Bu şəxslərə XƏBƏRDARLIQ: 13 000 manatadək CƏRİMƏSİ VAR

Bu şəxslərə XƏBƏRDARLIQ: 13 000 manatadək CƏRİMƏSİ VAR
Azərbaycanda 18 yaşdan aşağı şəxslərin əmək fəaliyyətinə cəlb olunması qanunvericiliklə xüsusi qaydalarla tənzimlənir. Xüsusilə yetkinlik yaşına çatmayanların işə qəbulunda yaş həddi, valideyn razılığı, iş vaxtı və onların sağlamlığına və mənəviyyatına təhlükə yarada biləcək işlərə cəlb edilməməsi ilə bağlı tələblər mövcuddur.

Bəs, 18 yaşdan aşağı şəxslərin əmək fəaliyyətinə cəlb olunması zamanı hansı xüsusi məhdudiyyətlər nəzərdə tutulur və işəgötürənlər bu tələbləri pozduqda hansı hüquqi məsuliyyətlə üzləşə bilərlər?
Bu şəxslərə XƏBƏRDARLIQ: 13 000 manatadək CƏRİMƏSİ VARMəsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən vəkil Əkrəm Həsənov bildirib ki, Əmək Məcəlləsinə görə, 15 yaşdan etibarən şəxs əmək münasibətlərinə daxil ola bilər, amma bunun üçün valideynlərinin yazılı razılığı tələb olunur.

"Eyni zamanda, əmək fəaliyyəti təhsildən ayrılmamaq şərti ilə həyata keçirilməlidir. Bu, çox vacib məqamdır. Yetkinlik yaşına çatmayan şəxslər ağır və zərərli işlərə cəlb edilə bilməzlər. Buraya yeraltı işlər, tunellərdə görülən işlər, həyat və sağlamlıq üçün təhlükə yaradan, o cümlədən ağır yük qaldırma ilə bağlı işlər daxildir. İş vaxtı da yaşa uyğun olaraq məhdudlaşdırılır. 16 yaşına qədər şəxslər həftədə 24 saatdan, 16 yaşdan 18 yaşa qədər olan şəxslər isə həftədə 36 saatdan artıq işləyə bilməzlər. Həmçinin gecə saatlarında, yəni saat 22:00-dan sonra onların işlədilməsi qadağandır".

Vəkil bildirib ki, yetkinlik yaşına çatmayan şəxslər qeyri-iş günlərində işə cəlb edilə və ezamiyyətə göndərilə bilməzlər:

"Onlara ildə ən azı 30 gün məzuniyyət verilməlidir. Bu məhdudiyyətlər nəzərə alınmaqla yetkinlik yaşına çatmayan şəxslər əmək fəaliyyətinə cəlb oluna bilərlər. İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə görə, 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 5000 manatadək cərimə edilir".

Onun sözlərinə görə, bundan əlavə, həmin maddəyə əsasən, işəgötürən tərəfindən uşaqların onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb olunmasına görə vəzifəli şəxslər 3000 manatdan 4000 manatadək, hüquqi şəxslər isə 10 000 manatdan 13 000 manatadək cərimə edilir. Bununla yanaşı, əmək qanunvericiliyinin digər tələblərinin pozulmasına görə də müvafiq cərimələr nəzərdə tutulur".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1975   Tarix: 11 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəbdə nöqsanlar aşkarlandı, direktor işdən çıxarıldı

Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbində aparılmış monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilib. xəbər verir ki, bu barədə APA-ya Qazax-Tovuz Regional Tədris idarəsindən məlumat verilib. Bildirilib ki, qey

2 oktyabr
.

YAP-ın VIII Qurultayı: Azərbaycanın yeni siyasi və geosiyasi mərhələsində qarşıya qoyulan hədəflər

Yeni Azərbaycan Partiyasının VII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə kimi diqqət çəkir. Qurultay Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin çıxışında ölkənin keçdiyi tarixi yolun, əldə edilmiş siyasi, hərbi və iqtisadi nəticələrin

3 oktyabr
.

Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?

Yeni Azərbaycan Partiyası (YAP) VII qurultayı keçirilib. xəbər verir ki, qurultayda İdarə Heyətinin (İH) yeni tərkibi müəyyənləşib. Belə ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Ramin Məmmədov və Rövşən Bayramov idarə heyətinin üzvlüyündən çıxarılıblar. Bundan əlavə, Ziyafət Əsgərov, Hicra

2 oktyabr
.

Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib

Bu gün Sumqayıtda kütləvi zəhərlənmə olub. "Qafqazinfo" xəbər verir ki, şəhərdəki orta məktəblərdən birinin çoxlu sayda şagirdi xəstəxanaya yerləşdirilib. Onların zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə çatdırıldıqları bildirilir. *. Sumqayıt Tibb Mərkəzindən sorğumuza cavab olaraq bildirili

2 oktyabr
.

Suqovuşan qəsəbəsi və Talış kəndinin erməni işğalından azad edilməsindən 6 il ötür

Bu gün Ağdərə rayonunun Suqovuşan qəsəbəsinin və Talış kəndinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən altı il ötür. "Report"a istinadən xatırladır ki, 2020-ci il oktyabrın 3-də Azərbaycan Ordusu hər iki kəndi erməni işğalçılarından təmizləyib. Həmin gün Suqovuşan və Talışd

3 oktyabr
.

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)

Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə

2 oktyabr
.

Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı

Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib

2 oktyabr
.

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs

2 oktyabr
.

Bakının bu yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

"İçərişəhər" qoruq ərazisində sakinlərin rahatlığının təmin edilməsi, gündəlik hərəkət zamanı izafi yürüş məsafəsinin minimuma endirilməsi, habelə Qoşa Qala meydanında mobilliyin artırılması və təhlükəsizliyin qorunması məqsədilə geniş piyadalaşmış ərazinin yaradılması üçün nəqliyyatın hərəkətini

3 oktyabr