Yeni Azərbaycan Partiyası ICAPP-ın tədbirində təmsil olunub

Yeni Azərbaycan Partiyası ICAPP-ın tədbirində təmsil olunubAsiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) təşkilatçılığı, Koreya Respublikasının hakim Xalqın Gücü Partiyasının və müxalif "Minjoo" (Demokratik) Partiyasının birgə evsahibliyi ilə 2023-cü il 30 aprel – 3 may tarixlərində Koreya Respublikasının Busan şəhərində ICAPP Daimi Komitəsinin 39-cu iclası və İCAPP Biznes Şurasının 1-ci iclası keçirilib.

Mayın 1-də təşkilatın hazırkı fəaliyyətinə və gələcək planlarına dair müzakirələrin aparıldığı Daimi Komitənin 39-cu iclasında ICAPP Daimi Komitəsinin sədri Çunq Eu-yonq ötən il noyabrın 22-də Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü və evsahibliyi ilə Bakıda "Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu" mövzusunda ICAPP-ın xüsusi konfransının uğurlu təşkilinə görə bir daha təşəkkür edib və Azərbaycan Respublikasının Prezidenti, YAP Sədri İlham Əliyev tərəfindən konfrans iştirakçılarına məktubun ünvanlamasını tədbirin əhəmiyyətinə verilən yüksək qiymətin bariz göstəricisi olduğunu vurğulayıb. Tədbirdə çıxış edən YAP Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Hülya Məmmədli sözügedən konfransın Bakıda keçirilməsi ilə bağlı YAP-ın təşəbbüsünə göstərdiyi dəstəyə görə ICAPP rəhbərliyinə və Daimi Komitənin üzvlərinə minnətdarlıq edərək qarşılıqlı səmərəli əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətindən bəhs edib.

Mayın 2-də "İqlim böhranı dövründə Asiya biznesinin imkanları və çətinlikləri" mövzusunda keçirilmiş ICAPP Biznes Şurasının 1-ci iclasında Azərbaycanı "Millennium Tourism & Congress DMC"nin həmtəsisçisi və baş icraçı direktoru Ruslan Quliyev və "Bakı Tikiş Evi ASC"nin sədr müavini Elnur Rəhimov təmsil ediblər. İclasın "Daha yaxşı gələcək üçün dünyamızı dəyişmək: siyasi partiyaların biznesdə rolu" mövzusunda keçirilən birinci sessiyasında çıxış edən R.Quliyev, eləcə də "İqlim dəyişikliyi və Asiyanın enerji müstəqilliyi məqsədi ilə karbon neytrallaşdırılması" adlı ikinci sessiyada müzakirələrdə iştirak edən E.Rəhimov tədbir iştirakçılarına Azərbaycanda yaradılmış əlverişli biznes mühiti, qeyri-neft sektorunun inkişafı ilə bağlı görülmüş işlər, bərpa olunan enerji mənbələri və "yaşıl enerji" sektorunun inkişafına dövlət tərəfindən göstərilən diqqət, işğaldan azad olunmuş bölgələr də daxil olmaqla, ölkədə xarici dövlətlər və şirkətlərlə birgə su, külək və günəş enerjisindən istifadə sahəsində həyata keçirilən genişmiqyaslı layihələr barədə ətraflı məlumat veriblər.

Tədbirin sonunda iştirakçılar tərəfindən iqlim dəyişikliyi ilə mübarizənin, habelə təmiz və bərpa olunan enerjidən istifadənin genişləndirilməsinin əhəmiyyətinin vurğulandığı Busan Bəyanatı qəbul edilib.

Mayın 3-də tədbir iştirakçıları "Busan World Expo 2030" sərgisi ilə bağlı brifinqdə iştirak ediblər.

Nümayəndə heyətinin səfəri mayın 3-də başa çatıb.
Yeni Azərbaycan Partiyası ICAPP-ın tədbirində təmsil olunubYeni Azərbaycan Partiyası ICAPP-ın tədbirində təmsil olunubYeni Azərbaycan Partiyası ICAPP-ın tədbirində təmsil olunubYeni Azərbaycan Partiyası ICAPP-ın tədbirində təmsil olunubYeni Azərbaycan Partiyası ICAPP-ın tədbirində təmsil olunubYeni Azərbaycan Partiyası ICAPP-ın tədbirində təmsil olunub


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 854   Tarix: 03 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ucuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN

Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt

6 noyabr
.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi

Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib

7 noyabr
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

7 noyabr
.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr
.

Məşhur bloger Arifə Məmmədova milli geyimdə "Azərbaycan" mahnısını işğaldan azad edilmiş ərazilərdə canlandırdı

Məşhur bloger Arifə Məmmədova Azərbaycanın milli geyimində hazırladığı videoçarxla diqqət çəkib. xəbər verir ki, bloger "Azərbaycan" mahnısının sözlərini işğaldan azad edilmiş şəhər və rayonlarımızın müxtəlif məkanlarında canlandırıb. Videoçarxda milli geyimimiz, musiqimiz və azadlığına qovuşmu

7 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

7 noyabr