Ermənistanın Azərbaycan ərazilərini mina ilə çirkləndirməsi məsələsinə niyə göz yumulur?

Ermənistanın Azərbaycan ərazilərini mina ilə çirkləndirməsi məsələsinə niyə göz yumulur?Son bir həftə ərzində işğaldan azad edilmiş ərazilərdə ard-arda mina patlayışları baş verdi və nəticədə bir neçə insan öldü. Elə statistikaya nəzər salsaq görərik ki, 44 günlük müharibədən sonra 301 nəfər mina terrorunun qurbanı olub, onlardan da 57 nəfəri həyatını itirib. Ötən 30 il ərzində beynəlxalq təşkilatlar Ermənistanı işğalçı olaraq tanımadığı kimi, indi də bu ölkənin Azərbaycan vətəndaşlarına qarşı yaratmış olduğu mina təhlükəsi ilə bağlı heç bir təzyiq göstərmir. Azərbaycan minaların təmizlənməsi işini öz üzərinə götürüb. Halbuki, Ukraynada minaların təmizlənməsini beynəlxalq təşkilatların dəstəklədiyi ölkələr həyata keçirir və bu məsələyə çox həssas yanaşılır. Ermənistanın Azərbaycan ərazilərini mina ilə çirkləndirməsi məsələsinə niyə göz yumulur?

Mövzu ilə bağlı "Kaspi" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirdi ki, son 30 ildə Azərbaycan dünyada ən çox mina çirklənməsinə məruz qalan ölkələrdən biridir: "Üstəlik, minalanma prosesi hətta müharibədən sonra da bu və digər formada davam edib. İşğaldan azad olunmuş bölgələrdə 2021 və 2022-ci il Ermənistan istehsalı minaları aşkar etməyimiz ərazilərimizin minalanmasının Ermənistanın dövlət siyasəti çərçivəsində həyata keçirildiyini və İrəvanın bu müharibə cinayətlərindən könüllü şəkildə imtina etmək niyyətində olmadığını göstərir. Digər tərəfdən, İrəvan dəqiq mina xəritələrini hələ də təqdim etməməklə postmüharibə dövründə 300-dən çox insanın davam edən müharibə cinayətlərinin qurbanına çevrilməsinə səbəb olub. Ermənistanın bu cür "cəsarətli" davranışının kökündə təbii ki, ilk növbədə beynəlxalq ictimaiyyətin İrəvanın müharibə cinayətlərini görməzdən gəlməsi dayanır".

B.Məhərrəmov vurğuladı ki, bu günə qədər heç bir beynəlxalq güc tərəfindən Ermənistanın mina xəritələrini təhvil verməsinə dair çağırışı müşahidə etməmişik: "Ayrı-ayrı psevdo siyasilərin müdafiəsinə qalxan, muzd qarşılığında separatizmə dəstək verən, korrupsiya yuvası olan Avropa Parlamenti bir dəfə də olsun İrəvanın müharibə cinayətlərinə münasibət bildirməyib. Əksinə, Fransanın, Avropa İttifaqının simasında biz ləyaqətsiz formada çağırışlar eşidirik ki, Azərbaycan Laçın yolunu hərbi daşımalar üçün açsın və Ermənistan, İran və digərləri separatçılara yeni istehsal edilmiş minalar daşısın. Onlar da Azərbaycan ərazilərini minalamaqda davam etsinlər. Bu, açıq formada terrorun təşviqi, müharibə cinayətlərinə isə ortaqlıq deməkdir. Lakin 44 günlük savaşda cənab İlham Əliyev göstərdi ki, Azərbaycanın qarşısında heç kim, o cümlədən heç bir şər ortaqlığı dayana bilməz".

"Beynəlxalq qurumlara dəfələrlə müraciətlər edilib"
"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirdi ki, 44 günlük müharibədən sonra Azərbaycanın həm rəsmi strukturları, həm də vətəndaş cəmiyyəti təsisatları bu məsələni daim beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır: "Azərbaycan Xarici İşlər Nazirliyinin minalarla bağlı bir neçə sənədi BMT-nin sənədi kimi yayılıb. Minalarla bağlı qeyri-hökumət təşkilatları beynəlxalq qurumlara dəfələrlə müraciətlər edib. Hətta bir neçə dəfə petisiya keçirmişik və kifayət qədər də imzalar toplanıb. Ermənistana müəyyən təzyiqlər var. Amma bu, bizim istədiyimiz səviyyədə deyil. Bizim problemimiz o qədər böyükdür, mina qurbanlarının sayı o qədər artır ki, istədiyimiz nəticəni hələlik ala bilmirik. Əldə etdiyim məlumatlara görə, Ermənistana minalarla bağlı müəyyən təzyiqlər var. Ancaq Ermənistan hər dəfə minaların qadağan olunmasına dair Ottava Konvensiyasına və Adi Silahların Məhdudlaşdırılmasına dair Cenevrə Konvensiyasının ikinci və beşinci protokollarına qoşulmadığını bildirir. Məhz bu sənədlərdən irəli gələn öhdəlikləri götürmədiyini bəyan edir. Bu da müəyyən mənada beynəlxalq təzyiqlərin kifayət qədər nəticə verməməsinə səbəb olur".

H.Səfixanov qeyd etdi ki, bu konvensiyalara qoşulmamaq Ermənistanı beynəlxalq cinayət hüququndan azad etmir: "Piyadalar əleyhinə minaların istənilən halda mülki şəxslərə qarşı istifadə olunması beynəlxalq hüquqda cinayət sayılır. Bu da bizim həm hökumət strukturlarının, həm də qeyri-hökumət təşkilatlarının bəyanatlarında, müraciətlərində həmişə öz əksini tapır. Problemimiz o qədər böyükdür və mina qurbanlarının sayının durmadan artması bizdə belə bir təsəvvür yaradır ki, Ermənistana olan bu təzyiqlər kifayət etmir və artırılmalıdır. Ona görə də həm hökumət strukturları, həm də qeyri-hökumət təşkilatları olaraq usanmadan Ermənistana təzyiqlər göstərməsi üçün beynəlxalq təşkilatlarla mütəmadi işləməliyik".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1258   Tarix: 07 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İsrail HƏMAS komandirlərini öldürdü

İsrail ordusu HƏMAS-ın bölük komandiri Məhəmməd Acanı və Qəzza şəhərində "İslami Cihad"ın hərbi qanadının raket bölməsinin komandiri Vəlid Həsən Əbu Əl-Atanı öldürüb. xəbər verir ki, bu barədə ÇAXAL məlumat yayıb. Məlumata görə, həmin şəxslər hərbi heyətə hücumlar həyata keçirib və təşkilatlarını

9 oktyabr
.

Pentaqon İrana qarşı mümkün hücumlar planı hazırlayır

"The Atlantic" məlumatlı mənbələrə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Pentaqona ABŞ-da keçiriləcək ara seçkilərdən əvvəl İran hədəflərinə zərbə endirmək üçün variantlar hazırlamağı tapşırıb. xəbər verir ki, jurnalın mənbələrinə görə, Ağ Ev Pentaqondan ar

8 oktyabr
.

Dünyanın ən çirkli havaya sahib şəhəri bəlli oldu

Dünyanın ən zəngin şəhərlərindən biri olan Sinqapur qonşu İndoneziyada baş verən yanğınların yaratdığı sıx və zəhərli tüstü səbəbindən dünyanın havası ən çirkli şəhərləri siyahısında birinci yerə yüksəlib. Qaynarinfo xəbər verir ki, İndoneziyada davam edən meşə yanğınlarından yayılan zəhərli tüstü avqus

9 oktyabr
.

Rubio: Bu tarixdə İranda böyük fəlakət olacaq

Neft gəlirlərinin dayandırılması səbəbindən İran qarşıdakı həftələrdə görünməmiş iqtisadi böhranla üzləşəcək. -a istinadən bildirir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio deyib. Onun sözlərinə görə, Tehran sonda mövcud vəziyyəti qorumaqla inqilab arasında seçim etməli olacaq. "Amerikanın İran

9 oktyabr
.

Bab əl-Məndəb boğazı Yəmən ordusunun nəzarətinə keçib

Yəmənin hökumət qüvvələri Bab əl-Məndəb boğazını və Perim adasını tamamilə nəzarətə götürüb, "Cənub nəhəngləri" briqadaları isə Dhubab rayonunda husilərlə toqquşmalara girərək onlardan bir neçəsini əsir götürüb. "Report" xəbər verir ki, bu barədə hərbi mənbələrə istinadən "A

9 oktyabr
.

Aİ rusiyalılara qarşı viza yoxlamalarını gücləndirmək və sanksiyaları artırmaq niyyətindədir

Avropa İttifaqı (Aİ) viza üçün müraciət edən Rusiya vətəndaşlarının yoxlanılmasını, o cümlədən müraciət edənlərin hərbi keçmişinin yoxlanışını sərtləşdirmək, eləcə də Rusiya fiziki və hüquqi şəxslərinə qarşı sanksiya siyahılarını "misli görünməmiş" şəkildə genişləndirmək niyyətindədir. "Report"u

9 oktyabr
.

Tramp Vitkoffun İran məsələsinin həlli üzərində işlədiyini bildirib

ABŞ prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiv Uitkoffun İran böhranının həlli üçün fəal şəkildə çalışdığını açıqlayıb. xəbər verir ki, Tramp Texasda keçirilən seçki kampaniyası mitinqində çıxış edərkən bildirib ki, "O, İranla razılaşma üzərində işləyir". Onun sözlərinə görə, İran tərəf

8 oktyabr
.

Norveç 2027-ci il büdcəsi üçün Neft Fondundan 64 milyard dollar ayıracaq

Norveç hökuməti dövlət büdcəsi-2027 layihəsi çərçivəsində Dövlət Pensiya Fondundan (Neft Fondu) 608,4 mlrd Norveç kronu (təqribən 64 milyard dollar) istifadə etməyi təklif edib. "Report" xəbər verir ki, bu barədə Norveçin "NRK" teleradio şirkəti xəbər verir. Bu, Neft Fondunun ümum

7 oktyabr
.

Litva ordusu ABŞ-dən döyüş dronları alıb

Litva Silahlı Qüvvələri "Switchblade 600" döyüş dronlarının ilk partiyasını alıb. "Report" xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib. Dronları Litvaya ABŞ-nin "AeroVironment" şirkəti tədarük edir. "Switchblade 600"

7 oktyabr