xadimləri İttifaqına rəhbərlik etdiyi illərdə ölkənin teatr həyatında bir çox təqdirəlayiq işlər görülmüşdür.

Azərpaşa Nemətovun Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir. O, 1987-ci ildə "Əməkdar incəsənət xadimi" və 2002-ci ildə "Xalq artisti" fəxri adlarını almış, 2007-ci ildə müstəqil Azərbaycanın ali mükafatlarından olan "Şöhrət", 2017-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" və 2022-ci ildə "Şərəf" ordenləri ilə təltif edilmişdir.

Görkəmli sənətkar, mahir pedaqoq və səmimi insan Azərpaşa Zəfər oğlu Nemətovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev
Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Adil Kərimli

Anar Rzayev

Firəngiz Əlizadə

Fərhad Xəlilov

Şəfiqə Məmmədova

Rasim Balayev

Hacı İsmayılov".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1169   Tarix: 10 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr