Çin Avropanı neytrallaşdırmaq istəyir: Bakı ilə Pekin arasında danışıqlar gözlənilir

Çin Avropanı neytrallaşdırmaq istəyir: Bakı ilə Pekin arasında danışıqlar gözlənilirAvropa İttifaqı (Aİ) Çinlə münasibətlərin rəngini dəyişmək üçün əlindən gələni edir, yəni ABŞ-Britaniya ikilisinin Pekinlə kəskinləşən rəqabətinin müstəvisindən kənarda qalmağı hədəfləyir.

Aİ-nin yüksəksəviyyəli siyasətçilərinin Pekinə ard-arda səfərlər etməsi nəzəri əsasların praktikada möhkəmlənməsinə xidmət edir.

Aİ ilə Çin arasında əməkdaşlıq güclü iqtisadi xarakterə malikdir, lakin indi İttifaq Rusiya-Ukrayna müharibəsi səbəbindən daha böyük problem qarşısındadır.

Bu problemləri həll etmək üçün Çinə edilən səfərlərin məqsədini anlamaq olar, hərçənd ki, məsələdə ən çox qabağa çıxan Pekinin mövqeyidir.

ABŞ ilə Çin arasında gərginlik artdıqca Çin Sədri Si Cinpinin Avropa liderləri ilə görüşməsi Çinin Qərblə rəqabətində Avropanı neytrallaşdırmaq cəhdi kimi qiymətləndirilə bilər.

Mümkündür ki, iqtisadi özüllərin üzərində inkişaf edən Aİ üçün Çinin bu mövqeyi məqbuldur. Ona görə ki, Aİ özü də Qərb-Rusiya, Qərb-Çin kəlbətinlərinin dişləri arasında sıxılmaq istəmir.

Aİ ilə Çin arasındakı yeni düzən yaratmaq cəhdləri mərkəzləşdirilmiş və məsuliyyətli qərarların verilməsinə gətirib çıxarmalıdır. Ancaq yaxın perspektiv üçün üfüqdə belə işartı görmək çətindir. Çünki Çin hələ də formalaşan yeni siyasi nizamda ən həlledici yerə yaxınlaşmayıb və rəqibləri onu sıxışdırırlar.

Bu mənzərədən danışarkən Çinin üzləşdiyi Tayvan problemi və rəsmi Pekinin daxili siyasətdəki çətinliklərini də qeyd etmək lazımdır.

O da bəllidir ki, Çin Rusiya-Ukrayna müharibəsinin gedişatında ABŞ-nin düşdüyü boşluqları Tayvanı özünə birləşdirmək üçün fürsətə çevirmək istəyir.

Yəni Rusiya-Ukrayna müharibəsi Çin üçün çağırışları ikiqat edir, o həm Tayvan üzərindəki legitimliyini bərpa etməlidir, həm də Avropanı Qərbin bir parçası kimi davranacaq mövqedən çəkindirməlidir.

Düzdür, Çin artıq münaqişəli regionlarda da siyasi tənzimləyici kimi alətlər qazanır və bir növ Rusiya ilə ABŞ-nin moderatorluq aktivlərini zədələyir. Bunun özü Pekin üçün böyük üstünlüklərdir, lakin fövqəladə bir həddə gəlib çatmayıb.

Çin elə fövqəladə üstünlüklərə can atır, o, rəqiblərinin əhatəsində olan bölgələrdə möhkəmlənməyə çalışmaqla mövqeyini göstərir.

Pekinin Yaxın Şərq və Avropa İttifaqı ilə siyasətindəki yeni ştrixlər vahid bir yanaşma kimi davamını gətirə bilər.

Çinin qlobal siyasətini fərqli üstünlüyə çıxarması, xüsusilə onun Avropa ilə əlaqələrindəki motivlər Orta Dəhliz layihəsi üzrə növbəti danışıqlar mərhələsi kimi də başa düşülə bilər.

QEYD: Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Cənub-Şərqi Asiya və Çindən başlayır. Orta Dəhliz layihəsi həmin marşrutun Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyəyə çatdırılmasını və daha sonra Avropa ölkələrinə keçməsini özündə ehtiva edir.

Bu məqamda Azərbaycanla Çin arasındakı danışıqların da olacağı gözləniləndir - bu həm ikitərəfli, həm də çoxtərəfli formatda baş tuta bilər. Ona görə də Çinlə Aİ arasındakı müzakirələr Azərbaycanın diqqətlə izlədiyi prioritetlər siyahısındadır.

Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1221   Tarix: 13 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İstanbuldan Ər-Riyada uçuşlar bərpa olunub

Flightradar24-ün 8 oktyabr tarixli məlumatlarına görə, İstanbuldan Ər-Riyada uçan iki Türk Hava Yolları təyyarəsi cümə axşamı gecəsi uçuş hava limanlarına qayıdıb. xəbər verir ki, ilk təyyarə saat 21:59-da yola düşüb, lakin 35 dəqiqə sonra geri dönüb İstanbula qayıdıb və saat 23:20-də eniş edib. TK14

8 oktyabr
.

Bab əl-Məndəb boğazı Yəmən ordusunun nəzarətinə keçib

Yəmənin hökumət qüvvələri Bab əl-Məndəb boğazını və Perim adasını tamamilə nəzarətə götürüb, "Cənub nəhəngləri" briqadaları isə Dhubab rayonunda husilərlə toqquşmalara girərək onlardan bir neçəsini əsir götürüb. "Report" xəbər verir ki, bu barədə hərbi mənbələrə istinadən "A

9 oktyabr
.

Rus ordusu Annopolyeni işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Annopolye yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

8 oktyabr
.

ABŞ-da kişi 1 milyon dollar dəyərində almaz tapdı

ABŞ sakini Cek Piradin 12 ildən artıqdır almaz axtarışı ilə məşğuldur. O, Arkanzas ştatında çəkisi 6,03 karat olan almaz tapıb. Daşın dəyəri 1 milyon dollara çata bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" yazıb. Piradin Viskonsin ştatından olan dostu Maykl Şumaxerlə birlikd

7 oktyabr
.

Türkiyədə 17 bələdiyyə işçisi rüşvət ittihamı ilə saxlanılıb

Türkiyənin İstanbul əyalətinin Esenyurt bələdiyyəsində bəzi tenderlərdə saxtakarlıq edildiyi və podratçılardan rüşvət alındığı iddialarına yönəlik istintaq çərçivəsində keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb. xəbər verir ki, məlumatı "Haber Global" yayıb. Məlumata görə, sözügedən cinayə

7 oktyabr
.

Pentaqon İrana qarşı mümkün hücumlar planı hazırlayır

"The Atlantic" məlumatlı mənbələrə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Pentaqona ABŞ-da keçiriləcək ara seçkilərdən əvvəl İran hədəflərinə zərbə endirmək üçün variantlar hazırlamağı tapşırıb. xəbər verir ki, jurnalın mənbələrinə görə, Ağ Ev Pentaqondan ar

8 oktyabr
.

Rus ordusu bu ərazini tutdu

Rusiya ordusu Xarkov vilayətinin Kiyanitsa yaşayış məntəqəsini tutub. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

9 oktyabr
.

Vens: "İran müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsini azaltmalıdır"

İran ABŞ-la müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsi imkanlarını əhəmiyyətli dərəcədə azaltmalıdır. "Report"un məlumatına görə, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Reuters"ə müsahibəsində deyib. "Əgər nüvə silahı istəmirsinizsə, onda uranı niyə 60 faizə qədə

7 oktyabr
.

İran Hörmüz boğazına nəzarəti tamamilə itirib - Rubio

İran Hörmüz boğazına nəzarəti tam itirib. "Al-Jazeera" telekanalının məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib. Onun sözlərinə görə, İran nüvə proqramı ilə bağlı ABŞ ilə razılaşma əldə etmək üçün yaranmış "bir çox imkanlardan" istifadə edə bilməyib. O, Yunanıstand

7 oktyabr