Azərbaycan çempionatında biabırçı hakim qərarları: Ofsayd xətti yenə əyri çəkildi - FOTO/VİDEO
Azərbaycan Premyer Liqasının 32-ci turunda keçirilmiş "Zirə" - "Turan Tovuz" oyunundakı hakim qərarları müzakirələrə səbəb olub.
Oxu.Az xəbər verir ki, referi Rauf Cabbarov bir neçə epizodda mübahisəyə səbəb olacaq addımlar atıb. Bir halda isə VAR sistemi oyundankənar vəziyyətlə bağlı xətti əyri çəkib.
İlk problem 19-cu dəqiqədə üzə çıxıb. Referi "Zirə"nin hücumçusu Vladislav Kulaça qarşı qaydanın pozulduğunu əsas gətirərək, penalti təyin edib. Lakin VAR-ın müdaxiləsindən sonra monitora özü baxan hakim qərarı ləğv edib.
28-ci dəqiqədə bu dəfə Eldar Quliyev "Turan Tovuz"un cərimə meydançasında yerdə qalıb. Hakim ikinci dəfə penalti təyin edib. VAR-a baxıldıqdan sonra da qərar qüvvədə qalıb. Lakin sosial şəbəkələrdə ilk epizodun daha çox penalti olduğu fikirləri səsləndirilib.
Ən mübahisəli epizod 39-cu dəqiqədə qeydə alınıb. "Zirə"nin futbolçusu Vladislav Kulaç fərqlənsə də, qol oyundankənar vəziyyət səbəbindən ləğv olunub. Təkrarda ofsayd xəttinin əyri çəkildiyi görünüb. Hətta rəqib müdafiəçi Şəhriyar Əliyevin dabanı xətdən geriyə düşüb.
Xatırladaq ki, daha əvvəl 27-ci turda keçirilmiş "Neftçi" - "Kəpəz" matçında da VAR-dan təqdim olunan ofsayd xətti əyri olub.
45+2-ci dəqiqədə Runi Eva "Zirə"nin cərimə meydançasında yerdə qalıb. Rauf Cabbarov davam işarəsi verib. Epizodun təkrarında müdafiəçinin rəqib oyunçunun ayağına zərbə endirdiyi görünüb.
53-cü dəqiqədə isə kuryoz hadisə baş verib. Yenə hadisələrin mərkəzində Rauf Cabbarov olub. "Turan Tovuz" futbolçuları cərimə zərbəsi zamanı fiti gözləmədən topu oyuna daxil edərək qol vurublar. Hakim öncə qolu qeydə alıb. Yalnız VAR-ın müdaxiləsindən sonra o, qərarını dəyişib və cərimə zərbəsi yenidən yerinə yetirilib.
Sözügedən qarşılaşma Tovuz klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1284 Tarix: 02 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Canni İnfantino Bakıda - Video
FIFA prezidenti Canni İnfantino Bakıya gəlib. xəbər verir ki, FIFA prezidenti Canni İnfantino bununla bağlı "Instagram" hesabında paylaşım edib. O, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf tərəfindən səmimiyyətlə qarşılandığını qeyd edib. "15 yaşadə
24 oktyabr"İmişli" komandası ispaniyalı baş məşqçi axtarışındadır
"İmişli" komandası ispaniyalı baş məşqçilərin xidmətində daha çox maraqlıdır. Bunu "Report"a açıqlamasında adıçəkilən klubun icraçı direktoru Aqşin Mürsəlov deyib. Bölgə təmsilçisinin rəsmisi "İmişli" üçün baş məşqçi axtarışlarının davam etdiyini söyləyib:. "Hazırd
20 oktyabr"Sabah" - "Qarabağ" matçının hakimi açıqlandı
Misli Premyer Liqasında 9-cu turun təyinatları müəyyənləşib. "Qafqazinfo" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, turun mərkəzi qarşılşaması sayılan "Sabah" - "Qarabağ" matçı Rəşad Əhmədova tapşırılıb. Misli Premyer Liqası. I dövrə, IX tur. 23 oktyabr. 15:00. "Araz-Naxçıvan"
22 oktyabr"Zirə"nin müdafiəçisi Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib
Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib. Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, "Zirə"nin futbolçusunun yubileyi "Şamaxı" ilə matça (1:1) təsadüf edib. 27 yaşlı müdafiəçi Misli Premyer Liqasının VII turuna start heyətində çıxıb. Debütü 2018/19 mövsümündə gerçəkləşə
12 oktyabrRonaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
Portuqaliyalı hücumçu Kriştianu Ronaldu mineral su istehsalına 10 milyon avro sərmayə qoyub. -ın xəbərinə görə, bu barədə "Sic Noticias" nəşri məlumat verib. Məlumata görə, futbolçunun yeni biznesdə tərəfdaşı olan "Grupo Ouhterinho" şirkəti də oxşar məbləğdə yatırım edib. Layihəy
17 oktyabrBatrakov "Barselona"ya təklif olunubmuş
1994/95 mövsümündə "Barselona"da çıxış etmiş rusiyalı keçmiş futbolçu və məşqçi İqor Korneyev "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakovu İspaniya klubuna təklif etdiyini bildirib. bu barədə "Matç TV"yə istinadən xəbər verir. Korneyev Kataloniya təmsilçisinin rəhbərliyind
18 oktyabr