Bakıda Olimpiya çempionu sevgilisinin həyat yoldaşını döyüb

Bakıda Olimpiya çempionu sevgilisinin həyat yoldaşını döyübBakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın tanınmış güləşçisi, yeniyetmələr arasında olimpiya çempionu, I Avropa Oyunları, Avropa və dünya çempionatının mükafatçısı Elman Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sonxeber.az Trend-ə istinadən bildirir ki, hakim Səbinə Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən şəxs Elman Muxtarov bildirib ki, üzərində heç bir bıçaq olmayıb və heç kimdən pul tələb etməyib:

"Mən zərərçəkmişə sadəcə bir şillə vurmuşam".

Daha sonra iş üzrə yeganə şahid olan zərərçəkmişin arvadı Günay Əliyeva dindirilib. O, təqsirləndirilən şəxsin xeyrinə ifadə verib: "Ərimlə yaşamağıma səbəb uşaqlarımı əlimdən alması qorxusu olub. Bu səbəbdən evdən çıxmırdım. Elman orda heç kimə bıçaq çıxarmayıb və pul tələb etməyib. Ərim mənə hədə-qorxu gəldi ki, əgər polisdə onun istədiyi kimi izahat verməsəm, valideynlərimə hər şeyi deyəcək və uşaqlarımı əlimdən alacaq. Mən də məcbur qalıb Elmanın əleyhinə ifadə verməli oldum. Sonradan ərim hər şeyi valideynlərimə açıb danışdı və artıq onlar hər şeyi bilirlər. Ona görə də heç nədən qorxmuram və bu gün məhkəmədə həqiqəti danışıram".

Məhkəmənin növbəti iclası iyunun 20-nə təyin edilib.

İttiham aktına görə, E.Muxtarov 2022-ci ilin iyul ayının 12-də paytaxtın Nizami rayonu ərazisində yaxın münasibətdə olduğu Günay Əliyevanın həyat yoldaşının üz nahiyəsinə bıçaqla xəsarət yetirib.
Bundan başqa, o, həmin ilin sentyabr ayının 6-da zərərçəkmişin oğlunu yaşadığı binanın qarşısında izləyib.

İttiham aktına görə, evə basqın edən idmançı zərərçəkmişə yumruq zərbələri endirib, bıçaqla hədələyib. Daha sonra E.Muxtarov evdən 2 min 800 manat pulu götürərək hadisə yerini tərk edib.

Hadisə barədə zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib. E.Muxtarov polis əməkdaşları tərəfindən saxlanılıb və Nizami Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkanı seçilib.

Xatırladaq ki, E.Muxtarov uzun illər güləş üzrə Azərbaycan yığmasının üzvü olub. 2010-cu ildə Sinqapurda keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında qızıl, 2015-ci ildə Bakıdakı Avropa Oyunlarında bürünc medal qazanıb. O, sonuncu dəfə 2019-cu ildə Qazaxıstanda güləş üzrə dünya çempionatında yarışıb. Daha sonra karyerasını başa vurub.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1666   Tarix: 26 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda ilk dəfə FIFA U-15 Dünya Çempionatı və Festivalı keçirilir

Tarixdə ilk dəfə təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalına Bakı ev sahibliyi edir. Dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən 4 minə yaxın gənc futbolçu, məşqçi və rəsmi turnirdə iştirak edir. BİG.AZ xəbər verir ki, yarışın Azərbaycanda keçirilməsi ölkədə idmanın inkişafı

24 oktyabr
.

"Venesiya" klubu Davide Nikola ilə anlaşdığını açıqlayıb

İtaliya A Seriyası təmsilçisi "Venesiya" klubu Davide Nikola ilə anlaşdığını açıqlayıb. xəbər verir ki, bu barədə İtaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 53 yaşlı mütəxəssislə 2027/2028 mövsümünün sonunadək müqavilə bağlanıb. D.Nikola bu postda A Seriyasının startındakı ardıcı

15 oktyabr
.

"İmişli" komandası ispaniyalı baş məşqçi axtarışındadır

"İmişli" komandası ispaniyalı baş məşqçilərin xidmətində daha çox maraqlıdır. Bunu "Report"a açıqlamasında adıçəkilən klubun icraçı direktoru Aqşin Mürsəlov deyib. Bölgə təmsilçisinin rəsmisi "İmişli" üçün baş məşqçi axtarışlarının davam etdiyini söyləyib:. "Hazırd

20 oktyabr
.

"Sabah" - "Barselona" matçının biletləri satışda

UEFA Çempionlar Liqasının liqa mərhələsində "Barselona" ilə qarşılaşacaq "Sabah"ın ev oyununun biletləri satışa çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti yayıb. Görüşün bilet satışı " vasitəsilə həyata keçirilir. Qarşılaşma noyabrın 25-d

19 oktyabr
.

Azərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazandı

Azərbaycanın daha iki təmsilçisi ABŞ-nin Las-Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında medal qazanıb. xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, sərbəst güləşçilərdən Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) bürünc mükafata sahib çıxıblar

18 oktyabr
.

AFFA 6 komandaya texniki məğlubiyyət verib

AFFA-nın U-13, U-11 və U-10 liqalarında baş tutmayan və yarımçıq dayandırılan oyunlara görə 6 komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub. U-13 Liqasında oktyabrın 10-na planlaşdırılan "Gəncə" - "Offside"

16 oktyabr
.

"Qalatasaray"ın futbolçusu Barış Alper Yılmaz "Fənərbağça" ilə oyunu buraxa bilər

Türkiyənin "Qalatasaray" klubunun əsas futbolçularından olan Barış Alper Yılmaz Superliqanın IX turunda "Fənərbağça" ilə oyunu buraxa bilər. xəbər verir ki, bu barədə yerli "Sabah" nəşri məlumat yayıb. Oyunçu Fransada "Lill"ə qalib gəldikləri matçda (4:2) ayağındak

23 oktyabr
.

"Səbail" klubu ev oyunlarını Qubada keçirmək üçün danışıqlar aparır

"Səbail" Futbol Klubunun rəhbərliyi Quba Olimpiya İdman Kompleksinin stadionunda ev oyunlarını keçirmək məqsədilə danışıqlar aparır. Bu barədə "Report"un sorğusuna cavab olaraq I Liqa təmsilçisindən məlumat verilib. Klubdan bildirilib ki, rəqibləri məhz Quba şəhərində qəbul etmə

23 oktyabr
.

"Sabah" - "Qarabağ" matçının hakimi açıqlandı

Misli Premyer Liqasında 9-cu turun təyinatları müəyyənləşib. "Qafqazinfo" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, turun mərkəzi qarşılşaması sayılan "Sabah" - "Qarabağ" matçı Rəşad Əhmədova tapşırılıb. Misli Premyer Liqası. I dövrə, IX tur. 23 oktyabr. 15:00. "Araz-Naxçıvan"

22 oktyabr