"Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi" - DEPUTAT

"Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi" - DEPUTAT"Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciəti hər birimizi bir daha qürurlandırdı. Özünün də qeyd etdiyi kimi, o bu tarixdə Bakıda da ola bilərdi. Ancaq ulu öndərin ən böyük arzusunun reallaşdığı yerdə dayanaraq onun 100 illik yubileyini qeyd etməsi heç bir sözlə ifadə edilməyəcək dərəcədə sevindirici haldır.Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Azərbaycanın gələcəyini düşünən ümummilli lider Heydər Əliyev hələ o dönəmdə bu gün şahidi olduğumuz tarixi proseslərin vəsiyyətini etmişdi.Bu vəsiyyətlərdən biri də Şuşa şəhəri ilə bağlı idi. Ümummilli lider Heydər Əliyev Şuşaya adi bir şəhər deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. Hətta, 1970-ci ildə ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə bir neçə xüsusi qərar da qəbul edilmişdi".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, bu gün Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmış bu vəsiyyətləri Prezident İlham Əliyev reallaşdırmaqdadır.

"44 günlük Vətən müharibəsi zamanı xüsusi əməliyyatla Şuşa şəhərinin azad olunması, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi, 270 illik tarixi olan Şuşa şəhərinin yenidən bərpa edilməsi, dirçəldilməsi, əvvəlki şöhrətinin qaytarılması Ümummilli Liderimizin Şuşa ilə bağlı vəsiyyətinin tam həyata keçirildiyini sübut edir.Ümummilli lider Heydər Əliyev hələ Azərbaycana rəhbər seçilməmişdən əvvəl ilk dəfə 1967-ci ildə Şuşada olmuşdu. O vaxt Xankəndində azərbaycanlılarla ermənilər arasında yaranan münaqişə zamanı erməni millətçiləri üç azərbaycanlını vəhşicəsinə öldürmüşdülər. Həmin məsələni dərindən araşdırmaq üçün Heydər Əliyev 15 gün Dağlıq Qarabağda olmuş, eləcə də, Şuşaya getmişdi. Şuşada olarkən ermənilərin vaxtikən amansız təcavüzü nəticəsində dağıdılmış və yandırılmış evlərin hələ də bərpa edilmədiyini görən Heydər Əliyev Bakıya qayıtdıqdan sonra şəhərin belə vəziyyətdə saxlanılmasının mümkünsüzlüyünü Azərbaycan rəhbərlərinə söyləmişdi. 1969-cu ildə Azərbaycana rəhbər seçiləndən sonra ulu öndər Şuşanı abadlaşdırmaq, dağıdılmış, yandırılmış evlərin bərpasına nail olmaq, eyni zamanda, tarixi abidələri qoruyub saxlamaq və böyük bir muzeyə çevirmək üçün əhəmiyyətli işlər görmüşdür. Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur və bunu heç bir çətinliyə baxmayaraq etmişdir. Hətda Sovet dönəmində Azərbaycan xalqının maraqlarını qoruyur və milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı.Azərbaycan xalqı 30 ilə yaxın müddətdə hər il böyük hüznlə May ayının 8-i Şuşanın işğalı günü kimi qeyd edirdi. Şuşanın işğalı Azərbaycan xalqının yaddaşında dərin və ağır izlər buraxmışdı. Azərbaycan xalqı heç zaman həmin ağır günləri unutmayacaq. Ancaq Ermənistandan fərqli olaraq Azərbaycan xalqı gələcəyə baxmağı bacaracaq.
Prezident İlham Əliyevin 7 May tarixli sərəncamına əsasən Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olundu. Bu tarixi şəhər Azərbaycana bir çox tarixi şəxsiyyətlər bəxş edib. Şuşada həmçinin, qədim tarixə malik bir çox dini abidələr mövcuddur. Onların böyük əksəriyyəti ermənilər tərəfindən vəhşiliklə dağıdılıb. Azərbaycan vətən müharibəsi zamanı qısa müddətdə Şuşanı düşmən işğalından azad etdi. Azərbaycan xalqı Prezident İlham Əliyevin Şuşanın işğaldan azad olunduğu gün etdiyi çıxışı yaxşı xatırlayır. O çıxışında xüsusi olaraq vurğulamışdı: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!". Bəli Şuşa artıq azaddır. Biz indi Şuşaya qayıtmışıq. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır.İndi Şuşada bir sıra yerli və beynəlxalq tədbirlərin keçirilməsi erməni vandalizminin izlərinin və Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından əhəmiyyətlidir.İndi dünyada müxtəlif yerlərdə gedən iqtisadi proseslər, çətinliklər, böhranlar onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. Belə ağır müharibədən çıxmış ölkə azad edilmiş torpaqlarda qısa zaman ərzində genişmiqyaslı quruculuq işləri aparır.
Görülən bütün işlərin təməlində milli-mənəvi dəyərlərimizə bağlılıq dayanır. Bu gün dünyada, dünyanın müxtəlif yerlərində müxtəlif tendensiyalar müşahidə olunur, dırnaqarası yeni dəyərlər meydana çıxır. Biz isə ənənəvi dəyərlərə sadiq qalaraq öz gələcəyimizi çox möhkəm milli-mənəvi təməl üzərində qururuq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1053   Tarix: 12 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021