Orxan Məmmədov: "Gələcəkdə bütün Premyer Liqa klublarının minifutbol komandaları olacaq" - MÜSAHİBƏ

Orxan Məmmədov: "Gələcəkdə bütün Premyer Liqa klublarının minifutbol komandaları olacaq" - MÜSAHİBƏ"Gələcəkdə bütün Premyer Liqa klublarının minifutbol komandaları olacaq".

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin, "Zirə" Futbol Klubunun Müşahidə Şurasının sədri, Azərbaycan Minifutbol Federasiyasının (AMF) fəxri prezidenti Orxan Məmmədov "Report" İnformasiya Agentliyinə müsahibəsində deyib.

Onunla müsahibəni təqdim edirik:

- Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı ölkə üzrə bütün sahələrdə böyük təşkilatçılıq və tədbirlər planı həyata keçirilir. Hazırda davam edən minifutbol üzrə beynəlxalq turnir də bu tədbirlərə öz mükəmməl töhfəsini verəcək. Ümumiyyətlə, müasir Azərbaycan idmançılarının bu gün əldə etdikləri nailiyyətləri, olimpiya hərəkatındakı uğurlarımızı vaxtı ikən Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının, strategiyanın nəticəsi adlandırmaq olarmı?

- Tamamilə düzgün vurğuladınız. Bu il ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı silsilə tədbirlər olacaq. Biz də özümüzə borc bildik ki, AMF olaraq bir turnir təşkil edək və onu beynəlxalq turnir adlandıraq. Müxtəlif ölkələri dəvət etdik, Beynəlxalq Minifutbol Federasiyası (WMF) ilə danışıqlar apardıq, onlar da bu ideyanı dəstəklədilər. Nəticədə artıq turnir başlayıb. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bu turniri keçiririk. Artıq yarışa start verilib və biz gərgin mübarizənin şahidi oluruq. Minifutbol Federasiyasını yaradanda, xüsusilə, Avropa çempionu olandan sonra istədik ki, biz də hansısa bir turnirə ev sahibliyi edək. Əlamətdar haldır ki, bu da məhz ulu öndərin 100 illik yubileyi ilə bağlı oldu və hazırlığımızı ona görə etdik. İnanıram ki, həm azarkeşlər, həm də minifutbol həvəskarları üçün Avropa çempionlarını doğma divarlar arasında görmək çox xoşdur.

- Hazırda davam edən ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş turnirdə əsas hədəf nədir? Uğur qazanmaqmı, yoxsa milli komandadakı yeni, gənc futbolçuları sınamaqmı?

- Nəzərə alaq ki, burada iki məqam var. Həm biz Avropa çempionu kimi ilk dəfə doğma azarkeşlər önünə çıxırıq, həm də ümummilli lider Heydər Əliyevin adı ilə bağlı turnirində əlbəttə ki, çempion olmağı hədəfləyirik. Təbii ki, bu, bizim üçün çox önəmlidir. Amma bir tərəfdən də nəzərə alsaq ki, yoldaşlıq turniridir, imkanımız olacaq ki, həm də yeni futbolçuları sınaqdan keçirək. Yekun olaraq həm nəticə, həm də yeni oyunçuları sınaqdan keçirmək bizim üçün çox önəmlidir.

- Bu turniri yüksək səviyyədə keçirdikdən sonra daha məsul və rəsmi yarışlar üçün yol açılacağını düşünmək olarmı? Məsələn, dünya və ya Avropa çempionatı, Çempionlar Liqası...

- Məqsədimiz də məhz odur. Avropa çempionu olduqdan sonra həm WMF, həm də EMF (Avropa Minifutbol Federasiyası) ilə danışıqlar apararaq qarşı tərəfin əhvali-ruhiyyəsini öyrənmək istəyirdik. Şəxsən mən özüm də bir neçə dəfə danışıqlar aparmışam. WMF prezidenti də buradadır. Turnirdə iştirak etdi, həm də açılış nitqini söylədi. Bu günlər ərzində onunla bir neçə görüş keçirəcəyik və mövzulardan biri də dünya və Avropa çempionatlarını Bakıda təşkil etmək olacaq. Danışıqlardan asılı olaraq hansısa birini edəcəyik. Bizim istəyimiz və kifayət qədər şəraitimiz var. Ölkəmiz dəfələrlə beynəlxalq idman tədbirlərini qəbul edib. WMF prezidenti Bakıda olarkən "Formula-1" yarışlarında iştirak etdi və Azərbaycan Qran-prisinin necə keçirildiyini gördü. Bu səbəbdən hesab edirəm ki, biz hansısa bir böyük turniri bir-iki il ərzində ölkəmizdə keçirəcəyik.

- Azərbaycan minifutbolu tarixində qazanılan böyük zəfərdən artıq bir ilə yaxın vaxt keçir. Geridə qalan müddətdə uğurların davamlı olması və yeni nailiyyətlər üçün hansı tədbirlər həyata keçirilib və əsas hədəflər nədən ibarətdir?

- İdmançılar hər zaman deyirlər ki, çempion olmaq daha asandır, nəinki bu imici saxlamaq. Təbii ki, bizdə də elədir. Çempion olduqdan sonra məqsədlərimiz də çox oldu. Əsas məqsəd isə öz statusumuzu saxlamaqdır. Bu il dünya çempionatı olacaq, orda da kifayət qədər yüksək səviyyədə iştirak etmək istəyirik. İkinci hədəfimiz minifutbolun infrastrukturunu yaxşılaşdırmaqdır. Hazırda bu istiqamətdə də işlər gedir. Əsas məqsədlərimizdən biri də budur ki, minifutbol yığmasının bazasını tikək. Bunun üçün artıq yer də ayrılıb. Müəyyən hazırlıqlardan sonra tikintiyə də başlanacaq.

- Əgər mümkündürsə, ayrılan yerin harada olduğunu deyə bilərsinizmi?

- Bakının Nərimanov rayonunda, Gənclər və İdman Nazirliyinin yaxınlığında, özəl şirkətə aid olan boş ərazidə tikinti nəzərdə tutulub. Artıq icarə müqaviləsi bağlanıb. Hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə müəyyən sənəd toplama işləri gedir. Hesab edirəm ki, bu proses bitdikdən sonra layihənin özünü də mətbuata geniş şəkildə göstərə bilərik.

- Ölkə birinciliyinin hazırkı səviyyəsi, mövcud mübarizə, rəqabət sizi qane edirmi? Çempionatda intriqanı artırmaq, daha da maraqlı hala gətirmək üçün hansısa planlar varmı?

- Çox önəmli məsələlərdən biri də gənc futbolçuların yetişməsidir, xüsusilə hazırda davam edən turnir də ona imkan verir ki, biz millinin heyətində yeni futbolçulara baxaq. Digər əsas məsələ isə ölkə çempionatının təkmilləşdirilməsidir. Bildiyiniz kimi, buna qədərki minifutbol çempionatları həvəskar turnir olaraq keçirilirdi. Biz daha peşəkar səviyyədə bunun hazırlığını gördük və AFFA ilə də danışıqlar aparmışıq ki, böyük futboldakı klublarımız da mini futbol komandası təşkil edib, onları çempionata buraxsınlar. Artıq bir neçə klubun minifutbol komandası indiki ölkə çempionatında iştirak edir. İnanıram ki, bütün Premyer Liqa klublarının gələcəkdə öz minifutbol komandaları olacaq. Hesab edirəm ki, bu, çox önəmlidir. Çünki inkişaf üçün kütləvilik əsasdır. Artıq minifutbolda kütləvilik var. Bir çox yerlərdə minifutbol meydançaları fəaliyyət göstərir. Peşəkar olmaq istəyən həvəskar futbolçular da olduqca çoxdur.

- Minifutbolda aşağı yaş qrupları üçün hansısa bir strategiya, tədbirlər planı varmı?

- Minifutbol həmişə qeyri-peşəkar idman növü olub. İnsanlar əsasən öz asudə vaxtlarını bu idman növündə keçirirdilər və ya peşəkar idmançılar öz karyeralarını başa vurduqdan sonra orada oynayırdılar, yaxud adi idmanla məşğul olanlar da minifutbol da oynayırdılar. Dünya səviyyəsində də biz bunları müşahidə edirdik. Amma WMF yarandıqdan sonra bu idman növünə başqa gözlə baxılmağa başlandı. Müxtəlif ölkələr federasiyalar yaratdılar. Eyni hal bizim ölkədə də yaşandı. Biz federasiya yaratmağa başlayanda təkcə Bakıda otuzdan çox minifutbol meydançası var idi. Ona görə də biz federasiyanı yaratmaq üçün çətinlik çəkmədik. Çünki artıq infrastruktur var idi. Milliyə oyunçular yığmağa başlayanda keçmiş peşəkar futbolçulara, futzalçılara, çimərlik futbolçularına müraciət etdik. Təbii ki düşünürük ki, peşəkar səviyyədə uşaq minifutbolunun olması da vacibdir. Qeyd etdiyim kimi, danışıqlar aparırıq, bu danışıqlarda əsas şərtlərdən biri də uşaq minifutbol komandasının yaradılmasıdır. Hesab edirəm ki, tez bir zamanda hər bir klubun böyük minifutbol komandaları kimi bir neçə yaş qrupu üzrə uşaq minifutbol komandaları da olacaq.

- Əsas işinizlə yanaşı həm Azərbaycan Minifutbol Federasiyasına, həm də "Zirə" Futbol Klubuna rəhbərlik edirsiniz. Eyni vaxtda fərqli sahələrdə fəaliyyət göstərmək çətinlik yaratmır?

- Bilirsiniz ki, mən Minifutbol Federasiyasının fəxri prezidenti, bu federasiyanı yaradan şəxslərdən biriyəm. "Zirə" Futbol Klubunun isə Müşahidə Şurasının sədriyəm. Hər iki sahəyə mən gün ərzində bütünlüklə vaxtımı həsr etmirəm. Həm federasiyanın, həm də klubun prezidenti, idarə heyəti var. Onlar gündəlik işlərlə məşğul olurlar. Mənimlə isə zəruri hallarda, strateji qərarlar verilən zamanlarda məsləhətləşirlər. Mənim gündəlik işimə gəlincə, bilirsiniz ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədriyəm. Günümün çox hissəsini ona sərf edirəm. O ki qaldı müxtəlif idman növlərinə, xüsusilə də qaydalara baxsaq, görərik ki, çox fərqlilik var, amma futbola olan sevgimi nəzərə alaraq, hər iki işin mənim üçün maraqlı olduğunu deyə bilərəm. Çalışırıq ki, həm mini, həm də böyük futbolda ali məqsədlər uğrunda mübarizə aparaq.

- "Zirə" Futbol Klubunun baş məşqçisi Rəşad Sadıqovun müqaviləsi mövsümün sonunda başa çatır. Onunla müqavilənin uzadılması ilə bağlı danışıqlar varmı, yoxsa bu, yekundakı nəticədən asılı olacaq?

- Bəli, demək olar ki, danışıqlar gedir. Siz yəqin ki, "Zirə" Futbol Klubunun fəaliyyətini izləyirsiniz və görürsünüz ki, biz məşqçi seçiminə səbirlə, təmkinlə yanaşırıq. Mövsümün əvvəlində hansısa məqsədlər qoyulur, nəticəyə doğru irəliləyirik. Mövsümün sonunda isə qoyulan məqsədlərin alınıb-alınmamasından asılı olaraq danışıqların istiqaməti bəlli olur. Bu mövsüm də biz eyni yanaşma edəcəyik.

- Klub olaraq əsas məqsədiniz nədir?

- Bir neçə mövsümdür ki, bizim məqsədimiz avrokuboklarda mübarizə aparmaqdır. Təəssüflər olsun ki, hələ böyük məqsədlər – çempionluq uğrunda mübarizə apara bilmirik. Azərbaycan Premyer Liqasında komandaların sayı az olsa da, maraqlı və gərgin mübarizə gedir. Biz öz büdcəmizə də qənaətbəxş yanaşırıq. Daha yüksək yerlər uğrunda mübarizə aparmaq çətin olur. Ötən mövsümə nəzər yetirsək, görərik ki, yetərincə uğurlu nəticə əldə etdik. Ölkə çempionatında üçüncü olduq. Azərbaycan Kubokunda finala çıxdıq və burada "Qarabağ" kimi güclü rəqibə qarşı mübarizə apardıq. Oyunda məğlub olmadıq, yalnız penaltilər seriyasında kuboku əldən verdik.

Hesab edirəm ki, keçən mövsüm baş məşqçi Rəşad Sadıqovun işi yetərincə uğurlu idi. Bu mövsüm hələ bitməyib. Hazırda avrokuboklara vəsiqə uğrunda mübarizə aparırıq. "Zirə" klubunun rəhbərliyi olaraq məşqçidən razıyıq. İstərdik ki, onun təcrübəsi bizim komandamıza və ölkə futboluna illər uzunu xidmət etsin.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1305   Tarix: 05 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda bəzi şəxslərin evləri pulsuz təmir olunacaq

Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evləri təmir olunacaq. -ın məlumatına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti məsələ ilə bağlı tender elan edib. Belə ki, məcburi köçkün evlərində müxtəlif təmir işlərini

2 mart
.

Azərbaycan Əfqanıstana pambıq yağı tədarük etməyə başlayıb

Ötən il Azərbaycandan xaricə 5 milyon ABŞ dolları dəyərində 7 min 91 ton pambıq yağı göndərilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 85 %, kəmiyyət olaraq - 57 % çoxdur. Hesabat dövründ

7 mart
.

Nazir beş nəfərə yüksək vəzifə verdi

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmrləri ilə nazirlik sistemində yeni kadr təyinatları həyata keçirilib. -a istinadla xəbər verir ki, İlkin Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının İqtisadiyyat şöbəsinin müdiri, Elnur Əliyev və Arif Ataxanlı DOST Agentliyini

19 fevral
.

Çərəz qiymətlərində müşahidə olunan artımın səbəbi nədir? - AÇIQLAMA

Son aylarda bazarlarda çərəzlərin qiymətində müşahidə olunan artım istehlakçılar arasında suallar doğurub. Xüsusilə də bəzi məhsulların ölkə daxilində istehsal olunmasına baxmayaraq bahalaşması müzakirələrə səbəb olur. İctimai rəydə tez-tez "özümüz istehsal ediriksə, niyə ucuz deyil?" sual

25 fevral
.

Naxçıvanda 40 subartezian quyusu qazılacaq - Sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Naxçıvan MR-də Azərbaycan Prezidentinin səlahiyyətl

24 fevral
.

Bu şəxslər 2500 manatadək cərimələnəcək

Azərbaycanda emal edilməmiş almazların idxal və ixracı ilə bağlı yeni cərimə tətbiq ediləcək. Qaynarinfo xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihədə qeyd edilir ki, emal edilməmi

20 fevral
.

Azərbaycan manatının nominal və real effektiv məzənnələri azalıb

Bu il fevralın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,4 bənd təşkil edib. "Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu, aylıq müqayisədə 0,1 bəndi, ötən ilin fevralın 1-nə nisbətən 7,6 bənd azdır. Fevralın 1-nə manatı

28 fevral
.

KOBİA indiyə qədər 33 qadın sahibkara 500 min manatdan artıq qrant ayırıb

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) indiyə qədər 33 qadın sahibkara 500 min manatdan çox qrant ayırıb. "Report" xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb. Bildirilib ki, eyni dövrdə qurum həmçinin 36 qadın sahibkara "Startap"

7 mart
.

Bu çörəklər bahalaşdı

Bəzi çörək növlərinin qiyməti artıb. Qiymət artımı əsasən baton çörəklərində qeydə alınıb. Bizim.mediaya istinadən xəbər verir ki, əvvəllər doğranmış baton çörəkləri 1 manata satılırdısa, hazırda 1 manat 10 qəpiyə təklif olunur. Qiymət artımı supermarketlərdə hazırlanan çörək növlərində də qeydə alınıb

10 fevral