Məşhurlara toyda vay tutanlar: "İçəndə anasını, bacısını tanımır..."

Məşhurlara toyda vay tutanlar: "İçəndə anasını, bacısını tanımır..."Ötən gün Bakıda bıçaqlanma hadisəsi olub. Hadisə Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Ləhiş bağlarında baş verib. Burada keçirilən toy məclisində 31 yaşlı Alışov Əmrah Kalam oğlu mübahisə zamanı 32 yaşlı Əsgərov Rəvan Həmidulla oğlunu bıçaqlayıb.

Ümumiyyətlə, toylarımızda dava, qan düşməsi ta qədimdən olub, bu gün də var. Toyda davalar müxtəlif səbəblərdən düşür. Kimisi spirtli içki içir və ağlı başından çıxır, kimisi mahnı üstündə mübahisə edir və s. Hər nədən olur olsun reallıq budur ki, insanların, xeyir işində narahatlıq, həyəcan yaşanır, qan düşür, bəzən toy yarımçıq da saxlanılır.

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Xuraman Şuşalı bildirib ki, bu tip insanlar nevroloji baxımdan problemi olan və içkiyə daha çox meyilli olan insanlardır:

"Əlbəttə ki, bu məsələnin spirtli içkilərlə əlaqəsi çoxdur. Düzdür, elə insan var ki, içki içsə də, bu, ona pis təsir etmir, özünü normal apara bilir. Lakin bu hər kəsə aid deyil, elə insanlar var ki, spirtli içki qəbul etdikdə kontrolu itirirlər. Hər bir halda, içki haramdır, o, beyinə gedən siqnalı dayandırır. Elə insanlar var ki, içki içəndə heç anasını, bacısını da tanımır, vurub atasını, anasını öldürür. O qədər belə cinayətlər eşitmişik ki, insan içib anasını bıçaqlayıb, atasını güllələyib və s. Ona görə, Allah bunu haram buyurub.

Toylarda düşən davaların əsas səbəbi spirtli içkidir. Bundan əlavə, psixoloji problemi olanlar da belə hərəkətlər edirlər, insanların məclisinə dava salırlar".

Onun sözlərinə görə, həm toy sahibi, həm də toyu idarə "tamada" bu cür insanların öhdəsindən gəlməyi bacarmalıdır:

"Bəzən toyu idarə edənlər də bu cür insanların öhdəsindən gələ bilmirlər. Mən özüm də belə hadisənin dəfələrlə şahidi olmuşam. Əgər toyda içkili, qanqaraçılıq salmağa meylli adam varsa, gərək ev sahibi onu idarə etsin. Əgər həmin adam özünü kontrol edə bilmirsə, ev sahibi onu zərərsizləşdirməli, yaxud məclisdən uzaqlaşdırmalıdır.

Belə şəxslərin dava salmasının qarşısını almaq toyu idarə edəndən də asılıdır, çalışıb hər cür situasiyada məclisi idarə etməyi bacarmalısan. Çox vaxt belə davalar mahnı üstündə düşür. Gəlib mahnı sifariş verirlər, sifariş yerinə yetirilməyəndə, yaxud gecikdiriləndə dava salırlar. Ona görə çalışıb onun istəklərini qabağa salmalısan ki, qanqaraçılıq düşməsin. Müğənni olmaq, məclis aparmaq heç də kənardan göründüyü qədər asan deyil, sən içkili insanı da, ayıq insanı da, əsəbi insanı da razı salmağa çalışırsan. Allah hamımıza ruzi-bərəkət versin, işini rahatlaşdırsın ki, heç kəs başqasının məclisini korlamasın.

Fikrimcə, ev sahibləri bu cür adamları çalışıb məclisə dəvət etməməlidir. Hər nəsildə belə - özünü idarə edə bilməyən, içki içəndə başqa birinə çevrilən bir nəfər mütləq olur və bunu hamı bilir. Çalışıb həmin şəxsi məclisdən uzaq tutmaq lazımdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2615   Tarix: 13 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021