MM Azərbaycanda daha bir medalın təsis edilməsini I oxunuşda təsdiqləyib
Azərbaycanda daha bir medal təsis edilir.
Sonxeber.az xəbər verir ki, bununla bağlı "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişiklik edilməsi barədə layihə parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakiyə çıxarılıb.
Layihəyə əsasən minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı xidmətlərinə görə təltif edilirlər:
- minatəmizləmə sahəsinin inkişafında fəal iştiraka görə;
- minatəmizləmə sahəsində səmərəli əməkdaşlığa verilən əhəmiyyətli töhfəyə görə;
- minatəmizləmə sahəsində Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində və möhkəmləndirilməsində göstərilən xidmətlərə görə;
Medal döşün sol tərəfinə, Azərbaycanın digər orden və medalları olduqda onlardan sonra taxılır.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 955 Tarix: 02 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - BU TARİXDƏN
Broyler toyuqlarının yumurtasının qiymətində artım müşahidə olunur. Satıcıların bildirdiyinə görə, son bir neçə gündə qiymətlər 5-7 qəpik yüksəlib və hazırda broyler yumurtası 20 qəpiyə satılır. Bundan başqa, kənd yumurtasının qiyməti də 50 qəpiyə qədər bahalaşıb. Bahalaşmanın səbəbi nədir? Ucuzlaşm
21 dekabrKarantin rejiminin müddəti uzadıldı
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsus
20 dekabr2 yaşlı uşaq kanalizasiya quyusuna düşüb öldü
Beyləqanda azyaşlı bədbəxt hadisənin qurbanı olub. "Qafqazinfo" xəbər verir ki, rayonun Tatalılar kəndində 2 yaşlı Uğur Elmidar oğlu İmanzadə həyətlərində olan kanalizasiya quyusuna düşüb. O, boğularaq ölüb. Faktla bağlı araşdırma başlanıb
19 dekabrBu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat
"Yüksək balla universitetimizə qəbul olan tələbələrə təqaüdlərin verilməsi xüsusi əhəmiyyət kəsb edir". Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən dinləmədə çıxışı zamanı Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov deyib. Z.Qurbanov qeyd edi
19 dekabr