Ailəsi tərəfindən qaçırılması rezonans doğuran qadın övladına qovuşdu - VİDEO

Ailəsi tərəfindən qaçırılması rezonans doğuran qadın övladına qovuşdu - VİDEOAtası və nikahda olduğu ailəsi tərəfindən məcburi şəkildə maşına salınaraq qaçırılan, daha sonra övladı əlindən alınan 22 yaşlı Elvina Əhmədova övladına qovuşub.

Bizim.Media-ya bu barədə açıqlama verən Elvina Əhmədova iki həftədir ki, övladına qovuşduğunu bildirib:

"Dəfələrlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etdim. Binəqədi Rayon Polis Şöbəsi məcburi uşaqgətirmə ilə bağlı qərar çıxardı və beləliklə həmin rayonun icra hakimiyyətinin iştirakı ilə övladımı geri aldım. Amma qarşı tərəfdən hələ də təzyiq və təhdidlər gəlir. Təhlükə olsa da, əsas odur oğlum yanımdadır. Uşaq bərbad durumdadır. Xiffət və qorxudan psixoloji durumu pozulub. Elə arıqlayıb ki, onu görəndə tanıya bilmədim. Yanımdan aralanmır, "ana, heç yerə getmə" deyə dəqiqədə təkrarlayır. Psixoloqa aparmışam və indi də bağçaya yazdırmışam. Özümün ikiotaqlı evim var və işləyirəm. Əlimdən gələn qədər övladımı əvvəlki kimi saxlayıram".

Elvina Əhmədovanın sözlərinə görə, keçmiş həyat yoldaşı ona hər gün təzyiq edir:
"Məhkəməyə az vaxt qalıb deyə mənə rahat boşanmamız üçün şərt qoyur. Deyir, alimentdən imtina et, mən də boşanma ərizəsinə imza atım. Yoxsa üç ay uzanacaq. Dedim, alimentdən imtina etsəm, şənbə-bazar uşağın səndə qalmasından da sən imtina edəcəksən. Çünki mən uşağı yenidən ona verə bilmərəm. O da dedi ki, mənim üçün problem yoxdur, amma alimentdən əl çək. Onsuz da o adam əvvəl də uşağına baxmırdı və atalıq etmirdi. Məsələlərin bu yerə gəlməsində isə birbaşa atam günahkardır. Yeganə istəyim övladımla rahat və təhlükəsiz şəkildə həyatıma davam etməkdir".

Məlumat üçün bildirək ki, Elvina Əhmədova uşaq ikən anasını itirib. Atası və nənəsinin himayəsində böyüyüb.

Dörd il əvvəl bibisi oğlu Fərid Əhmədovla ailə həyatı qurub. Onların birgə nikahdan üç yaşlı övladları var. Dəfələrlə şiddət və fiziki təzyiqlərə məruz qalan qadın boşanmaq istəyib. Amma ailə buna imkan verməyib. Nəhayət qadın evdən qaçıb və övladı əlindən alınıb. Bir müddət sonra atası, həyat yoldaşı və qayınanası tərəfindən guya övladı ona veriləcəyi vədi ilə məcburi şəkildə avtomobilə salınaraq qaçırılıb. Qadın isə özünü avtomobildən ataraq, onların əlindən xilas ola bilib. Beləliklə məsələ ictimailəşib və aidiyyəti qurumlar qadının təhlükəsizliyini nəzarətə götürüblər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1718   Tarix: 05 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ucuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN

Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt

6 noyabr
.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi

Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib

7 noyabr
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

7 noyabr
.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr
.

Məşhur bloger Arifə Məmmədova milli geyimdə "Azərbaycan" mahnısını işğaldan azad edilmiş ərazilərdə canlandırdı

Məşhur bloger Arifə Məmmədova Azərbaycanın milli geyimində hazırladığı videoçarxla diqqət çəkib. xəbər verir ki, bloger "Azərbaycan" mahnısının sözlərini işğaldan azad edilmiş şəhər və rayonlarımızın müxtəlif məkanlarında canlandırıb. Videoçarxda milli geyimimiz, musiqimiz və azadlığına qovuşmu

7 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

7 noyabr