FHN-in komandası ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş minifutbol turnirinin qalibi olub – VİDEO
Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş minifutbol turnirinin final oyunu keçirilib.
FHN-dən Sonxeber.az-a verilən məlumata görə, mayın 7-də keçirilən final oyununda Fövqəladə Hallar Nazirliyinin komandası Dövlət Təhlükəsizliyi Xidmətinin komandası ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən və əsas hissəsi 0:0 bərabərliklə bitən oyunun qalibi penalti seriyasında müəyyənləşib.
Fövqəladə Hallar Nazirliyinin komandası 8:7 hesabı ilə qalib gələrək turnirin çempionu olub.
Çempion komandaya kubok və medalları, habelə 2-ci və 3-cü yeri tutmuş komandalara medalları fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və digər rəsmilər təqdim edib.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan və 18 noyabr 2022-ci ildə start götürən 52 dövlət qurumunun komandasının iştirak etdiyi minifutbol turniri Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə keçirilib.
Fövqəladə Hallar Nazirliyinin komandası 19 qələbə, bir oyunu bərabərə bitirməklə məğlub olmadan ən çox qələbə qazanan yeganə komanda kimi yarışı uğurla başa vurub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1260 Tarix: 07 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək
Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc
6 noyabrAQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb
Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr
7 noyabrAfaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb
6 noyabrFHN-də Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyində (FHN) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Bu barədə "Report"a FHN-dən məlumat verilib. Bildirilib ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin əməkdaşları, Vətən müharibəsi veteranları iştira
7 noyabrASAN Xidmət bu tarixlərdə işləməyəcək
ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı
7 noyabr