"Prezident İlham Əliyevin əfv sərəncamı yüzlərlə ailəyə sevinc bəxş etdi" - ŞƏRH

"Prezident İlham Əliyevin əfv sərəncamı yüzlərlə ailəyə sevinc bəxş etdi" - ŞƏRH""Heydər Əliyev İli" çərçivəsində daha bir önəmli və əlamətdar tarixi hadisəyə şahidlik edirik. Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncama əsasən 801 nəfər azadlığa qovuşdu, yüzlərlə ailəyə sevinc bəxş olundu. Heç şübhəsiz, əfv olunanlar dövlətin onlara inam və etibarını hiss edir, ictimaiyyətin nümayəndələri humanizm nümunəsi olan bu addımı yüksək dəyərləndirirlər.Diqqətçəkən xüsusi məqam budur ki, "Heydər Əliyev İli" çərçivəsində imzalanan Sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır. Bunun mühüm sosial əhəmiyyəti ilə yanaşı, böyük rəmzi mənası var. Çünki Ulu Öndər Heydər Əliyev öz siyasətində hər zaman humanizm prinsiplərinə xüsusi önəm verib".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

O bildirib ki, Azərbaycanın müstəqilliyini bərpa etdiyi 18 oktyabr 1991-ci ildən Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrə qədər ölkəmizdə amnistiya və ya əfv haqqında hər hansı bir qərar və sərəncam olmayıb.
"Müstəqil respublikamızda 1996-cı ildən başlayaraq əfv sərəncamları imzalanıb, amnistiya haqqında qərarlar qəbul olunub. Xalqımızın Ümummilli Liderinin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən müddət ərzində Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamlarının və fərmanlarının icrası nəticəsində minlərlə məhkum azadlığa qovuşub və ya cəzaları qanunvericiliyə uyğun olaraq azaldılıb. Bu, dövlət başçısının öz siyasətində daim humanizm prinsipini rəhbər tutduğunu göstərən mühüm faktlardandır.Bir sözlə, Heydər Əliyev siyasəti yaşayır, Ulu Öndərin əbədiyaşar ideyaları Azərbaycan xalqına xoşbəxt, firavan və parlaq gələcək vəd edir".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1199   Tarix: 10 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bab əl-Məndəb boğazı Yəmən ordusunun nəzarətinə keçib

Yəmənin hökumət qüvvələri Bab əl-Məndəb boğazını və Perim adasını tamamilə nəzarətə götürüb, "Cənub nəhəngləri" briqadaları isə Dhubab rayonunda husilərlə toqquşmalara girərək onlardan bir neçəsini əsir götürüb. "Report" xəbər verir ki, bu barədə hərbi mənbələrə istinadən "A

9 oktyabr
.

Putinin canlı qüvvə ehtiyatı tükənir - Kremlin Ukraynaya qarşı planı açıqlandı

Rusiya ordusunun döyüş meydanında irəliləyişində problemlər yarandığı və canlı qüvvə çatışmazlığı ilə üzləşdiyi bildirilir. Bizim.Media xəbər verir ki, bunu istefada olan britaniyalı polkovnik Hamiş de Bretton-Qordon "The Telegraph" üçün yazdığı məqaləsində deyib. Onun fikrincə, Kreml yen

8 oktyabr
.

Yunanıstanda neft emalı zavodunda partlayış olub - yaralılar var

Yunanıstanın Aqioi-Teodori şəhərində "Motor Oil" şirkətinə məxsus neft emalı zavodunda partlayış baş verib. Bu barədə "Skai" telekanalı müəssisənin Mətbuat xidmətinə istinadən məlumat yayıb. Bildirilib ki, qəza nəticəsində 2 nəfər yaralanıb. İnsident yerli vaxtla saat 11:00-da (Bak

9 oktyabr
.

Vens: "İran müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsini azaltmalıdır"

İran ABŞ-la müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsi imkanlarını əhəmiyyətli dərəcədə azaltmalıdır. "Report"un məlumatına görə, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Reuters"ə müsahibəsində deyib. "Əgər nüvə silahı istəmirsinizsə, onda uranı niyə 60 faizə qədə

7 oktyabr
.

Rubio: Bu tarixdə İranda böyük fəlakət olacaq

Neft gəlirlərinin dayandırılması səbəbindən İran qarşıdakı həftələrdə görünməmiş iqtisadi böhranla üzləşəcək. -a istinadən bildirir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio deyib. Onun sözlərinə görə, Tehran sonda mövcud vəziyyəti qorumaqla inqilab arasında seçim etməli olacaq. "Amerikanın İran

9 oktyabr
.

İran Hörmüz boğazına nəzarəti tamamilə itirib - Rubio

İran Hörmüz boğazına nəzarəti tam itirib. "Al-Jazeera" telekanalının məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib. Onun sözlərinə görə, İran nüvə proqramı ilə bağlı ABŞ ilə razılaşma əldə etmək üçün yaranmış "bir çox imkanlardan" istifadə edə bilməyib. O, Yunanıstand

7 oktyabr
.

Norveç 2027-ci il büdcəsi üçün Neft Fondundan 64 milyard dollar ayıracaq

Norveç hökuməti dövlət büdcəsi-2027 layihəsi çərçivəsində Dövlət Pensiya Fondundan (Neft Fondu) 608,4 mlrd Norveç kronu (təqribən 64 milyard dollar) istifadə etməyi təklif edib. "Report" xəbər verir ki, bu barədə Norveçin "NRK" teleradio şirkəti xəbər verir. Bu, Neft Fondunun ümum

7 oktyabr
.

Aİ rusiyalılara qarşı viza yoxlamalarını gücləndirmək və sanksiyaları artırmaq niyyətindədir

Avropa İttifaqı (Aİ) viza üçün müraciət edən Rusiya vətəndaşlarının yoxlanılmasını, o cümlədən müraciət edənlərin hərbi keçmişinin yoxlanışını sərtləşdirmək, eləcə də Rusiya fiziki və hüquqi şəxslərinə qarşı sanksiya siyahılarını "misli görünməmiş" şəkildə genişləndirmək niyyətindədir. "Report"u

9 oktyabr
.

Ukraynanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırılıb

Ukraynanın Belarusdakı müvəqqəti işlər vəkili İvan Novitski Belarus Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. "Report" Belarus mediasına istinadən xəbər verir ki, bu barədə brifinqdə XİN-in mətbuat katibi Ruslan Varankov məlumat verib. Çağırışın səbəbi RF-nin Bryansk vilayətində Belarus avtomobilin

9 oktyabr