İdmançını öldürən İsmayılovların cəzası kəskin artırıldı - FOTO
2018-ci ilin 5 sentyabrında Sumqayıt şəhərində 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlunu bıçaqlayaraq qətlə yetirən ata və oğlunun məhkəmə prosesi nəhayət yekunlaşıb.
"Qafqazinfo"nun məlumatına görə, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə qətldə təqsirləndirilən 1972-ci il təvəllüdlü Əhəd İsmayılov və 2000-ci il təvəllüdlü Ramil İsmayılova verilmiş cəzaların müddəti kəskin artırılıb.
Belə ki, R.İsmayılovun cəzası 10 il 6 aydan 18 ilə, Ə.İsmayılovun isə 9 ildən 16 il həbs cəzasına dəyişdirilib.
Belə ki, məhkəmə onların təqsirləndirildikləri maddəni dəyişdirib. Apellyasiya Məhkəməsi ata və oğluna Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma-ehtiyatsızlıqdan ölümə səbəb olduqda) və 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə verilmiş cəzanı ləğv edib. Onların əməllərində Cinayət Məcəlləsinin 120.2.1-ci (Bir qrup şəxs tərəfindən adam öldürmə) və 29, 120.2.7-ci (İki və daha çox adamı öldürməyə cəhd) maddələrinin tərkibinin olduğu bildirilib və bu maddələrin tələbinə uyğun cəza təyin edilib.
Qeyd edək ki, birinci instansiya məhkəməsində prokuror R.İsmayılovun 20 il, Ə.İsmayılovun isə 19 il müddətinə azadlıqdan məhrum edilmələrini istəmişdi. Lakin həmin vaxt Bakı Ağır Cinayətlər Məhkəməsi ata və oğluna nisbətən yüngül maddə əsasında cəza təyin etmişdi. Daha sonra prokurorluq hökmdən apellyasiya şikayəti versə də, hökm dəyişdirilmədən saxlanılmışdı. Prokurorluğun Ali Məhkəməyə protest təqdim etməsindən sonra iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılıb.
Hadisəyə gəlincə 2018-ci ilin sentyabrında 4-də saat 23 radələrində Sumqayıt şəhərində yerləşən PS-3 salonunda Rafis Həbibov birgə avtomobil satışı ilə məşğul olduğu keçmiş şəriki Ramil İsmayılovla adapter üstündə mübahisə edib. Bu zaman Rasif onu döyüb. Ramil oranı tərk edərək yaşadığı evə gedib və həmin vaxt toydan gələn, sərxoş halda olan atasına hadisə barədə məlumat verib. Oğlunun döyülməsinə kəskin reaksiya verən Əhəd İsmayılov oğlu ilə birgə bıçaq götürərək Rasifi axtarmağa gediblər və gecə saat 00:30 radələrində onu çay evində taparaq məsələni həll etməyə dəvət ediblər. Maşınla gedərkən Rasifin dostu Samir Dadaşov da onlara qoşulub. Sumqayıt şəhəri 21-ci məhəllə adlanan ərazidə maşından düşən şəxslər dava ediblər və ata-oğul 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlu və 1988-ci il təvəllüdlü Dadaşov Samir Tahir oğlunu bıçaqlayıb. Xəstəxanaya yerləşdirilən Rasif orada vəfat edib, Samirin isə həyatını xilas etmək mümkün olub.
Qeyd edək ki, qətlə yetirilən Rasif Həbibov idmançı olub.

Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 3751 Tarix: 02 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNovruz bayramı günü bibisi oğlunu öldürənə - 14 il həbs verildi
Bu ilin mart ayında bibisi oğlu 1976-cı il təvəllüdlü Rövşən Abdullayevi bıçaqlayaraq öldürən Rizvan Söhbətova hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 120.1 və 228.5-ci maddələri ilə təqsirli bilib. Araşdırmalar zamanı məlum olu
19 oktyabrGeneralın qızı məhkəməyə gətirildi - Halı pisləşdi
General-mayor Natiq Əliyevin qızı Türkər Əliyeva artıq Sumqayıt Şəhər Məhkəməsinə gətirilib. "Unikal"a istinadən xəbər verir ki, Türkər Əliyeva halı pisləşdiyindən təcili yardım çağırılıb. Yaxın dəqiqələrdə Türkər Əliyevanın hakim qarşısına çıxarılması gözlənilir. Ona qarşı Cinayət Məcəlləsini
12 noyabrQaxda iki dost məktəbli qıza təcavüz etdi - Təfərrüat
Qax rayonunda 8-ci sinif şagirdi olan məktəbli qıza təcavüz edilib. -ın məlumatına görə, rayon sakini Fərman adlı gənc oğlan parkda 2012-ci il təvəllüdlü qızla tanış olub. Təxminən 10 gün sonra qız Fərmandan ayrılıb və onun 2004-cü il təvəllüdlü qardaşı Rəhmanla sevgi münasibətləri yaşayıb. Rəhman qızl
21 oktyabrBakıda kütləvi dava - 3 nəfər bıçaqlandı
Bu gün Bakının Nərimanov rayonu ərazisində kütləvi dava olub. -a istinadən xəbər verir ki, insident rayonun Böyükşor qəsəbəsi ərazisində qeydə alınıb. Hadisə zamanı Raqif Rəhimov (1996), Ravin Xəlilov (1996) və Sərvan Məsimov (1998) bıçaq xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Əraziy
13 noyabrToyda qohumlar dalaşdı, xəsarət alan var
Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən şadlıq saraylarının birində qeydə alınıb. Belə ki, qohumlar arasında qanla nəticələnən mübahisə yaranıb. Hadisə zamanı 1977-ci il təvəllüdlü Vəliyev Eldar Cəfər oğlu bıçaqlanıb
12 oktyabrProkuror general qızı haqda qərardan protest verdi
Prokuror general Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı Türkər Əliyeva barəsində çıxarılan ev dustaqlığı qərarından protest verib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, protest artıq məhkəməyə təqdim edilib. Prokuror ağır cinayətdə ittiham olunan mediator xanımı
16 noyabrQazi aşpazın ölüm səbəbi - Şüşəyə yumruq vurubmuş...
Vətən müharibəsi qazisi, gənc aşpaz İlkin Baxışovun ölüm səbəbi məlum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə sentyabrın 26-sı gecə saat 01 radələrində Qobustan qəsəbəsində baş verib. Belə ki, 1996-cı il təvəllüdlü İlkin Bayram oğlu Baxışov yaşadığı evdə şüşəni yumruqla sındırmas
29 sentyabrAtasını öldürən Ayxana 1 il yarım həbs verildi
Atasını öldürməkdə ittiham olunan 19 yaşlı gəncin ittihamı yüngülləşdirilib. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi bu gün hökm çıxarıb. 19 yaşlı Ayxan Vəlizadə 44 yaşlı atası İftixar Vəlizadəni kəsici alətlə qəsdən öldürməkdə təqsirləndirilirdi. Prokurorluq onu Cinayə
14 oktyabrQəzada ağır yaralanan sürücü xəstəxanada öldü
Paytaxtın Heydər Əliyev prospektində ölümlə nəticələnən yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 28-i saat 21 radələrində Nəcəfzadə Bahəddin Əfqan oğlunun idarə etdiyi "Lada Granta" markalı avtomobil prospektin "Koroğlu" metro stansiyası istiqamətind
30 oktyabr