ABŞ Zelenskinin telefon danışıqlarını dinləyib?
Pentaqona məxsus sənədlərin sızması nəticəsində ABŞ-nin Ukrayna Prezidenti Volodimir Zelenskini izlədiyini əks etdirən sənəd yayımlanıb.
Bu barədə CNN məlumat yayıb.
CNN-in bu sənədə istinadən verdiyi məlumata görə, Zelenskinin çevrəsi bu casusluq faktında heç bir qəribəlik görmür, lakin informasiyanın sızmasından məyusdur.
ABŞ-nin kəşfiyyat hesabatında deyilir ki, Zelenski fevralın sonunda guya Rusiyanın Rostov vilayətindəki rusiyalı hərbçilərin toplandığı yerlərə pilotsuz təyyarələrlə zərbə endirməyi təklif edib. Zelenski bunu onunla izah edib ki, Ukraynanın bu qədər uzaq məsafəyə uça biləcək uzaqmənzilli silahları yoxdur.
Hesabatda Ukrayna liderinin danışıqları barədə ələ keçirilən məlumatlar yer alıb. Milli Təhlükəsizlik Agentliyi hesabatı "elektron siqnallar və rabitə sistemlərindən əldə edilən kəşfiyyat məlumatları" kimi təsnifatlandırıb.
Bu, ABŞ-nin Ukraynaya uzaqmənzilli raket sistemləri göndərmək istəməməsi ilə bağlı açıq bəyanatlarına aydınlıq gətirir. Belə ki, ABŞ Kiyevin bunlardan Rusiya daxilində zərbələr üçün istifadə edəcəyindən qorxur. Amma Ukrayna söz verib ki, bunun üçün ABŞ-nin verdiyi silahlardan istifadə etməyəcək.
Başqa bir kəşfiyyat hesabatında deyilir ki, Çin Ukraynanın Rusiyanın daxilindəki hədəflərə zərbələrini fürsət kimi dəyərləndirə və bundan NATO-nu təcavüzkar kimi göstərmək üçün istifadə edə bilər. Eyni zamanda da hücumları əhəmiyyətli hesab edərsə, Rusiyaya yardımını artıra bilər.
Buna baxmayaraq Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, onun fikrincə, dərc edilmiş sənədlər həqiqəti əks etdirmir və Ukraynanın real planları ilə heç bir əlaqəsi yoxdur. O qeyd edib ki, bu sənədlər Rusiya tərəfindən yayılıb və böyük həcmdə uydurulmuş məlumatlara əsaslanır.\Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?
Məktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
"Dünyəvi təhsildə hər kəs bərabər olmalıdır" - Elçin Əfəndi
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, nizam-intizam və vahidlik ənənəsi
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama
4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
Makron istefa verdi
Məktəblərdə nizam-intizam və geyim qaydalarına nəzarət gücləndirilir - monitorinqlər keçiriləcək