Özü qolf oynadı, raketlər onu qorudu - Video
ABŞ-nin Məxfi Xidməti ölkə Prezidenti Donald Trampı qolf oyunu zamanı qorumaq üçün Bedminsterə "AN/TWQ-1 Avenger" yaxınmənzilli zenit-raket kompleksləri cəlb edib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə "War Zone" portalı məlumat yayıb.
Məlumata görə, son günlərdə sosial şəbəkələrdə Trampın qolf oynadığı zaman arxa planda tikanlı məftillərin və zenit-raket komplekslərinin aydın göründüyünü əks etdirən fotolar yayılıb. Ən son kadrlar isə ABŞ lideri ötən həftəsonu Nyu-Cersidəki qolf meydançasında "LIV Golf" turnirinin finalında iştirak etdiyi zaman çəkilib.
Ağ Ev administrasiyasının nümayəndələri fotoların həqiqiliyini, Şimali Amerikanın Birləşmiş Aerokosmik Müdafiə Komandanlığı (NORAD) isə dövlət başçısının qorunması məqsədilə "Avenger" komplekslərindən istifadə edildiyini təsdiqləyiblər.
Qeyd edək ki, ötən həftəsonu F-16 qırıcılarının Trampın olduğu Bedminsterdəki qolf klubu üzərindəki uçuş məhdudiyyətlərini pozan bir neçə təyyarəninin uçuşuna mane olduğuna dair xəbərlər yayılıb.

Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 262 Tarix: 11 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ermənistan vətəndaşları bu ölkədən deportasiya edilir
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq şöbələri ilə sıx əməkdaşlıq çərçivəsində son günlərdə 113 xarici vətəndaşı Gürcüstandan deportasiya ediblər. xəbər verir ki, Miqrasiya İdarəsi tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində Türkiyə
11 avqustErməni qadının meyiti tapıldı
İrəvanda müəmmalı hadisə baş verib. xəbər verir ki, Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin İctimai Polis Baş İdarəsinin Mərkəzi İdarəsinə Nar-Dos küçəsindəki 21 saylı binanın həyətində cəsəd olması barədə məlumat daxil olub. Hadisə yerində ictimai polis və patrul xidməti 79 yaşlı Yerevan sakin
10 avqustAvropa İttifaqı Rusiyadan qaz idxalını yenidən artırıb
Avropanın Rusiya enerji təchizatından asılılığını azaltmaq səylərinə baxmayaraq, Aİ-nin Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalı yenidən artıb. xəbər verir ki, Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin (CREA) məlumatlarına görə, iyun ayında Aİ ölkələri Rusiyadan bir il əvvəlkindən 14% daha çox mayeləşdirilmi
10 avqustStiv Uitkoff: "Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır"
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Azərbaycan və Ermənistan arasında Vaşinqton bəyannaməsinin ildönümü ilə bağlı paylaşım edib. xəbər verir ki, S.Uitkoff bu barədə "X" hesabında yazıb. "Düz bir il əvvəl ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistanı danışıqlar masas
9 avqust