Meksikada vulkan püskürüb
Meksikada Popokatepetl vulkanında şiddətli püskürmələr baş verib. Vulkanın püskürtdüyü kül yaşayış məntəqələrindəki evlərə çatıb.
Sonxeber.az xəbər verir ki, Meksika Milli Fəlakətlərin Qarşısının Alınması Mərkəzinin (CENAPRED) dərc etdiyi gündəlik fəaliyyət hesabatına görə, son 24 saat ərzində vulkanda 3 püskürmə, 127 qaz və kül püskürməsi baş verib.
Bildirilib ki, son günlər vulkanın püskürmələri intensivləşib. Vulkanın səpdiyi külün yaşayış məntəqələrinə çatdığı, küllərin isə evlərin eyvanlarına, nəqliyyat vasitələrinin üzərinə yığıldığı görülüb.
Bundan əlavə, vulkanın yaxınlığında yerləşən Atliksko şəhərinin sakinləri şiddətli püskürmələr nəticəsində evlərinin şüşələrinin sındığını bildiriblər.
Vulkanda püskürmələrin davam edəcəyini vurğulayan səlahiyyətlilər, kraterdən uzaq durmaq və sağlamlığa zərər verə biləcək kül yağışına qarşı tədbir görmək barədə xəbərdarlıq edib.
Bir ildən artıqdır fəaliyyətini artıran Popocatepetl vulkanında ilin əvvəlindən bu yana 476 püskürmə baş verib.
2022-ci ildə vulkanda cəmi 113 püskürmə qeydə alınıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 948 Tarix: 13 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rus ordusu Annopolyeni işğal etdi
Rusiya ordusu Xarkov vilayətinin Annopolye yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
8 oktyabrRubio: İran ABŞ ilə anlaşma əldə etmək şansını qaçırdı
İran öz nüvə proqramına dair ABŞ ilə razılaşma əldə etmək üçün çoxsaylı imkanlardan istifadə edə bilmədi. -ın "Al Jazzera" telekanalına istinadən verdiyi məlumata görə, bunu ABŞ-nin Yunanıstanda səfərdə olan dövlət katibi Marko Rubio mətbuat konfransı zamanı bildirib. O əlavə edib ki, İra
7 oktyabrİran və Oman razılığa gəliblər
Oman və İran Hörmüz boğazından təhlükəsiz tranzit marşrutları barədə razılığa gəliblər və yaxın gələcəkdə təkliflərini beynəlxalq səviyyədə təqdim edəcəklər. xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bagai bildirib. Baqayın sözlərinə görə, "İran və Oman arasında məsləhətləşm
8 oktyabrTürkiyə Səudiyyə Ərəbistanında hərbi baza yarada bilər
Türkiyə Ər-Riyad və İslamabadla birgə müdafiə müqaviləsinin bir hissəsi olaraq Səudiyyə Ərəbistanında hərbi baza yarada bilər. xəbər verir ki, bu barədə Türkiyənin "Türkiye" qəzeti bildirib. Nəşr bildirir ki, "Ölkədə Türkiyə bazasının yaradılması məsələsi gündəmə gətirilib. Əgər bu ba
7 oktyabrBir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü
Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. "Qafqazinfo"nun məlumatına görə, hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasının bağçasında ailəsi ilə nahar etdikdə
7 oktyabrƏrdoğan "CHP-nin qalası"nı içəridən fəth etdi - Foto
Ədalət və İnkişaf Partiyasının Konqres Mərkəzində yeni qanunvericilik ili iclası baş tutub. Tədbirdə şəxsən iştirak edən İzmir bələdiyyə sədri, CHP-li (Cümhuriyyət Xalq Partiyası) Cemil Tuqay Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışından sonra rəsmi şəkildə onun partiyasına daxil olub. xəbər verir ki
7 oktyabr