"Bakı Marafonu 2023"-ə start verildi
Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu 2023" keçirilir.
Mayın 7-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə 6-cı dəfə Bakı marafonu təşkil olunub.
"Bakı Marafonu 2023"-də 19 500 nəfər iştirakçı qeydiyyatdan keçib.
Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də bir sıra digər ölkələrdən iştirakçılar marafonda iştirak üçün müraciət ediblər.
Onların arasında ABŞ, Belarus, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən iştirakçılar var. Bakı Marafonunda bir sıra tanınmış şəxslər də fəxri iştirakçı kimi yarışacaq.
2016-cı ildən etibarən keçirilən Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır. Yarışda eyni zamanda Qarabağ qaziləri, fiziki imkanları məhdud olan şəxslər də iştirak edib. Elə marafonda birinci start da Qarabağ qaziləri, fiziki imkanları məhdud şəxslər üçün verilib. İkinci startda isə digər iştirakçılar yarışa qoşulub.
Qeyd edək ki, builki marafon yeniliklərlə də yadda qalacaq. Belə ki, finiş xəttini keçən ilk 2000 iştirakçıya medallar təqdim olunacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1069 Tarix: 07 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək
Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc
6 noyabrAQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb
Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr
7 noyabrAfaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb
6 noyabrFHN-də Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyində (FHN) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Bu barədə "Report"a FHN-dən məlumat verilib. Bildirilib ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin əməkdaşları, Vətən müharibəsi veteranları iştira
7 noyabrASAN Xidmət bu tarixlərdə işləməyəcək
ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı
7 noyabr