Qarabağ atlarını 30 ildir qoruyan Ağdam sakini: "Qayıdacağımıza əmin idik" - FOTO

Qarabağ atlarını 30 ildir qoruyan Ağdam sakini: "Qayıdacağımıza əmin idik" - FOTOAğdamın Əliağalı kənd sakini İmdad Məhərrəmov köçkün həyatı yaşadığı 30 il ərzində Qarabağdan gətirdiyi atları göz-bəbəyi kimi qoruyub saxlayıb. Məqsədi həmin atları yenidən Ağdama qaytarmaq və onların sayını artırmaqdır.

Bizim.media-nın Aran bürosunun əməkdaşı İmdad Məhərrəmovla həmsöhbət olub.

Məhərəmmovlar ailəsi 1993-ci il ildə Ağdamdan məcburi köçkün düşüb, 30 ilə yaxın vətən həsrəti ilə yaşayıblar. 44 günlük Vətən müharibəsində, Azərbaycan ordusunun parlaq qələbəsindən sonra Məhərrəmovlar ailəsi Ağdama qayıdacaqları günü səbirsizliklə gözləyir.

İmdad Məhərrəmov 1993-ci ildə Ağdamı tərk edən zaman Qarabağın incisi olan atları özü ilə gətirməsini həvəslə nəql edir:

"Biz o yerlərə qayıdacağımıza əmin idik. Heç vaxt inamımızı itirməmişik. Qoruyub saxlamaq üçün 20 at gətirdim ki, geri qayıdanda onları da özümlə Ağdama aparım. Elə həmin gündən bu at cinslərini qoruyub saxlamağı özümə borc bildim. Bir çox yaxınlar, dostlar üçün də hədiyyə etdim ki, atların nəsli artsın. Həmçinin təsərrüfatımızda da həmin atların balalarından saxladım.
İndiki qalan atlar həmin Qarabağdan gələn atların 15-ci nəslidir. Qoruyub saxlamışıq, hətta atlara yeriş, şahə qalxmaq üçün təlimlər də keçirik. Qarabağ atları çox dözümlü qaçışı və zahiri görünüşü ilə seçilən atlardır, həm də çox etibarlıdırlar".

İmdad Məhərrəmovun ötən illər ərzində ümid bəslədiyi arzusu artıq gerçək olub:

"Məqsədim bu at cinsini qoruyub saxlayıb, yenidən Ağdama, Qarabağ torpaqlarına qaytarmaq olub. İndi Ağdamımız şanlı ordumuzun qələbəsi nəticəsində yağı düşməndən azad olunub. Hazırda azad Ağdamımızda dövlətimiz tərəfindən geniş tikinti-quruculuq işləri görülür və biz yenidən abad, firavan Ağdamda yaşayacağıq. Elə bu atları da Qarabağ torpağında yenidən saxlayıb artıracağıq".
Qarabağ atlarını 30 ildir qoruyan Ağdam sakini: "Qayıdacağımıza əmin idik" - FOTOQarabağ atlarını 30 ildir qoruyan Ağdam sakini: "Qayıdacağımıza əmin idik" - FOTOQarabağ atlarını 30 ildir qoruyan Ağdam sakini: "Qayıdacağımıza əmin idik" - FOTOQarabağ atlarını 30 ildir qoruyan Ağdam sakini: "Qayıdacağımıza əmin idik" - FOTOQarabağ atlarını 30 ildir qoruyan Ağdam sakini: "Qayıdacağımıza əmin idik" - FOTOQarabağ atlarını 30 ildir qoruyan Ağdam sakini: "Qayıdacağımıza əmin idik" - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1000   Tarix: 20 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq

Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir

20 sentyabr
.

İş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab - Video

Yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir. İTV-yə istinadla xəbər verir ki, valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki

20 sentyabr
.

Qarabağda separatizmin sonu: 23 saatlıq antiterror tədbirindən Şahramanyanın "özünü buraxma" fərmanına qədər

2023-cü ilin sentyabrı Qarabağ münaqişəsinin üç onillik tarixində ən mühüm dönüş nöqtələrindən biri kimi yadda qaldı. Sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri cəmi bir sutkadan az müddətdə yeni hərbi-siyasi reallıq yaratdı. Sentyabrın 20-də separatçı silahlı birləşmələrin atəşi

19 sentyabr
.

Azərbaycan alüminium məmulatları istehsalını avqustda 2 dəfədən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 48 min 628 ton alüminium məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,8 % çoxdur. Təkcə avqustda isə ölkədə 4 min 856 ton alüminium məmulatları istehsal edilib

19 sentyabr
.

Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…

Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy

20 sentyabr
.

Bu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEO

Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb. Bunu -a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəf

20 sentyabr
.

Ukraynada "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" kitabı nəşr olunub

Ukraynada Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" ("Исчезнувшая цивилизация - Незамеченная Катастрофа") adlı kitabı nəşr olunub. Ukrayna tədqiqatın Ukrayna dilində çap formatında işıq üzü gördüyü il

19 sentyabr
.

Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər

Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı

20 sentyabr
.

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea

20 sentyabr