Şuşa fatehi: "Düşmən üç dəfə şəhərə hücuma cəhd etsə də, qarşısını aldıq"
"Şuşanın işğaldan azad olunması üçün üç briqada cəlb olunmuşdu. Bizim hərbi əməliyyatlarımız nəticəsində düşmən geri çəkilməyə məcbur oldu. Onlar sonradan şəhərə üç dəfə hücuma cəhd etsələr də, bunun qarşısını aldıq".
Bu fikirləri İkinci Qarabağ müharibəsinin qazisi, Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin zabiti Ərşad Təhməzov Türkiyənin "Haber7" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Şuşada zəfəri qeyd etmək sözlə ifadə olunmayacaq hissdir:
"İnanıram ki, biz burada əbədi qalacağıq. Bayrağımız hər zaman Şuşada dalğalanacaq. 30 ildən sonra Şuşada namaz qılmaq hər insana qismət olmur. Biz sevincdən ağlayırdıq, çünki Şuşada inanılmazı bacardıq".
Azərbaycanlı zabit qeyd edib ki, Şuşa ermənilərə məxsus olsaydı, şəhəri dağıtmazdılar:
"Onlar vandallıq törədiblər. Buradakı məscidlər də Şuşanın türk torpağı olduğunu göstərir. Burada 17 məscid olub. Amma onlardan 16-sı dağıdılıb".
Ə.Təhməzov vurğulayıb ki, Xüsusi Təyinatlı Qüvvələr Cıdır düzündəki sərt qayalıqlarla şəhərə üç istiqamətdən daxil olublar:
"Əlbəttə, Türkiyə istehsalı olan pilotsuz uçuş aparatları (PUA) bizə çox kömək edib. Bu texnikalar itkilərimizin az olmasına və kəşfiyyat məlumatlarının əldə edilməsinə yardım göstərib. Bizə 44 günlük Vətən müharibəsi dövründə ən böyük dəstəyi məhz Türkiyə verib. Tanrı türkü qorusun. Biz ömür boyu azadlıq uğrunda mübarizə aparmış, heç bir imperialistə tabe olmamışıq. 2020-ci ildə baş vermiş 44 günlük müharibə həm də dünyaya türkün gücünü göstərib".
Qeyd edək ki, Vətən müharibəsi 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edib. 44 günlük döyüşlər nəticəsində Azərbaycan ərazi bütövlüyünü təmin edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1402 Tarix: 06 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək
Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc
6 noyabrAQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb
Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr
7 noyabrAfaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb
6 noyabrFHN-də Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyində (FHN) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Bu barədə "Report"a FHN-dən məlumat verilib. Bildirilib ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin əməkdaşları, Vətən müharibəsi veteranları iştira
7 noyabrASAN Xidmət bu tarixlərdə işləməyəcək
ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı
7 noyabr