Millət vəkili: Lənkəranın Sütəmurdov kəndindən keçən magistral yol Stalinqrad döyüşünü xatırladır
"Bu gün fəxr edirik ki, Azərbaycanda böyük işlər görülür. Azərbaycanın avtomobil yolları da dünyada birincilər sırasındadır. Lakin Lənkəranın Sütəmurdov kəndindən keçən magistral yol Stalinqrad döyüşünü xatırladır".
Sonxeber.az-ın xəbərinə görə, bunu bu gün Milli Məclisin iclasında deputat Rüfət Quliyev bildirib.
Rüfət Quliyevin sözlərinə görə, ayda bir neçə dəfə o yolda qəzalardan tələfatlar olur: "Mən dəfələrlə xahiş etmişəm ki, radarlar qoyulsun. Düzdür, yola işıqforlar qoyublar. Amma yenə də yolda avtomobillər sürətlə sürülür, qəzalar olur. Bir həftə əvvəl də orada iki uşağı avtomobil vurub, reanimasiyadadır. Bu problemlə bağlı Lənkəran Şəhər Polis İdarəsinin rəisinə də müraciət etmişəm, kömək edir. Ancaq radar olmasa, insanların yenə qəzaya düşməsi davam edəcək. Bu gün yəqin ki, daxili işlər nazirinə də məktub yazacam ki, o yola radar qoyulsun, insanların canı qurtarsın".
Deputat mənzil tikintisi zamanı fırıldaqla məşğul olan şirkətlər barədə də danışıb: "Onlardan biri Bakı İnşaat MMC-dir. İnsanların pullarını alıblar, 4-5 aydır, mənzillərin təhvil verilməsini gecikdirirlər. Bu şirkətin rəhbəri Zahir Əsgərovdur. Mənim köməkçim onunla əlaqə saxlamaq istəyir, yayınır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 775 Tarix: 02 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR
Bakı şəhərində səkilər, həyətlər, park və bağların abadlaşdırılması və təmiri ilə bağlı işlər görüləcək. -in əldə etdiyi məlumata görə, layihəni "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC icra edəcək. Görüləcək işlərin ümumi dəyəri təxminən 65 milyon manata yaxındır. Layihə çərçivəsində səkiləri
29 aprelBu yolda sürət həddi endirildi
Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, mərkəzin əməkdaşlar
29 aprelİlk finalçı məlum oldu - VİDEO
ATV-nin "Kəlmə-Kəlməyə" meyxana şousunda ilk finalçı məlum olub. xəbər verir ki, yarışmanın yarımfinal mərhələsində meyxana ustadları Kərim Kərimov və Cəlil Əliyev qarşı-qarşıya gəliblər. Hər iki tərəfin də möhtəşəm çıxış etdiyi ½ mərhələdə Cəlil Cəlilov rəqibini üstələməyi bacarıb. Adını final
29 aprelMehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı məhkəmədə prokuror ittiham olunan mərkəzin sabiq direktoru Mehriban Abasquliyevanın 8, Elnur Əhmədli və Hamlet Mustafayevin isə 7 il müddətinə azadlıqdan məhrum edilməsini və onların zalda həbs edilmələrini təklif edib. "Report"
29 aprelÖlkədən çıxışa qadağa: hüquqi əsaslar və tətbiq qaydası
Qloballaşan dünyada sərbəst hərəkət etmək hüququ mühüm əhəmiyyət kəsb etsə də, bəzi hallarda vətəndaşların ölkədən çıxışına hüquqi məhdudiyyətlər tətbiq olunur. Bu məhdudiyyətlər əsasən şəxsin üzərinə düşən öhdəliklərin icrasını təmin etmək və ictimai maraqları qorumaq məqsədi daşıyır. Bəs, ölkədən çıxış
29 aprel