Daha bir ali təhsil ocağının fəaliyyəti DAYANDIRILIR - AÇIQLAMA

Daha bir ali təhsil ocağının fəaliyyəti DAYANDIRILIR - AÇIQLAMA"Abituriyent" jurnalının 4-cü sayında 2026-2027-ci tədris ili üzrə qəbul aparılan ali təhsil müəssisələrinin siyahısında Naxçıvan Müəllimlər İnstitutunun adının yer almaması təhsil ictimaiyyətində suallar yaradıb. DİM-in məlumatına görə, jurnal 2026-2027-ci tədris ili üzrə qəbul və ixtisas seçimi ilə bağlı əsas məlumatları əhatə edir. Eyni zamanda, mövcud məlumatlarda institutun həm bakalavriat, həm də magistratura üzrə bu il qəbul planında nəzərdə tutulmadığı bildirilir.

Bəs, bir ali təhsil müəssisəsinin qəbul planında yer almaması hansı səbəblərlə bağlı ola bilər və bu hal avtomatik olaraq həmin müəssisənin fəaliyyətinin dayandırılması və ya bağlanması anlamına gəlirmi?
Daha bir ali təhsil ocağının fəaliyyəti DAYANDIRILIR - AÇIQLAMAMəsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, məhz Naxçıvan Müəllimlər İnstitutu və Qızlar Universiteti ilə bağlı belə bir açıqlama verilmişdi ki, hər iki universitetə magistraturaya qəbul dayandırılacaq.

"Bu, rəsmi şəkildə elan olunmuşdu. Az sonra Qızlar Universitetinin akkreditasiya standartlarına uyğunsuzluğu elan edilərək fəaliyyəti dayandırıldı. Naxçıvan Müəllimlər İnstitutunun da magistraturaya qəbulunun dayandırılması ilə bağlı fikir qəti idi və gözlənilirdi ki, bakalavriat səviyyəsi üzrə də qəbul aparılmayacaq. Artıq Dövlət İmtahan Mərkəzinin bu iradəni göstərməsi ondan xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyəti başa çatmış hesab oluna bilər".

Ekspert qeyd edib ki, əlində bununla bağlı rəsmi fakt olmadığı üçün bunu yalnız ehtimal kimi bildirir:

"Əgər Dövlət İmtahan Mərkəzi bu il Naxçıvan Müəllimlər İnstitutuna qəbul aparmırsa, bu, institutda tədris prosesinin yekunlaşmaq üzrə olduğunu göstərə bilər. Yəqin ki, Qızlar Universitetindən fərqli olaraq, burada mövcud tələbələrin təhsillərini başa vurmaları gözlənilir. Qızlar Universitetinin bağlanması tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsinə gətirib çıxardı. Görünür, Naxçıvan Müəllimlər İnstitutu ilə bağlı qərar bir qədər fərqlidir. Ola bilsin ki, burada mövcud tələbələrin təhsil müddəti başa çatana qədər institut fəaliyyətini davam etdirsin".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 13693   Tarix: 12 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar

Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların

2 oktyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

Maşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ

Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is

2 oktyabr
.

4 Oktyabr - Cəbrayıl Şəhəri Günü: Zəfər tariximizin parlaq səhifəsi

4 Oktyabr Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü kimi qeyd olunur və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılmış mübarizənin mühüm səhifələrindən birini özündə əks etdirir. Cəbrayılın aza

2 oktyabr
.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb

2 oktyabr
.

Yağıntılı havanın nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

"Köhnə binanı sökmək olar, amma əvvəl şəhərin həmin yükü daşıyıb-daşımadığı hesablanmalıdır" - Muxtar Ərturan

Bakıda sovet dövründə tikilən çoxmənzilli binaların bir hissəsi hələ də istismar olunur. Yaşayış fondunun köhnəlməsi, binaların texniki vəziyyəti və söküntü ilə bağlı layihələrin hansı meyarlarla həyata keçirilməsi məsələsi isə sakinlər üçün aktual olaraq qalır. Bəs sovetlər birliyindən qalan binaları

2 oktyabr
.

Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA

Elektronika mağazalarından alınan məhsullarla bağlı istehlakçı şikayətləri zaman-zaman gündəmə gəlir. Xüsusilə zəmanət müddətində yaranan nasazlıqlar zamanı mağaza, servis mərkəzi və istehsalçı arasında məsuliyyətin necə bölüşdürülməsi istehlakçı üçün əlavə çətinlik yarada bilər. Bəzi ölkələrdə satıcını

1 oktyabr
.

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)

Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə

2 oktyabr