Sənədsiz evi olanların NƏZƏRİNƏ: Bunu etməlisiniz

Sənədsiz evi olanların NƏZƏRİNƏ: Bunu etməlisinizAzərbaycanda sənədsiz evlərin rəsmiləşdirilməsi və həmin daşınmaz əmlaka çıxarış alınması məsələsi uzun illərdir vətəndaşları narahat edən problemlərdən biridir. Qeydiyyat üçün evin yerləşdiyi torpaq sahəsinə dair hüququn və tikilinin qanuni əsaslarla inşa edildiyini təsdiqləyən sənədlərin olması mühüm şərtlərdən sayılır. Xüsusilə tikilinin inşa edildiyi tarixdən asılı olaraq tələb olunan sənədlər də fərqlənə bilər.

Bəs, sənədsiz evlər hansı hallarda rəsmiləşdirilə və onlara çıxarış verilə bilər, vətəndaş bunun üçün hansı sənədləri toplamalı və hara müraciət etməlidir?
Sənədsiz evi olanların NƏZƏRİNƏ: Bunu etməlisinizMəsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, Azərbaycanda daşınmaz əmlakın sənədləşdirilməsi qaydaları "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunla müəyyən olunur və tənzimlənir.

"Həmin qanunun 8-ci maddəsinin tələblərinə cavab verən daşınmaz əmlak obyektlərinin qeydiyyatı üçün əsaslar olduqda, yəni 8-ci maddədə nəzərdə tutulan əsaslardan biri və ya bir neçəsi mövcud olduqda, vətəndaş həmin obyektin sənədləşdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına - Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Reyestri və Kadastrı Publik Hüquqi Şəxsin ərazi idarəsinə müraciət edir. Müraciətə müəyyən edilmiş müddətdə baxılır və təqdim olunan sənədlər yoxlanıldıqdan sonra daşınmaz əmlakın dövlət qeydiyyatı aparılı".

Ekspert bildirib ki, ikinci əsas məsələ Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun şəkildə inşa edilmiş, məlumatlandırma icraatı qaydasına aid olan və ya çoxmənzilli binadan alınmış mənzillərin qeydiyyatı prosesidir:

"Əgər tikinti və müvafiq icazələrin alınması qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun həyata keçirilibsə, vətəndaş müraciət edərək həmin daşınmaz əmlaka sənəd ala bilər. Bu hallar istisna olmaqla, Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı prosesi, təəssüf ki, mümkün deyil. Belə hallar aşkar olunduqda isə inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi ilə bağlı vətəndaş məhkəməyə müraciət edərək məhkəmə qaydasında qeydiyyat prosesinin həyata keçirilməsini tələb edə bilər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3578   Tarix: 11 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

1 oktyabr
.

92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar

Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna

1 oktyabr
.

Şəhid anasını ağır söyüşlərlə təhqir edən blogger niyə cəzalandırılmır? - VİDEO

Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı, antiterror əməliyyatı şəhidi Zamin Abbasovun anası hüquq-mühafizə orqanlarına müraciət edib. -ın əldə etdiyi məlumata görə, şəhid anası sosial şəbəkədə onu təhqiramiz ifadələr və ağır söyüşlərlə təhqir edən, blogger kimi tanınan Sevin

3 oktyabr
.

Masallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama

Masallı rayonunda 3 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisənin təfərrüatı məlum olub. Valideynlər hadisənin səhlənkarlıqdan baş verdiyini və xəsarət alanların sayının orta məktəb rəhbərliyi tərəfindən gizlədildiyini iddia edirlər. Olay zamanı gözündən ciddi xəsarət alan 2013-cü il təvəllüdl

2 oktyabr
.

Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-

1 oktyabr
.

Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz

Yağışlı havalarda yollarda yaranan gölməçələr piyadalar üçün ciddi narahatlıq yaradır. Bəs avtomobil gölməçədən keçərkən su və ya palçıq piyadanın üzərinə sıçrayarsa, sürücü buna görə məsuliyyət daşıyırmı?. xatırladır ki, sözügedən hərəkət sürücülərdə hüquqi məsuliyyət yaradır. Belə ki, İnzibati Xətala

3 oktyabr
.

Bu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA

Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını

2 oktyabr
.

Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 3-də arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Gücl

2 oktyabr
.

Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar

Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla

1 oktyabr