"Cənab prezident bu gün imzaladığı əfv sərəncamı ilə növbəti dəfə yüzlərlə ailəyə böyük sevinc yaşatdı" - DEPUTAT
"Cənab prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı onun nə qədər humanist dövlət başçısı olmasının göstəricisidir".
Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.
Deputat qeyd edib ki, dövlət başçısının bu gün imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında" Sərəncam müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır:
"Cənab prezident bu sərəncamı ilə növbəti dəfə yüzlərlə ailəyə böyük sevinc yaşatdı. Əfv sərəncamı ümumilikdə 801 nəfərə şamil olunub. Belə ki, 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər isə azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan azad edilib. Son illərdə imzalanan müxtəlif sərəncam, fərmanların və verilən qəraların arxasında vətəndaşlarımızın daha yaxşı, firəvan yaşaması dayanır. İmzalanan əfv sərəncamların ən mühüm cəhəti törətdikləri cinayət əməlinin məsuliyyətini dərk edib, peşman olan insanların bağışlanmasıdır. Həmin şəxslərin cəzalarının bağışlanması tək onlar üçün deyil, həm də onların ailə üzvləri üçün böyük sevincidir. Düşünürəm ki, əfv olunan şəxslər dövlət başçısının bu humanist addımından düzgün nəticə çıxaracaq və bundan sonrakı həyatlarını daha düzgün şəkildə quracaqlar"
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1738 Tarix: 08 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək
Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc
6 noyabrAQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb
Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr
7 noyabrAfaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb
6 noyabrFHN-də Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyində (FHN) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Bu barədə "Report"a FHN-dən məlumat verilib. Bildirilib ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin əməkdaşları, Vətən müharibəsi veteranları iştira
7 noyabrASAN Xidmət bu tarixlərdə işləməyəcək
ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı
7 noyabr