Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsi daim ürəklərdə yaşayacaq

Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsi daim ürəklərdə yaşayacaqProkurorluq işçiləri də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını böyük hörmətlə ziyarət edir, nəhəng tarixi şəxsiyyətin əziz və unudulmaz xatirəsinə yüksək ehtiramını bildirir. Prokurorluq əməkdaşı olaraq dərin minnətdarlıq hissi ilə bildirmək istəyirəm ki, bütün sahələr kimi, prokurorluq da Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı ilə həmişə əhatə olunub. Məhz Ulu Öndər Heydər Əliyevin imzaladığı 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə "1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü" təsis edilib, bu isə tarixi ədalətin bərpa olunması ilə yanaşı, hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğa qayğının ifadəsi, onun roluna rəsmi münasibətin dövlət səviyyəsində təzahürü olub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında mayın 10-da Fəxri xiyabanı ziyarət edən hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

F.Əliyevin sözlərinə görə, Ümummilli Liderin prokurorluq işçilərinin rifahına xidmət edən "Azərbaycan Respublikası Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında" 2002-ci il 8 oktyabr tarixli Sərəncamı isə prokurorluq işçiləri tərəfindən sonsuz sevinc hissləri ilə qarşılanıb və onlarda böyük ruh yüksəkliyi yaradıb: "Ulu Öndər Heydər Əliyevin prokurorluğun işini, həmçinin dövlətçiliyə olan sədaqətini dəyərləndirməklə onun fəaliyyətinə yüksək qiymət verməsi hər bir əməkdaşı qürurlandırmaqla yanaşı, üzərimizə böyük məsuliyyət qoyub. Odur ki, bu gün hər bir prokurorluq, o cümlədən hərbi prokurorluq əməkdaşı xidməti vəzifələrini layiqincə icra etməsi üçün daha əzmlə çalışır. Prokurorluq əməkdaşları Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı müdrik rəhbər İlham Əliyevin dövlətçilik, qanunçuluq, vətənpərvərlik, humanistlik və milli maraqlara xidmət edən digər ənənələrinə daim sadiq qalacaqlar. Bu il mayın 3-də Baş prokurorun müavini–Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəhbərliyi ilə Hərbi Prokurorluqda, mayın 6-da Baş prokuror, birinci dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluqda Ümummilli Liderin 100 illik yubileyi təntənəli surətdə qeyd olunub, bu dahi insanın əziz və unudulmaz xatirəsi hörmətlə yad edilib. Əminik ki, illər, qərinələr, əsrlər keçsə belə, Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsi daim ürəklərdə yaşayacaq və böyük siyasi xadim hər zaman dərin ehtiramla anılacaq".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1342   Tarix: 10 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr