Azərbaycanda azyaşlının ölümünə səbəb olan polis zabiti həbs edildi - FOTO

Azərbaycanda azyaşlının ölümünə səbəb olan polis zabiti həbs edildi - FOTOÖtən il iyulun 7-də saat 17 radələrində Xətai rayonu ərazisində, metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında idarə etdiyi "Ford Mustang" markalı idman avtomobili ilə ana və oğlunu vuran polis zabiti həbs edilib.

Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, barəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma-ölümlə nəticələndikdə) maddəsi ilə iş açılan Xızı Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Telman Şəhriyar oğlu Kərimova hökm oxunub. 1990-cı il təvəllüdlü Əhmədova Qənirə Rasim qızı və onun 6 yaşlı övladı Əhmədov Murad Abbas oğlunu maşınla vuran və azyaşlının ölümünə səbəb olan polis zabitinə 2 il 6 ay müddətinə sürücülük hüququndan məhrum edilməklə 5 il 2 ay müddətinə həbs cəzası verilib. Xətai Rayon Məhkəməsinin hökmü ilə o, məhkəmə zalındaca həbs edilib. 28 yaşlı Telman Kərimovun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilib.

Məhkəmə prosesində Telman Kərimov özünü təqsirli bilməyib. O, ifadəsində deyib: "Belə bir hadisənin baş verməsini heç zaman istəməzdim. Murad Əhmədovun həyatda qalması üçün hər cür addım atdım, onları xəstəxanaya çatdırdım. Özüm və yaxın qohumlarım tərəfindən bir neçə dəfə barışığa cəhd edilib. Maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı hər cür addım atmağa hazıram".
Azərbaycanda azyaşlının ölümünə səbəb olan polis zabiti həbs edildi - FOTOHadisə zamanı xəsarətlər alan Qənirə Əhmədova bildirib ki, qəza zamanı onlar yolu keçərkən güclü uğultu səsi ilə hərəkət edən avtomobil qəfil onları vurub: "Mən yolu keçərkən ortada yerləşən səkidə oğlum Muradla dayanaraq maşınların keçməsini gözlədim. Həmin vaxtı ağ maşın bizə yol verdi, oğlumun əlindən tutaraq yolu keçməyi qərara aldım.
Yolu keçmək istəyərkən möhkəm uğultulu maşın səsi eşitdim və nə edəcəyini tam qərarlaşdıra bilmədiyimdən qarşı tərəfdə otluq qazon olduğundan həmin istiqamətə tərəf oğlum Muradla birlikdə qaçmaq qərarına gəldim. Lakin qaça bilmədik, "Ford Mustang" markalı maşın bizi vurdu. Hadisənin necə baş verdiyini tam anlamadım, yerdə uzanıqlı vəziyyətdə oğlum Muradın adını sayıqlayırdım. Bu zaman sonradan adının Telman Kərimov olduğunu bildiyim şəxs yaxınlaşaraq bizi maşınla vurduğunu bildirdi və təcili tibbi yardım çağırdı. Təqsirləndirilən şəxsdən şikayətçiyəm, ona ağır cəza verilməsini xahiş edirəm".

Mərhum azyaşlının atası isə bildirib ki, oğlu birinci sinfə gedəcəkmiş və cüdo idman növü ilə məşğul imiş: "Oğlum Murad Əhmədov 2021-ci ilin sentyabr ayından Xətai rayonunda yerləşən 245 saylı məktəbdə məktəbəqədər təhsilə başlamışdı, Murad həmçinin 2022-ci ilin yanvar ayından etibarən cüdo idman növü ilə məşğul olurdu, müxtəlif idman yarışlarında iştirak etmişdi, 1-ci və 2-ci yerlərə layiq görülmüşdü və bununla bağlı diplomlar almışdı. Həmin gün mən növbədə idim, qardaşım zəng edib təcili "Neyrocərrahiyyə" xəstəxanasına gəlməyimi bildirdi, nə olduğunu demədi. Yolda olarkən arvadım zəng edib ağlayaraq baş vermiş hadisə barədə məlumat verib onları maşın vurduğunu, onu Sabunçuya apardıqlarını, lakin Muradın hara aparılması barədə məlumatı olmadığını bildirdi. Oğlum 6 gün komada qalandan sonra vəfat etdi".

Qeyd edək ki, Telman Kərimov daha əvvəl Beyləqan RPŞ-də müstəntiq vəzifəsində də çalışıb. Onun qəza törətdiyi "Ford Mustang" markalı avtomobil idman avtomobilidir.
Azərbaycanda azyaşlının ölümünə səbəb olan polis zabiti həbs edildi - FOTOAzərbaycanda azyaşlının ölümünə səbəb olan polis zabiti həbs edildi - FOTOAzərbaycanda azyaşlının ölümünə səbəb olan polis zabiti həbs edildi - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3876   Tarix: 01 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

7 noyabr
.

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi

6 noyabr
.

İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Noyabrın 6-da Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşəbbüsü və Sevilya Şəhər Şurasının dəstəyi ilə İspaniyanın Sevilya şəhərində möhtəşəm aksiya keçirilib. xəbər verir ki, Azərbaycan xalqı üçün ən əziz və qürurverici tarixlərdən biri olan 8 Noyabr - Zəfər Gününə həsr olunmu

7 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

6 noyabr
.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

7 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

ASAN Xidmət bu tarixlərdə işləməyəcək

ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı

7 noyabr
.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr