Heydər Əliyev Məleykə Abbaszadəyə qəbul imtahanları ilə bağlı hansı tapşırıqlar veribmiş?
"90-cı illərdə imtahanlarla əlaqəli şikayətlər, şayiələr özünü daha qabarıq formada göstərirdi. Bilavasitə ittihamlar da səsləndirilirdi.
Təbii ki, bunların heç bir əsası yox idi. Bu məsələlərlə bağlı Ulu Öndər Heydər Əliyev məni yanına dəvət etmişdi. Bildirdi ki, imtahanlarda köçürmə, yaxud kiminsə yerinə başqasının imtahana girmə halları olur. Bu kimi neqativ halların qarşısını necə alacaqsan?! Axı bu quruma siz rəhbərlik edirsiniz".
Sonxeber.az "report"a istinadən xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Xəzər televiziyasında yayımlanan "Təsir dairəsi" verilişində Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşərkən deyib.
"Ümummilli Liderlə görüşdə bu məsələdən xəbərdar olduğumu söylədim. Əlavə etdim ki, imtahan zamanı bir şəxsin başqasının yerinə binaya daxil olmasının qarşını almaq üçün müəyyən texnoloji tələ də düzəltmişik və builki imtahanlarda bunu tətbiq edəcəyik. Bəli, biz elə həmin il (1998-ci il) o adamları aşkarlayıb tutduq. Köçürmə məsələsinə gəlincə, Ulu Öndər mənə sual verdi ki, bəlkə sən etmirsən, amma sənin işçilərindən kimsə nə işləsə məşğuldur və xəbərin yoxdur. Onda mən cavab verdim ki, Cənab Prezident, mənim işçilərim belə işlərlə məşğuldursa, deməli mən pis rəhbərəm, amma mənim işçilərim belə işlərlə məşğul deyil", - M.Abbaszadə söyləyib.
O, Ulu Öndərlə söhbətinin davamını belə xatırlayır: "Dedim ki, ola bilsin, imtahanlara dəvət olunan nəzarətçi müəllimlər auditoriyada belə proseslərə təkan verirlər və abituriyentlər köçürmə edirlər. Bildirdim ki, hələ bunun qarşısını ala bilməmişəm. Amma bu məsələdə çıxış yolunu onda görürəm ki, müəyyən treninqlər keçirib hər kəsi imtahana buraxmayaq. Məsələləri araşdırmaq lazımdır. Aşkarlıq üçün həmin nəzarətçilərlə əlaqəli keçmiş Təhsil Nazirliyinə müraciət edək ki, elə müəllimlərə qarşı ictimai qınama olsun. Yenə təkrar olaraq bildirdim ki, öz işçilərimə cavabdehəm və onlar belə iş görə bilməzlər. Onda mənə baxıb dedi ki, sən pionersən. Bu söz hələ də yadımdadır. Mənə dedi ki, sən düz demirsən. Sən yalnız özünə cavabdeh ola bilərsən, başqa biri haqqında bu sözü demə.
Zaman keçdi, müəyyən hadisələr baş verdi, hər dəfə müəyyən hallarla qarşılaşanda Ulu Öndərin müdrik sözü yadıma düşürdü ki, heç kimə cavabdeh olmaq olmaz. Prosesi elə qurmaq lazımdır ki, hər bir mərhələdə yoxlama olsun və hamı bilsin ki, yoxlama zamanı onun əməlləri üzə çıxacaq. Mənim üçün həmin vaxt o söz böyük dərs idi. Hər dəfə başım hansısa daşa dəyəndə həmin sözləri yadıma salırdım. Heydər Əliyevin bizim işimizə aid hər bir kəlməsi bizim nəinki yaddaşımızda qalır, həm də daxilimizdə matriçadır. 1998-ci ildə təşkilatımızın işi barədə demişdi ki, mütərəqqidir, amma hələ də müəyyən çatışmazlıqlar var. 1994-cü ildən rəhbər vəzifəyə gələndə vətəndaşlarımızın heç şəxsiyyət vəsiqəsi də yox idi. Forma 9-da şəkli dəyişmək prosesi çox asan idi. İmtahana həmin sənədlə gələn müəyyən dəyişikliyi də çox rahat edə bilirdi. Amma indi DİN-in bazalarına daxil ola bilirik. Əvvəlki imkanlarla belə 1998-ci ildə imtahana başqasının yerinə gələn insanı aşkar edə bildik".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5398 Tarix: 11 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021Bazar gününə olan hava proqnozu AÇIQLANDI
Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
18 sentyabr 2021Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO
Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri
18 sentyabr 2021Vətən müharibəsinin 22 iştirakçısı polis oldu
Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua
17 sentyabr 2021Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO
Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb
17 sentyabr 2021Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO
Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı
17 sentyabr 2021Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18 sentyabr 2021Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ
Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"
18 sentyabr 2021