Generalın tutdurduğu iş adamının ifadəsi: 10 milyon avroluq kredit vədi, 560 minlik iddia...

Generalın tutdurduğu iş adamının ifadəsi: 10 milyon avroluq kredit vədi, 560 minlik iddia...Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin rəisi, general-mayor Vəzir Həsənov və bacanağı İnqilab Əliyevə qarşı 400 min manata yaxın dələduzluqda ittiham olunan Vladimir Müslümova səkkiz il həbs cəzası verilib.

"Qaynarinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda dələduzluqda ittiham olunan Vladimir Müslümov ittiham üzrə özünü qismən təqsirli bilərək deyib ki, 2002-ci ildən tikinti işləri ilə məşğuldur. Bakı şəhərinin bir çox ərazilərində yaşayış binalarını şərikli olaraq tikib. 2018-ci ildə Moskvada məhdud məsuliyyətli cəmiyyət (MMC) təsis edib. Həbs olunana qədər həmin MMC-nin direktoru vəzifəsində işləyib.

Vladimir Müslümov şəriki Tahirlə, həmçinin Raqif və Emin adlı şəxslərlə bina tikmək istəyib. Lakin bunun üçün yer olsa da, pul olmayıb. Həmin ərazilərə dair sənədlər də olmayıb. Pul tapacağı halda yeri alıb, bina tikməyi planlaşdırıb.

2021-ci ilin yanvar ayında Tahir vəfat edib. Bundan sonra Yaşar adlı şəxs onu Tahirin qudası, general-mayor Vəzir Həsənovla görüşdürüb. Görüşdə Vəzir Həsənov söz verib ki, binanın inşa edilməsi üçün ona bankların birində 10 000 000 avro kredit verilməsinə kömək edəcək, bunun əvəzində isə Vəzir Həsənova inşa ediləcək binada ev veriləcək, bankdan götürəcəyi krediti isə şərikləri ilə birlikdə binanı tikib, satdığı mənzillərin hesabına əldə olunacaq gəlirlərlə ödəyəcək.

Vəzir Həsənov kreditin verilməsi üçün əlaqələrindən istifadə edəcəyini deyib və Vladimir Müslümov ona inanıb. Bunun müqabilində binanın A blokunun 6-cı mərtəbəsində 4 otaqlı, 178 kvadratmetr sahəsi olan, 391 754 manat dəyərində mənzili pay verməsi barədə müqaviləni və şirkətə heç bir borcu olmadığı barədə maliyyə arayışını özü tərtib edərək ona verib.

Bu sənədə əsasən, Vəzir Həsənov ona heç bir ödəniş etməyib. O, bu mənzili generala bina tikmək üçün lazım olan krediti götürməyə kömək etməsinə görə verib.

Vladimir Müslümov Vəzir Həsənovdan 2021-ci ilin aprel ayında 100 000 ABŞ dolları borc alıb. Bu hadisə də Sumqayıt şəhərində baş verib.

Onların Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində bina tikmək istədikləri yerdə hazırda heç bir tikili yoxdur. Həmin yer qeyri-rəsmi olaraq onlara məxsusdur. Bütün sənədlər Yusufov və Emin adlı şəxsdədir. Vladimir Müslümov, sadəcə, MMC-ni yaradıb, sənədi Eminlə hazırlayaraq imza atıb, MMC-nin möhürü ilə möhürləyiblər.

V.Müslümov bildirib ki, sənədin heç bir hüquqi əsası yoxdur. Vəzir Həsənova verdiyi müqavilədə olan imza və möhür həqiqidir. Müqavilədə olan məlumatlar isə həqiqəti əks etdirmir. Emin hazırda Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. Onun barəsində vergi cinayətləri ilə bağlı cinayət işi başlanıb və axtarışdadır. Həmçinin qeyd edib ki, həmin mənzil üçün generaldan 391 754 manat pul almayıb, pay olaraq verib.

Vladimir Müslümov bildirib ki, generalın bacanağı İnqilab Əliyevi isə sonradan tanıyıb. Ona da 2021-ci ilin aprel ayının 9-da Səbail rayonu, Xanlar küçəsi 117 ünvanında inşa ediləcək 18 mərtəbəli "PANORAMA BAYIL" yaşayış kompleksində 2 otaqlı, 80 kv.m-ə yaxın mənzil satacağına dair yalan vəd verməyi həqiqəti əks etdirmir və ondan 100 dollar pul almayıb.

Vladimir Müslümov etiraf edib ki, 100 min dollar pulu yalnız generaldan alıb. Həmin vəsaiti Eminə verib ki, gedib Rusiyada pul götürmək üçün işlər görsün. Vəzir Həsənova müqavilədəki ev bina tikiləndən sonra ona verilməli imiş. Lakin sonradan general onlara kredit verilməsini təşkil etmədiyinə görə işləri alınmayıb, bu zaman İnqilab Əliyev borc müqaviləsi yazdırıb ki, əlində sənəd olsun.

Proses iştirakçılarının suallarını cavablandıran təqsirləndirilən şəxs bildirib ki, o, istintaq zamanı üç dəfə ifadə verib. Vəzir Həsənovla 15 dəfə görüşüb və pulu birdəfəyə alıb. General ona cəmi 100 min dollar borc verib. Bankdan kredit götürə bilmədiyinə görə işlərini davam etdirə bilməyib.

Qeyd edək ki, general Vəzir Həsənov 2022-ci ildən Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin rəisidir. O, əvvəllər Tovuz Gömrük İdarəsinin və Sumqayıt Gömrük İdarəsinin rəisi olub.

General izahatında bildirib ki, 391 754 manat pul ona məxsusdur və həmin məbləği dördotaqlı mənzilə görə Nərimanov rayonu, Yaşar Hüseynov küçəsində Vladimir Müslümova verib. Bacanağı üçün də 2 otaqlı mənzil almaq üçün birlikdə 560 000-ə yaxın məbləğdə pul ona ödəyiblər. General həmçinin əlavə edib ki, Vladimir Müslümov üçün bankdan kredit götürülməsi və onun şirkətində şərik olması ilə bağlı ifadəsi yalandır. Onun Vladimir Müslümovla işbirliyi, biznes planı qətiyyən olmayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2491   Tarix: 21 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Noyabrın 6-da Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşəbbüsü və Sevilya Şəhər Şurasının dəstəyi ilə İspaniyanın Sevilya şəhərində möhtəşəm aksiya keçirilib. xəbər verir ki, Azərbaycan xalqı üçün ən əziz və qürurverici tarixlərdən biri olan 8 Noyabr - Zəfər Gününə həsr olunmu

7 noyabr
.

Metronun iş rejimi 4 günlük dəyişdirilir

8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərini

7 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Ucuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN

Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt

6 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

AQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb

Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr

7 noyabr
.

DİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur

7 noyabr
.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr