Əsir düşən əsgərlərin anaları: "Məktuba inanmırıq..."
Bu gün BQXK nümayəndələri Ermənistanda əsir götürülən Azərbaycan Ordusunun əsgərlərinə baş çəkiblər. İrəvanda keçirilən görüş zamanı hərbçilərə ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib.
"Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir, onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nin prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - BQXK-nin yaydığı məlumatda deyilir.
Modern.az-ın əməkdaşı əsir hərbçilərin ailələri ilə əlaqə saxlayaraq, BQXK tərəfindən onlara hansı məlumatların çatdırıldığını öyrənməyə çalışıb.
Əsgər Hüseyn Axundovun anası Şəlalə Axundova bildirib ki, hələlik oğlundan məktub almayıb:
"Mənə oğlumla görüşdüklərini bildirdilər. Hüseyn məktub yazıb, amma onun məktubu hələ bizə verilməyib. Əsirlərin vəziyyəti ilə bağlı yaxın zamanda məlumat verəcəklərini qeyd etdilər. Oğluma görə çox narahatam".
Əsgər Aqşin Bəbirovun anası Dürdanə Bəbirova yazılan məktuba inanmadığını söyləyib:
"Nümayəndə heyəti oğlumla görüşüb. Dedilər ki, yaxın günlərdə sizə oğlunuzla bağlı məlumat verəcəyik, amma onların sağlıq durumu haqda heç nə demədilər. Aqşinin bizə məktub yazdığını bildirdilər. Mən məktuba inanmıram. Şərait yaradılsın, oğlumla görüntülü danışım. Bunun üçün bir çox yerə müraciət etmişəm".
Xatırladaq ki, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Bu yaxınlarda onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1672 Tarix: 19 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk
6 noyabrMetronun iş rejimi 4 günlük dəyişdirilir
8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərini
7 noyabrQeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ
6 noyabrUcuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN
Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt
6 noyabr"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"
Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"
6 noyabrAQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb
Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr
7 noyabrDİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb
Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur
7 noyabr