Feyk profildən insanları təhqir edənləri necə tapıb cəzalandırmaq olar?
Sosial şəbəkələrdə feyk hesabla insanları təhqir edən, şərəf və ləyaqətini alçaldan insanların sayı artıb. Hesab feyk olduğuna görə kimliyinin gizli qalacağından əmin olan bu şəxslər daha da arxayın olurlar. Bəs təhqir olunmuş şəxs feyk hesabın sahibinə qarşı necə qanuni tədbirlər görə bilər?
Vəkil Hüseyn İsmayılov Sonxeber.az-a bildirib ki, təhqir olunan şəxs əvvəlcə polisə feyk hesabın sahibini tapmaq üçün müraciət etməlidir. Polis hesabın sahibini müəyyən etdikdən sonra təhqir olunduğunu iddia edən şəxs məhkəmədə iddiaçı olaraq həmin şəxsi cavabdeh göstərməlidir.
"Təhqir olunduğunu iddia edən şəxs məhkəməyə müraciət edə bilər. Amma kimi cavabdeh göstərəcək? Əvvəlcə feyk hesabın sahibini tapmaq lazımdır. Məhkəmədə iddiaçı cavabdeh qoymalıdır.Cavabdehi müəyyən etmək iddiaçının üzərinə düşür. Bu, xüsusi ittiham qaydasında olduğuna görə özünü təhqir olnumuş hesab edən şəxs feyk profilin kim olduğunu tapmalıdır. Polis vasitəsi ilə də tapa bilər, özü də tapa bilər. Sonra məhkəməyə müraciət etmək olar. Polis şikayət əsasında feyk hesabın sahibini araşdıra bilər. Daxili İşlər Nazirliyinin kibertəhlükəsizliklə bağlı ayrıca şöbəsi var. Onlar araşdırıb tapa bilir" ,- deyə vəkil qeyd edib.
Qeyd edək ki, Maddə 148-1-də (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə) sanksiyalar hazırda 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə cəzalarından ibarətdir.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2761 Tarix: 02 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video
Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i
7 noyabrSabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi
6 noyabrQeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ
6 noyabrFirəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ
6 noyabrƏrzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,
7 noyabrASAN Xidmət bu tarixlərdə işləməyəcək
ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı
7 noyabr