Kişi ögey atasını ürəyindən bıçaqladı - VİDEO
Mayın 8-də saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Ağamalıoğlu küçəsi, 7B ünvanında qətl hadisəsi baş verib.
Belə ki, həmin ünvanda yaşayan Elgün Nəbi oğlu Abbasov aralarında yaranmış mübahisə zamanı ögey atası Rahib Telman oğlu Mehdiyevə xəsarət yetirərək qəsdən öldürüb. Hadisə barədə danışan qonşunun sözlərinə görə, sözügedən şəxslər həmin ünvanda kirayədə qalıblar.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Elgün Abbasov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
Hazırda istintaq davam edir.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1923 Tarix: 09 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMehriban Rəhimliyə hökm oxundu
ABŞ-nin "German Marşal Fondu"nun Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimlinin cinayət işi üzrə məhkəmə baxışı keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Daha sonr
7 oktyabr10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
İstanbul Hava Limanında 70 kiloqram qaçaqmal qızılla tutulan polkovnik-leytenant Qəhrəman Məmmədovun hökmündən verilmiş apellyasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi məhkumun bəraət tələbini əsaslı hesab etməyib. Amma Bakı Hərbi Məhkəməsini
11 noyabrƏr-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı
Abşeron rayonunda 21 yaşlı oğul anasını yandıraraq öldürüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. Qəsəbə sakini, 2005-ci il təvəllüdlü Abdurrəhman Həsənli atası, anası və iki bacısı ilə bir evdə yaşayıblar. Məlumata görə, onun valideynləri arasında mütəmadi mübahisələr olub
5 noyabrFatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Dünən saat 21 radələrində Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin küçədə qətlə yetirilməsinin görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə anını vətəndaşlardan biri avtobusun pəncərəsindən lentə alıb. Görüntülərdən məlum olur ki, Binənin Ə.İsazadə küçəsindək
7 oktyabr