"Qarabağ" mövsümdə ilk dəfə uduzdu, 538 günlük seriyası qırıldı - VİDEO
Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub.
Sonuncu oyun günündə iki matç keçirilib. Əvvəlcə "Şamaxı" və "Sumqayıt" birincilərin meydanında münasibətlərinə aydınlıq gətiriblər. Matçda hesab açılmayıb.
Hazırda "Sumqayıt" 25 xalla 8-ci, "Şamaxı" 22 xalla 9-cu pillədədir.
Turun mərkəzi oyununda lider "Qarabağ" ən yaxın izləyicisi "Sabah"ın qonağı olub. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.
"Sabah"ın heyətində Coy-Lens Mikels dubl edib, "Qarabağ"ın yeganə qoluna penaltidən Riçard Almeyda imza atıb.
Bu, "Qarabağ"ın mövsümdə ilk məğlubiyyəti olub. Ağdam klubu ümumən ölkə çempionatında 49 oyun idi, uduzmurdu. Komanda sonuncu dəfə 538 gün əvvəl - 2021-ci ilin 25 oktyabrında səfərdə "Səbail"ə 1:3 hesabı ilə məğlub olmuşdu.
"Qarabağ" hazırda 77 xalla vahid liderdir. "Sabah" xallarını 68-ə çatdırıb və ikinci pillədə mövqeyini möhkəmləndirib. Komanda 3-cü "Neftçi"ni 8 xal üstələyir.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1565 Tarix: 16 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İngiltərə klubları Dion-Dreno Belyo ilə maraqlanırlar
İngiltərə klubları Xorvatiyanın "Dinamo" komandasının futbolçusu Dion-Dreno Belyo ilə maraqlanırlar. "TEAMtalk"a istinadən xəbər verir ki, "Mançester Yunayted", "Tottenhem", "Everton" və "Brentford" 24 yaşlı hücumçunu izləyir. Premyer Liqa təmsilçilər
14 oktyabrAzərbaycanın futzal millisinin Çexiya ilə oyun üçün heyəti açıqlanıb
Azərbaycanın futzal üzrə millisinin dünya çempionatının əsas mərhələsində Çexiyaya qarşı oyun üçün heyəti bəlli olub. xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Yığmaya 14 oyunçu dəvət alıb. Xatırladaq ki, Azərbaycan komandası DÇ-2028-in əsas mərhələsində Çexiya ilə oktyabrın 16-da üz-üzə gələcək
14 oktyabr"Neftçi" 700-cü qolunu "Qarabağ"a vurdu
"Neftçi" Azərbaycan çempionatlarının yüksək dəstəsində 700-cü səfər qolunu vurub. Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Bu, Misli Premyer Liqasının VII turunda gerçəkləşib. "Qarabağ"la qarşılaşmada (3:3) ikinci qola imza atan Qustavo Klisman yubile
19 oktyabr"Sabah" - "Qarabağ" matçının hakimi açıqlandı
Misli Premyer Liqasında 9-cu turun təyinatları müəyyənləşib. "Qafqazinfo" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, turun mərkəzi qarşılşaması sayılan "Sabah" - "Qarabağ" matçı Rəşad Əhmədova tapşırılıb. Misli Premyer Liqası. I dövrə, IX tur. 23 oktyabr. 15:00. "Araz-Naxçıvan"
22 oktyabr"Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi açıqlanıb
Türkiyə Superliqasının IX turunda keçiriləcək "Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi açıqlanıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. İstanbul derbisi FIFA referisi Atilla Karaoğlana tapşırılıb. Xatırladaq ki, "Qalatasaray"
22 oktyabrQılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub
Qılıncoynatmanın sablya və şpaqa növləri üzrə Bakı şəhər açıq birinciliyi keçirilib. Bu barədə -a Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zallarında Azərbaycan Qılıncoynatma Federasiyası və Bakı Şəhə
12 oktyabr