Hadrutun inzibati ərazisinin tikintisi 2024-cü ilin martında başa çatdırılacaq
Hadrut qəsəbəsinin inzibati ərazisinin tikintisinin 2024-cü ilin martında başa çatdırılması planlaşdırılır.
Bunu "Report"a açıqlamasında Prezidentin Xocavənd rayonu üzrə səlahiyyətli nümayəndəsi Əli Zeynalov deyib.
Ə.Zeynalovun sözlərinə görə, Hadrut qəsəbəsində inzibati mərkəzin ümumi sahəsi 4,2 hektar təşkil edir. Buraya inzibati bina, bələdiyyə binası, mədəniyyət mərkəzi və infrastruktur qurumlarının binaları daxildir.
Həmçinin 360 yerlik tam orta məktəbin bərpa edilərək istifadəyə verilməsi nəzərdə tutulub.
Səlahiyyətli nümayəndə qeyd edib ki, Hadrutla yanaşı, Tuğ kəndində də inzibati zona tikilir.
"İnzibati zonanın ümumilikdə ərazisi 1,63 hektar təşkil edir. Buraya inzibati bina, klub icma mərkəzi, mədəniyyət mərkəzi, restoran binası və s. sosial obyektlər daxildir. Həmçinin sahəsi 1 700 kvadratmetr olan yerüstü parkinq nəzərdə tutulub. Birinci mərhələdə bərpa edilən tarixi fərdi yaşayış evlərinin sayı 24, yeni tikiləcək fərdi yaşayış evlərinin sayı 95, növbəti mərhələdə tikiləcək fərdi yaşayış evlərinin sayı 244 ədəd olacaq. Daha sonra ərazidə 360 şagirdlik tam orta məktəb, 50 yerlik məktəbəqədər təhsil müəssisəsi, ticarət obyektləri, məscid, kilsə və s. sosial obyektlərin tikintisi nəzərdə tutulub".
Qeyd edək ki, işğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi Qarabağ iqtisadi rayonuna daxil olan Xocavənd rayonu ərazisində də tikinti-quruculuq və bərpa işləri geniş vüsət alıb.












Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 989 Tarix: 07 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək
Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc
6 noyabrAQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb
Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr
7 noyabrAfaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb
6 noyabrFHN-də Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyində (FHN) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Bu barədə "Report"a FHN-dən məlumat verilib. Bildirilib ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin əməkdaşları, Vətən müharibəsi veteranları iştira
7 noyabrASAN Xidmət bu tarixlərdə işləməyəcək
ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı
7 noyabr