"Azərbaycan İranla münasibətlərinin normallaşmasında maraqlıdır" - DEPUTAT

"Azərbaycan İranla münasibətlərinin normallaşmasında maraqlıdır" - DEPUTAT"Məlum olduğu kimi, Azərbaycan-İran münasibətlərinin normallaşması üçün hər iki ölkə Xarici İşlər Nazirliyi arasında bir neçə dəfə telefon danışığı olub. Azərbaycan İranla münasibətlərinin normallaşmasında həqiqətən də maraqlıdır. Azərbaycan bununla bağlı fikirlərini dəfələrlə ifadə edib və real addımlar atıb. Bunu da İran tərəfindən də hər zaman gözləyib. Hər birimiz Prezident Əliyevin Vətən Müharibəsində qələbədən sonra Cəbrayıla səfər zamanı əlini sərhədə və Xudafərin körpülərinə tərəf uzadaraq bu körpülərin dostluq körpüsü adlandırdığını yaxşı xatırlayırıq. Ancaq münasibətlərin normallaşması üçün İran tərəfinin də üzərinə ciddi vəzifələr düşür".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, danışıqların və müzakirələrin getdiyi bir vaxtda İranda oturaraq Azərbaycan əleyhinə davamlı təbliğat aparan, Azərbaycanı təhdid edən "Hüseyniyyun" qrupunun ölkəmizə qarşı təxribatı Prezident İlham Əliyevə qarşı hədyan və təhqirləri, Kərimə dövlətinin qurulması, Azərbaycan hakimiyyətinə qarşı çıxmaqla bağlı çağırışları davam edir.

"Bu məqsədlə hər gün çoxlu sayda videolar hazırlanaraq sosial şəbəkələrdə müxtəlif profil, səhifə və qruplar tərəfindən tirajlanır. Bu videolar deyərdim son günlər daha da kəskin xarakter alıb. İran münasibətlərin normallaşmasını istəyirsə, bu cür çağırış və qrupların qarşısını almalıdır. Həmin qrupların müstəqil olmadığı, kimin tərəfindən maliyələşdirildiyi hər kəsə məlumdur. Azərbaycanla münasibətlərin normallaşmasını istəyən İran tərəfi bu cür təbliğat və təxribatlara son qoymalıdır. Bu dostluq və normal qonşuluq münasibətlərinin ruhuna tamamilə zidd fəaliyyətdir.Əgər İran düşünürsə, bir tərəfdən Xarici İşlər Nazirliyi tərəfindən münasibətlərin normallaşması ilə bağlı Azərbaycana mesaj verəcək, digər tərəfdən ölkəmizə qarşı emissarları, və maliyələşdirdiyi qruplar vasitəsilə təbliğat və təxribatlarını davam etdirəcək o zaman münasibətlərin yaxşılaşması çətin olacaq. Münasibətlərin normallaşması ilə bağlı çağırışlar özünü həm də real addımlarda göstərməlidir. İranda təhsil alan Azərbaycanlılar tərəfindən yaradılmış İranın dəstəklədiyi qrupların ölkəmizə qarşı təxribat və çağırışlarının qarşısı ən qısa vaxtda mütləq alınmalıdır. Onlar hələ də dindar Azərbaycan vətəndaşlarının beynini zəhərləməkdə və fikirlərini çaşdırmaqda davam edirlər. Başqa cür münasibətlərin normallaşması çətin görsənir. Problemlərin həlli imitasiyadan deyil, real addımlardan keçir. İnanmaq istəyirik ki, İran tərəfi bunu anlayaraq real addımlar atacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1100   Tarix: 20 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Noyabrın 6-da Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşəbbüsü və Sevilya Şəhər Şurasının dəstəyi ilə İspaniyanın Sevilya şəhərində möhtəşəm aksiya keçirilib. xəbər verir ki, Azərbaycan xalqı üçün ən əziz və qürurverici tarixlərdən biri olan 8 Noyabr - Zəfər Gününə həsr olunmu

7 noyabr
.

Metronun iş rejimi 4 günlük dəyişdirilir

8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərini

7 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Ucuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN

Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt

6 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

AQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb

Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr

7 noyabr
.

DİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur

7 noyabr
.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr