"Qarabağ"dan məşqdə ürəyi dayanan futbolçu ilə bağlı AÇIQLAMA
"həkimlərin ilkin müdaxiləsindən sonra Şirxan Hüseynzadənin vəziyyəti nisbətən stabilləşib".
Bunu "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Ağdam klubunun ikinci komandasının məşqdə ürəyi dayanan futbolçusu Şirxan Hüseynzadənin sağlamlıq durumu barədə danışarkən deyib. Klub sözçüsü bildirib ki, hazırda bütün lazımi müdaxilələr edilir:
"Təəssüf ki, məşqdə belə bir hadisə baş verib. Şirxan bizim ən sağlam futbolçularımızdan hesab olunurdu. İl ərzində iki dəfə klubumuz tərəfindən, eyni zamanda U-21 millisinə dəvət zamanı AFFA tərəfindən ümumi müayinədən keçirilib. Bu günə qədər heç bir problem aşkarlanmamışdı. Hazırda xəstəxanada həkim nəzarətindədir. Klubumuzun direktoru Emrah Çelikel, baş menecer Asif Əsgərov və komandamızın baş məşqçisi Qurban Qurbanov, eləcə də həkimlər korpusumuz onun yerləşdirildiyi xəstəxanadadırlar. Klub olaraq əlimizdən gələni edəcəyik. Hazırda həkimlər də bütün lazımi müdaxilələri edirlər. Şükürlər olsun ki, vəziyyəti stabilləşib".
***
"Qarabağ"ın əvəzedici komandasının məşqdə ürəyi dayanan futbolçusu Şirxan Həsənzadə paytaxtda yerləşən özəl klinikalardan birinə yerləşdirilib.
20 yaşlı futbolçunu hələ də ayıltmaq mümkün olmayıb.
Ş.Hüseynzadə məşq zamanı birdən yerə yıxılıb. Bundan sonra o, təcili tibbi yardımın köməyi ilə dərhal xəstəxanaya aparılıb.
***
"Qarabağ"ın əvəzedici komandasının məşqində xoşagəlməz hadisə yaşanıb.
Oxu.Az saytının əldə etdiyi məlumata görə, hazırlıq prosesində müdafiəçi Şirxan Həsənzadənin ürəyi dayanıb. O, təcili tibbi yardımın köməyi ilə dərhal xəstəxanaya çatdırılıb.
Azərbaycan U-21 millisinin üzvünün həyatı üçün təhlükənin olduğu bildirilir.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 3298 Tarix: 22 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İngiltərə klubları Dion-Dreno Belyo ilə maraqlanırlar
İngiltərə klubları Xorvatiyanın "Dinamo" komandasının futbolçusu Dion-Dreno Belyo ilə maraqlanırlar. "TEAMtalk"a istinadən xəbər verir ki, "Mançester Yunayted", "Tottenhem", "Everton" və "Brentford" 24 yaşlı hücumçunu izləyir. Premyer Liqa təmsilçilər
14 oktyabrAzərbaycanın futzal millisinin Çexiya ilə oyun üçün heyəti açıqlanıb
Azərbaycanın futzal üzrə millisinin dünya çempionatının əsas mərhələsində Çexiyaya qarşı oyun üçün heyəti bəlli olub. xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Yığmaya 14 oyunçu dəvət alıb. Xatırladaq ki, Azərbaycan komandası DÇ-2028-in əsas mərhələsində Çexiya ilə oktyabrın 16-da üz-üzə gələcək
14 oktyabr"Neftçi" 700-cü qolunu "Qarabağ"a vurdu
"Neftçi" Azərbaycan çempionatlarının yüksək dəstəsində 700-cü səfər qolunu vurub. Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Bu, Misli Premyer Liqasının VII turunda gerçəkləşib. "Qarabağ"la qarşılaşmada (3:3) ikinci qola imza atan Qustavo Klisman yubile
19 oktyabr"Sabah" - "Qarabağ" matçının hakimi açıqlandı
Misli Premyer Liqasında 9-cu turun təyinatları müəyyənləşib. "Qafqazinfo" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, turun mərkəzi qarşılşaması sayılan "Sabah" - "Qarabağ" matçı Rəşad Əhmədova tapşırılıb. Misli Premyer Liqası. I dövrə, IX tur. 23 oktyabr. 15:00. "Araz-Naxçıvan"
22 oktyabr"Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi açıqlanıb
Türkiyə Superliqasının IX turunda keçiriləcək "Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi açıqlanıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. İstanbul derbisi FIFA referisi Atilla Karaoğlana tapşırılıb. Xatırladaq ki, "Qalatasaray"
22 oktyabrQılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub
Qılıncoynatmanın sablya və şpaqa növləri üzrə Bakı şəhər açıq birinciliyi keçirilib. Bu barədə -a Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zallarında Azərbaycan Qılıncoynatma Federasiyası və Bakı Şəhə
12 oktyabr