"Bütün strateji hədəfləri reallaşdırmaq əzmindəyik" - ŞƏRH

"Bütün strateji hədəfləri reallaşdırmaq əzmindəyik" - ŞƏRH"Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı Şuşada xalqımıza müraciəti zamanı çox mühüm məsələlərə toxundu, olduqca önəmli mesajlar verdi. Əziz xatirəsini böyük hörmət və ehtiramla yad etdiyimiz Ümummilli Liderimizin Azərbaycan xalqı qarşısında misilsiz və müstəsna xidmətlərindən bəhs edən dövlət başçısı, eyni zamanda, sosial-iqtisadi inkişaf, strateji diplomatiya siyasəti, regional təhlükəsizlik, postmüharibə dövrünün quruculuq prosesi, Böyük Qayıdış və digər məsələlər haqqında vacib məqamlara diqqət yetirdi, nəticələrdən, nailiyyətlərdən, hədəflərdən və perspektivlərdən söz açdı".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

O bildirib ki, Müzəffər Ali Baş Komandan qeyd etdi ki, "Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik". Bəli, cənab İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində tarixi qələbə qazanan Azərbaycan torpaqlarını işğaldan azad etdi, ərazi bütövlüyünü, milli qürur və ləyaqəti bərpa, BMT-nin 30 ilə yaxın müddət ərzində kağız üzərində qalmış qətnamələrinin icrasını təmin etdi.

"Bu, müsbət nümunə olmaqla yanaşı, dünya siyasi tarixində bir ilk idi. Azərbaycan mürəkkəb beynəlxalq şəraitə və bir sıra təzyiq cəhdlərinə baxmayaraq, bir ölkənin öz gücü ilə işğal faktını aradan qaldıra və separatizmi məhv edə biləcəyi ilə bağlı nümunə yaratdı. Xüsusi vurğulamaq lazımdır ki, bu Qələbənin əldə olunmasında xalq-iqtidar birliyi, dünya azərbaycanlılarının Ali Baş Komandanımızın ətrafında sıx birləşməsi və milli həmrəyliyimiz vacib rol oynadı. Azərbaycan xalqı, sözün əsl mənasında, vahid amal uğrunda dəmir yumruq kimi birləşdi, öz hədəfinə çatdı. Ölkə başçısı vurğuladı ki, bütün quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır: "Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir". Həqiqətən də, bu gün işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması, yeni infrastrukturun yaradılması həm tarixi Qələbəmizin möhkəmləndirilməsi, həm də ölkəmizin sosial-iqtisadi inkişafı baxımından çox mühüm əhəmiyyətə malikdir. Zəfər yolunun, Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanının inşası, "Ağıllı kənd" konsepsiyası əsasında müasir yaşayış məntəqələrinin yaradılması və digər mühüm addımlar sosial, iqtisadi, siyasi və strateji önəm daşımaqla yanaşı, Böyük Qayıdışın ən yüksək səviyyədə təmin olunmasına vacib töhfədir. Cənab Prezident söylədi ki, "heç kimə imkan vermirik və verməyəcəyik ki, öz burnunu bizim işimizə soxsun, istər siyasi məsələlər olsun, istər Azərbaycan-Ermənistan məsələləri olsun, istər Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ olsun. Heç kimə imkan verməmişik və verməyəcəyik, bunu təmin etmək üçün iradəmiz də yerindədir, gücümüz də yerindədir". Qalib və qüdrətli Azərbaycanın strateji seçimləri, yanaşması, iradəsi və mövqeyi bəllidir. Atdığımız addımlar milli maraqlara və beynəlxalq hüquq normalarına əsaslanır, sülhə və təhlükəsizliyə xidmət edir. Biz bütün hədəflərimizə nail olacağıq. Müzəffər Ali Baş Komandanımızın qeyd etdiyi kimi, nəyi deyiriksə, onu da edirik.Prezident İlham Əliyev qeyd etdi ki, son 20 ildə dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur, ölkəmizin beynəlxalq nüfuzu yüksəlib. Bəli, bu gün Azərbaycan ictimai-siyasi sabitliyin və təhlükəsizliyin tam təmin olunduğu, sabitlik adası kimi səciyyələndirilən ölkədir. Eyni zamanda, ölkəmiz beynəlxalq müstəvidə müasir, hüquqi və demokratik dövlət kimi tanınır. Heydər Əliyevin ideyaları əsasında davamlı nailiyyətlər qazanan respublikamızın ən böyük uğurlarından biri dayanıqlı iqtisadi inkişafın təmin olunması, nümunəvi sosial-iqtisadi inkişaf modelinin yaradılmasıdır. Ən mühüm məqamlardan biri budur ki, Azərbaycanın hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması xalq-iqtidar birliyini daha da möhkəmləndirir, vətəndaşların Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini təmin edir. Xalqımız Ümummilli Liderin layiqli davamçısı olan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləyir, bu siyasətə alternativ görmür.
Beləliklə, bütün bu və digər məqamlar təsdiqləyir ki, yeni reallıqlar və çağırışlar fonunda Azərbaycan milli məqsədləri, strateji hədəfləri reallaşdırmaq əzmində və niyyətindədir. Sözünə sadiq, sözü imzası qədər dəyərli və keçərli olan, Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev vədlərini yerinə yetirir və yetirəcək - daha güclü Azərbaycan naminə!"
AYSEL ƏKBƏR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1227   Tarix: 12 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021