Siyavuş Novruzov: "Yaşlı adamların efirdə evləndirilməsi dəyərlərimizə ziddir"
"Yaşlı adamların efirdə evləndirilməsi dəyərlərimizə ziddir".
Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin mayın 2-də keçirilən plenar iclasında İTV-nin Yayım Şurasına yeni üzvlərin seçilməsi ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, Azərbaycan demokratik ölkə olduğundan hər kəs azaddır: "Ancaq bu gün 70 yaşlı adamları efirə evləndirməyə dəvət edirlər və onlar televiziyada ailə qururlar. Axı, bizim adətlərimiz, milli-mənəvi dəyərlərimiz var?! Düzdür, Rusiyada belə bir proqram var, ancaq onların da öz milli-mənəvi dəyərləri var. Axı, televiziyada kim evlənir, boşanır?! Ziyalılarımız bu məsələyə münasibət bildirməlidirlər. Çünki nəvə-nəticələri bunlardan nə tərbiyə götürəcək?! Dövlətimiz əxlaq, mənəviyyat üzərində qurulub. Bu dövləti hara aparırsınız?! 5 manat pul qazanırsız, amma xalqın tərbiyəsini pozmayın".
Deputat həmçinin İTV-nin hazırladığı verilişlərlə digər telekanallardan fərqli olmağa çalışdığını da bildirib: "Amma həmin telekanalın bir neçə proqramında, xüsusilə də xəbərlərdə dəyişiklik yaxşı olardı. Bütün telekanallarda yayımlanan xəbərlər proqramı, demək olar ki, eynidir. Ona görə də xəbərlər proqramında müəyyən dəyişiklik İTV-nin fəaliyyəti üçün təqdirəlayiq olardı".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1360 Tarix: 02 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video
Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i
7 noyabrSabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi
6 noyabrQeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ
6 noyabrFirəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ
6 noyabrƏrzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,
7 noyabrASAN Xidmət bu tarixlərdə işləməyəcək
ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı
7 noyabr