Paşinyan: "Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb"
"Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan Milli Assambleyasında hökumət saatı zamanı deyib.
Onun sözlərinə görə, iki mərhələ mövcuddur: Madrid prinsiplərinin qəbuluna qədər və ondan sonra: "2007-ci ildə Madrid prinsipləri ortaya çıxdı. Müəyyən edildi ki, Qarabağın statusu hansısa mexanizmlə dəqiqləşdirilməlidir və bu statusun dəqiqləşdirilməsi mexanizmi məhz Azərbaycanla razılaşdırılmalıdır. Madrid prinsiplərindən sonra Ermənistan tərəfinin "möhtəşəm" diplomatiyası nəticəsində Azərbaycan Qarabağın öz müqəddəratını təyin etməsində başlanğıc nöqtəyə çevrilib".
N.Paşinyan qeyd edib ki, Madrid prinsiplərinə görə, Ermənistan Respublikası Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb. "Bu faktın üstündən keçə, ondan yayına bilərik, amma bu gün məhz onun "bəhrəsi"ni görürük", - o fikrini izah edib.
Ermənistan baş naziri 2018-ci ilin may ayından bu yana bu barədə açıqlama verməmələrini hökumətinin səhvi olduğunu vurğulayıb. "Hansısa yolla bu tələdən çıxa biləcəyimizi və ya heç olmasa bu tələdən çıxmağa töhfə verəcəyimizi düşündük. Ancaq tələ beynəlxalq səviyyədə razılaşdırıldığı üçün biz bunu edə bilmədik", - N.Paşinyan fikrini yekunlaşdırıb./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb