Anar Süleymanov: Ermənistan beynəlxalq idman qurumları arasında özünü rüsvay etdi
Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində erməni vandallardan biri, "stilistik studiyanın" rəhbəri Aram Nikolyanın Azərbaycan bayrağını yandırması bir vətəndaş və idmançı kimi məni çox məyus etdi. Bu bayrağı uca tutmaq üçün biz idmançılar illərimizi fəda etmişik. Azərbaycanın igid əsgərləri isə canı və qanı bahasına üçrəngli bayrağımızı qoruyub və onun ucalığı, toxunulmazlığı yolunda minlərlə şəhid vermişik.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Kunq-fu Federasiyasının baş məşqçisi, idman eksperti Anar Süleymanov deyib.
Bildirib ki, bu hadisə Yerevanda rəsmi idman yarışı zamanı akkreditasiyadan keçmiş şəxs tərəfindən, həmçinin ölkənin baş nazirinin müavininin gözü qarşısında baş verib və bütün bunlar Ermənistanda hökm sürən hərc-mərclik və özbaşınalığın bariz göstəricisidr. Polis şöbəsindən sərbəst buraxılan A.Nikolyanın alqışlar və böyük coşğu ilə qarşılanması, onun "qəhrəman" kimi təqdim olunması Ermənistan cəmiyyətinin nə qədər çürük olmasının və azərbaycanlılara qarşı böyük nifrət bəslədiklərinin göstəricisidir. Bu təxribatdan sonra həmin şəxsin işdən azad edilməsi isə el dili ilə desək "gözdən pərdə asmaq"dan başqa bir şey deyil.
"Azərbaycan Respublikası Baş Prokurorluğunun bu məsələ ilə bağlı ciddi beynəlxalq addımlar atacağına inanırıq. Ümid edirik ki, tezliklə bu təxribatın təqsirkarları layiqli cavabını alacaq. Bayraq yandırmağı qəhrəmanlıq kimi dəyərləndirən Ermənistan cəmiyyəti anlamalıdır ki, bununla özlərini dünyada, ümumiyyətlə beynəlxalq idman qurumları arasında rüsvay etmiş oldular. Bayrağımızın Ermənistanda təhqir olunması təəccüblü deyil. Çünki Ermənistan cəmiyyətində Azərbaycana və onun vətəndaşlarına qarşı illərlə kök salmış nifrət ermənilərdə dərin iz buraxıb", - deyə A.Süleymanov əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1458 Tarix: 16 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İngiltərə klubları Dion-Dreno Belyo ilə maraqlanırlar
İngiltərə klubları Xorvatiyanın "Dinamo" komandasının futbolçusu Dion-Dreno Belyo ilə maraqlanırlar. "TEAMtalk"a istinadən xəbər verir ki, "Mançester Yunayted", "Tottenhem", "Everton" və "Brentford" 24 yaşlı hücumçunu izləyir. Premyer Liqa təmsilçilər
14 oktyabrAzərbaycanın futzal millisinin Çexiya ilə oyun üçün heyəti açıqlanıb
Azərbaycanın futzal üzrə millisinin dünya çempionatının əsas mərhələsində Çexiyaya qarşı oyun üçün heyəti bəlli olub. xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Yığmaya 14 oyunçu dəvət alıb. Xatırladaq ki, Azərbaycan komandası DÇ-2028-in əsas mərhələsində Çexiya ilə oktyabrın 16-da üz-üzə gələcək
14 oktyabr"Neftçi" 700-cü qolunu "Qarabağ"a vurdu
"Neftçi" Azərbaycan çempionatlarının yüksək dəstəsində 700-cü səfər qolunu vurub. Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Bu, Misli Premyer Liqasının VII turunda gerçəkləşib. "Qarabağ"la qarşılaşmada (3:3) ikinci qola imza atan Qustavo Klisman yubile
19 oktyabr"Sabah" - "Qarabağ" matçının hakimi açıqlandı
Misli Premyer Liqasında 9-cu turun təyinatları müəyyənləşib. "Qafqazinfo" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, turun mərkəzi qarşılşaması sayılan "Sabah" - "Qarabağ" matçı Rəşad Əhmədova tapşırılıb. Misli Premyer Liqası. I dövrə, IX tur. 23 oktyabr. 15:00. "Araz-Naxçıvan"
22 oktyabr"Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi açıqlanıb
Türkiyə Superliqasının IX turunda keçiriləcək "Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi açıqlanıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. İstanbul derbisi FIFA referisi Atilla Karaoğlana tapşırılıb. Xatırladaq ki, "Qalatasaray"
22 oktyabrQılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub
Qılıncoynatmanın sablya və şpaqa növləri üzrə Bakı şəhər açıq birinciliyi keçirilib. Bu barədə -a Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zallarında Azərbaycan Qılıncoynatma Federasiyası və Bakı Şəhə
12 oktyabr