Qızıl medalı Azərbaycana həsr edən türk atlet: "Körpücük üzərinə çıxanda Naziləyə verdiyim sözü yadıma saldım"
"Azərbaycan bayrağına qarşı edilən hərəkətə çox məyus olduq. Sizə edilən hörmətsizlik bizə edilmişdir. Bu da bizim üçün əlavə motivasiya oldu və onlara türkün gücünü göstərdik".
Bunu Oxu.Az-a açıqlamasında İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında 45 kq çəki dərəcəsində qızıl medal qazanmış və bu qələbəsini Azərbaycan xalqına həsr edən türkiyəli atlet Cansu Bektaş deyib.
Türk idmançı bildirib ki, onunla eyni çəkidə mübarizə aparan Azərbaycan idmançısı Nazilə İsmayılovaya və onun məşqçisinə qalib gəlmək üçün söz verib: "Çəkini qaldırmaq üçün körpücük üzərinə çıxanda bu sözü yadıma saldım və əlavə ruh yüksəkliyi ilə qaldırdım. Dövlət Himnimiz İrəvanda səsləndirilərkən çox duyğulandım".
Cansu Bektaş qeyd edib ki, Ermənistan paytaxtında onlara da eyni azərbaycanlı idmançılara olduğu kimi xüsusi təhlükəsizlik qaydaları tətbiq olunurdu: "Hoteldən çıxamağa icazəmiz yox idi, qapımızın önündə polislər keşik çəkirdi. İnsanların bizə kinli baxışları daim üzərimizdə bir təzyiq yaradırdı, amma biz bu təzyiqin öhdəsindən gəlməyi bacardıq və onlara himnimizi dinlətdik".
İlk dəfə beynəlxalq yarışda bu cür hadisə ilə qarşı-qarşıya qaldığını deyən idmançı azərbaycanlı həmkarı Nazilə İsmayılova ilə yaxın münasibətinin olduğunu bildirib: "İslam oyunlarında da onunla rəqib idik. Məncə, qalsaydı, Nazilə də mütləq medal qazanacaqdı. Getməyi məni çox məyus etdi".
Sonda bütün Azərbaycan xalqına təşəkkürlərini bildirən türk atlet idmansevərlərə salamlarını göndərib.
Qeyd edək ki, Avropa çempionatının aprelin 14-də keçirilən açılış mərasimində Azərbaycan bayrağı yandırıldığından, Azərbaycan millisi yarışdan imtina edib.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1527 Tarix: 16 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İngiltərə klubları Dion-Dreno Belyo ilə maraqlanırlar
İngiltərə klubları Xorvatiyanın "Dinamo" komandasının futbolçusu Dion-Dreno Belyo ilə maraqlanırlar. "TEAMtalk"a istinadən xəbər verir ki, "Mançester Yunayted", "Tottenhem", "Everton" və "Brentford" 24 yaşlı hücumçunu izləyir. Premyer Liqa təmsilçilər
14 oktyabrAzərbaycanın futzal millisinin Çexiya ilə oyun üçün heyəti açıqlanıb
Azərbaycanın futzal üzrə millisinin dünya çempionatının əsas mərhələsində Çexiyaya qarşı oyun üçün heyəti bəlli olub. xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Yığmaya 14 oyunçu dəvət alıb. Xatırladaq ki, Azərbaycan komandası DÇ-2028-in əsas mərhələsində Çexiya ilə oktyabrın 16-da üz-üzə gələcək
14 oktyabr"Neftçi" 700-cü qolunu "Qarabağ"a vurdu
"Neftçi" Azərbaycan çempionatlarının yüksək dəstəsində 700-cü səfər qolunu vurub. Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Bu, Misli Premyer Liqasının VII turunda gerçəkləşib. "Qarabağ"la qarşılaşmada (3:3) ikinci qola imza atan Qustavo Klisman yubile
19 oktyabr"Sabah" - "Qarabağ" matçının hakimi açıqlandı
Misli Premyer Liqasında 9-cu turun təyinatları müəyyənləşib. "Qafqazinfo" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, turun mərkəzi qarşılşaması sayılan "Sabah" - "Qarabağ" matçı Rəşad Əhmədova tapşırılıb. Misli Premyer Liqası. I dövrə, IX tur. 23 oktyabr. 15:00. "Araz-Naxçıvan"
22 oktyabr"Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi açıqlanıb
Türkiyə Superliqasının IX turunda keçiriləcək "Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi açıqlanıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. İstanbul derbisi FIFA referisi Atilla Karaoğlana tapşırılıb. Xatırladaq ki, "Qalatasaray"
22 oktyabrQılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub
Qılıncoynatmanın sablya və şpaqa növləri üzrə Bakı şəhər açıq birinciliyi keçirilib. Bu barədə -a Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zallarında Azərbaycan Qılıncoynatma Federasiyası və Bakı Şəhə
12 oktyabr