Ukraynalı politoloq: "İrəvanda Azərbaycan bayrağına qarşı hadisə vandalizmdir"
"Ermənistanda Azərbaycan bayrağına qarşı hadisə vandalizmdir".
Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında ukraynalı politoloq Aleksandr Kovalenko deyib.
"Ağır atletika üzrə Avropa Çempionatına ev sahibliyi etmək müəyyən mənada Ermənistan üçün şərəf olmalı idi. Bu, bir növ belə yarışların təşkilatçılığı ilə bağlı etimad göstəricisi idi. Amma Ermənistan Azərbaycana qarşı təxribat olmaması tapşırığının, öhdəliyinin öhdəsindən gələ bilmədi", - politoloq qeyd edib.
"Qarabağ məsələsinin diplomatik yolla həll edilməsinin zəruri olduğunu düşündüyümüz zamanda Ermənistan daxilində revanşist qüvvələrin bu və ya digər məsələlərə təsirinin sağlam düşüncəlilərdən daha çox olduğunu görürük. Bu cür jest, akt – necə istəyirsiniz, elə də adlandırın – yolverilməz vandalizmdir. Özü də rəsmi beynəlxalq tədbir çərçivəsində edilmiş vandalizmdir.
Əgər rəsmi İrəvan bu gün islamafobiyanın, aqressiyanın nümayişinin qarşısını almağı bacarmırsa və Ermənistanı sivil ölkələrin gözündə özünü barbar və hər şeyin baş verə biləcəyi ölkə kimi təqdim edirsə, bu cür beynəlxalq tədbirlərin orada keçirilməsi böyük sual altına düşməlidir. Axı bu, Ermənistan ərazisində bu və ya digər idman növü üzrə yarışlarda iştirak edəcək komandalar üçün birbaşa təhlükədir" - Aleksandr Kovalenko əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb