"Hər kəs qəbul etməlidir ki, Heydər Əliyev yolu müstəqilliyin, suverenliyin qarantıdır" - Bəhruz Məhərrəmov

"Hər kəs qəbul etməlidir ki, Heydər Əliyev yolu müstəqilliyin, suverenliyin qarantıdır" - Bəhruz Məhərrəmovİstiqamət: azərbaycançılıq ideyasının təbliği- "Heydər Əliyev ili"
"Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisi kimi adını tariximizə siyasətüstü şəxsiyyət kimi qızıl hərflərlə yazdırıb. Müstəqil Azərbaycan tarixində istiqlala gedən yoldan müstəqilliyin əldə olunmasına, suverenliyin qorunmasına qədər bütün proseslərin təməlində məhz Heydər Əliyev böyüklüyü dayanır. Bu mənada onun şəxsiyyətinə istinad və dahi liderin irsinin yaşadılması, bu çərçivədə 2023-cü ilin "Heydər Əliyev İli" kimi qeyd olunması ümummilli məsələdir. Çünki milli ideologiyamızın, azərbaycançılıq məfkurəsinin kökündə məhz Heydər Əliyev şəxsiyyəti dayanır. Günümüzdə də qüdrətli Azərbaycanın gücünün və imkanlarının qarantı istisnasız olaraq məhz dahi liderin siyasi kursudur".

Bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Sonxeber.az-a deyib.

Deputat qeyd edib ki, Azərbaycan gəncliyinə özlərini müstəqilliyin banisi, Sovetlər qurluşunu çökdürən super qəhraman kimi sırıyan bu qüvvələr əksinə, o zaman Azərbaycan xalqının suverenliyi yolunda ən böyük maneəyə çevrilmişdilər:

"Bu gün təəssüflər olsun ki, sosial media anarxiyası və nəzarətsizliyi şəraitində bəziləri hətta özlərini müstəqilliyə gedən yolun qəhramanı kimi sırımağa çalışırlar. Baxmayaraq ki, həmin dövrün proseslərini təhlil edərkən aydın olur ki, məhz bu psevdoqəhrəmanların səbatsızlığı ucbatından müstəqilliyimizi çoxlarından daha gec əldə etmişik. Müstəqillik üçün bütün zəmini 1969-cu ildən 1987-ci ilə qədər Heydər Əliyev formalaşdırı. Bu gün Azərbaycan gəncliyinə özlərini müstəqilliyin banisi, Sovetlər qurluşunu çökdürən super qəhraman kimi sırıyan bu qüvvələr əksinə, o zaman Azərbaycan xalqının suverenliyi yolunda ən böyük maneəyə çevrilmişdilər. Ümummilli lider böyük uzaqgörənliklə vəziyyətin bu həddə çata biləcəyini duyurdu və təsadüfi deyil ki, 1993-cü il oktyabrın 10-da andiçmə mərasimindəki nitqində bu prosesə çox sərrast formada qiymət verərək bildirmişdi ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi dünyada, keçmiş Sovetlər İttifaqında gedən ictimai-siyasi proseslərin məntiqi nəticəsidir. Bu müstəqilliyin əldə olunmasında hər hansı qrupun, hərəkatın, qüvvənin müstəsna xidmətləri olduğunu heç vəchlə qəbul etmək olmaz. Eyni mövqeni Prezident İlham Əliyev də 2021-ci ilin oktyabrında Füzuli ictimaiyyəti ilə görüşdə səsləndirərək saxtakarları ifşa etmişdi".

Bəhruz Məhərrəmov qeyd edib ki, xalqımız - talışı, ləzgisi, tatı, yəhudisi fərq etmədən məhz Heydər Əliyevin azərbaycançılıq məfkurəsi ətrafında birləşərək 44 günlük savaşı Vətən müharibəsinə çevirib şanlı zəfər qazanıb.

"Bildiyiniz kimi biz ötən əsrin 80-ci illərində Heydər Əliyev yolundan 5 illik ayrıldıq və nələr oldu hər kəs şahiddir. İlk növbədə ölkə iqtisadiyyatı gerilədi, daha sonra ermənilər Azərbaycan liderlərinin səbatsızlığını görərək baş qaldırdılar, ardınca isə ərazilərin 20 faizinin işğalı. Təsəvvür edin, bu nadanların Heydər Əliyevə cəmi 5 il arxa çevirməyinin nəticələrini aradan qaldırmaq üçün Azərbaycana 30 il lazım oldu. Heydər Əliyev özünün yaşının, ömrünün müdrik çağında ikinci dəfə xalqın təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra ən azı ilk 5 ilini bu xainlərin dağıtdıqları dövləti, nifaq saldıqları cəmiyyəti reabilitasiya etməyə məcbur oldu. Müstəqilliyin ilk illərində cəmi il yarımlıq hakimiyyətləri dövründə AXC-Müsavat cütlüyü bu qədər səriştəsiz və xəyanətkar davranmasaydılar Heydər Əliyev də qızıldan qiymətli vaxtını, təcrübəsini daha fərqli istiqamətlərə sərf edər və bugünkü güclü qüdrətli durumumuza ən azı 10 il tez nail ola bilərdik.

Ümumiyyətlə, Azərbaycanın müstəqillik yolunda tarixinin ən ağrılı problemi həmin dövrdə Heydər Əliyevin siyasi hakimiyyətdən uzaqlaşdırılması və bu süni boşluğun isə məqsədli şəkildə AXC kimi anarxist və məqsədsiz təsisatla doldurulmasıdır. Bu gün həmin xainlərin yenidən baş qaldırmağa cəhd etdiklərinin şahidi olmaqdayıq. Lakin hər kəs bilsin ki, bir daha kiməsə icazə verilməyəcək ki, Heydər Əliyev yoluna, İlham Əliyev siyasətinə dil uzatsın. Xatırlayırsınızsa, möhtərəm cənab Prezident 31 oktyabr 2003-də özünün ilk andiçmə mərasimində məqsədlərini, hədəflərini açıqlayarkən ölkənin inkişaf strategiyasını uğurla reallaşdırmaq, həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməli olduğunu bildirmişdi. Təsadüfi deyil ki, biz məhz cənab İlham Əliyev tərəfindən Heydər Əliyev siyasətinin qüsursuz və uğurlu realizasiyası nəticəsində tarixin ən qüdrətli Azərbaycanın bərqərar olmasının şahidiyik. Məhz Heydər Əliyev yolu bu irsə arxa çevirmək istəyən antimilli ünsürlərin hakimiyyətdə olduğu dövrdə ucuz "millətçilik" siyasəti nəticəsində yol açılan vətəndaş müharibəsi əvəzinə, xalqımız - talışı, ləzgisi, tatı, yəhudisi fərq etmədən məhz Heydər Əliyevin azərbaycançılıq məfkurəsi ətrafında birləşərək 44 günlük savaşı Vətən müharibəsinə çevirib şanlı zəfər qazanıb. Bu mənada hər kəs də birdəfəlik qəbul etməlidir ki, Heydər Əliyev yolu müstəqilliyin, suverenliyin qarantıdır və alternativsiz siyasi xətt kimi bu dövlət durduqca əbədi olaraq davam edəcək" ,- deyə deputat əlavə edib.

Material Azərbaycan Respublikasının

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.

"Hər kəs qəbul etməlidir ki, Heydər Əliyev yolu müstəqilliyin, suverenliyin qarantıdır" - Bəhruz MəhərrəmovŞəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1095   Tarix: 11 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr