Cəfər Cabbarlının oğurlanmış beyni harada saxlanılır?

Cəfər Cabbarlının oğurlanmış beyni harada saxlanılır?Cəfər Cabbarlı barədə çox yazılıb. Onun həyatı, taleyi, ölümü barədə bu gün çox əfsanələr var. Sovetlər dövründə onun keçmişi ilə bağlı bir çox faktlar gizlədildi, əsərləri yox edildi. Onu Cümhuriyyət dövründə hökumət işində çalışmasına görə çox incitdilər. "Trablis müharibə", "Araz çayı" və "Ədirnə fəthi" əsərlərinə görə ömrünün sonuna qədər təzyiqlər ilə üzləşib. Nuru Paşa ilə dostluğuna görə mütamadi olaraq çağırıb, dindiriblər.

Hər dəfə təzyiqlərə baxmayaraq, ayaq üstə durmağı bacarsa da, sonuna qədər dözə bilməyib. Sovet təbliğatı onun ürək çatışmazlığından əziyyət çəkdiyini ölüm kağızında yazsa da, bəzi məlumatlara görə böyük dramaturq əslində intihar edib. O qədər təzyiq onun psixoloji vəziyyətinə təsir edib, çıxış yolu kimi də intiharı seçib. Əbdülvahab Yurdsevər Ankarada çap etdirdiyi "Azərbaycan dram ədiblərindən Cəfər Cabbarlı" məqaləsində onun sovetlərin təzyiqlərinə dözməyərək intihar etdiyini qeyd edir.

Bir faktı da diqqətinizə çatdırım ki, Cəfər Cabbarlının beyninin həcmi çox böyük olub. Hətta fotolarına nəzər salsaz, görərsiniz ki, çiyinləri çox kiçikdir. Məlumdur ki, müxtəlif millətlərin nümayəndələri beyin çəkisinə görə fərqlənirlər. Ən ağır beyin çəkisi olan millətlər monqollar və buryatlar hesab olunur. Sonrakı yerləri belaruslar, almanlar, ukraynalılar və ruslar tutur. Daha sonra koreyalılar, çexlər və ingilislər gəlir. Siyahını yapon və fransızlar davam etdirir. Ən kiçik beyin ölçülü millət isə köklü avstraliyalılar hesab olunur. Dünyada ən ağır beyinlərdən biri, bəlkə də birincisi Cəfər Cabbarlıya məxsus olub. 2775 qram! O zamanlar Leninin beyni böyük sayılırdı, təsəvvür edin, Cəfər Cabbarlının beyni ondan da böyük idi. Leninin beyni 1350 qram olub.

Cəfər Cabbarlının dəfn edildikdən sonra Sovet gizli orqanları tərəfindən beyninin elə indiki Musa Nağıyev adına klinika, o zamankı "Semaşko" adına xəstəxanada oğurlanaraq, tədqiqat üçün Leninqrada aparıldığı haqqında iddialar var. Bu barədə Cəfər Cabbarlının xanımının sonradan dediyi də bunu təsdiq edir:

"Cənazə yuyacağa aparılanda həyətə nə qohum, nə də dost kimi tanımadığı bir neçə adam gəlib mühafizəçilərlə. Sonra onlar yuyacaq tərəfə keçiblər. Bir saata qədər orda qalıblar və çıxıb gediblər".

Hətta hazırda onun beyninin Londonda gizli bir laboratoriyada qorunub saxlanıldığı barədə fikirlərə rast gəlmək olur. İddialara görə, Leninqradda tədqiqat üçün lazımı avadanlıq olmadığı üçün Sovetlər Britaniyaya müraciət edirlər. Londondan xüsusi təyyarə ilə gəlib onun beynini aparıblar.

Dünyanın 2-3 belə nadir insanı olub ki, beyinləri tədqiqat olunub. Bunlardan biri də Cəfər Cabbarlı idi. Çünki onların bu cür istedada sahib olmalarının səbəbləri araşdırılır. Elm belə faktları tədqiq edir, çünki bəşəriyyət tarixində bu cür nadir insanlar olmasının səbəbini tapa bilmir.

Axar.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1728   Tarix: 14 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İstanbulda bina çökdü: saxlanılanlar var

Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda çökən 7 mərtəbəli binanın memarı və tikinti sahəsinin rəhbəri saxlanılıb. xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd edək ki, binanın ilk üç mərtəbəsinin çökməsi nəticəsində 2 nəfər ölüb, xilasetmə qrupları isə dağıntılar altında qala

8 oktyabr
.

Tramp İrana zərbələri təxirə salır: ABŞ bölgəyə əlavə qüvvələr göndərir

ABŞ ilə İran arasında gərginlik davam edir. Vaşinqtonun diplomatik danışıqlarla bağlı açıqlamalarına baxmayaraq, Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi, neft daşımaları və bölgədəki hərbi mövcudluq əsas müzakirə mövzuları olaraq qalır. CNN-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranl

9 oktyabr
.

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O’Konnell" obrazına qayıdıb. Axşam.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişləri zamanı Böyük Britaniyada görüntülənib. Filmdə Freyzerl

7 oktyabr
.

Aİ ölkələri Rusiyanın müdafiə sektorunu əhatə edən 22-ci sanksiyalar paketini razılaşdırıblar

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Rusiyanın müdafiə sektoru ilə əlaqəli 1,5 mindən çox şirkət və fiziki şəxsin daxil olacağı 22-ci sanksiyalar paketini razılaşdırıblar. "Report" xəbər verir ki, bu barədə TASS-a Avropadan olan mənbə bildirib. "Səfirlər 1500-dən çox müəssisə v

7 oktyabr
.

Cənubi Koreya Ukraynadan səfirini geri çağırır

Cənubi Koreya Ukraynadakı səfiri Pak Hi Çxanı geri çağıracaq. "Report" "Yonhap"a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, hökumət Ukrayna Prezidenti Volodimir Zelenskinin Şimali Koreya əsgərlərinin təhvil verilməsi barədə so

8 oktyabr
.

Putinin canlı qüvvə ehtiyatı tükənir - Kremlin Ukraynaya qarşı planı açıqlandı

Rusiya ordusunun döyüş meydanında irəliləyişində problemlər yarandığı və canlı qüvvə çatışmazlığı ilə üzləşdiyi bildirilir. Bizim.Media xəbər verir ki, bunu istefada olan britaniyalı polkovnik Hamiş de Bretton-Qordon "The Telegraph" üçün yazdığı məqaləsində deyib. Onun fikrincə, Kreml yen

8 oktyabr
.

Cümə günü ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - 12 saat davam edəcək...

Günəşdə baş verən aktivlik Yer kürəsində maqnit qasırğasına səbəb ola bilər. xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının məlumatına görə, cümə günü Yer kürəsində G1-G2 səviyyəli maqnit qasırğası gözlənilir. Mütəxəssislərin hesablamaların

7 oktyabr
.

ABŞ-da kişi 1 milyon dollar dəyərində almaz tapdı

ABŞ sakini Cek Piradin 12 ildən artıqdır almaz axtarışı ilə məşğuldur. O, Arkanzas ştatında çəkisi 6,03 karat olan almaz tapıb. Daşın dəyəri 1 milyon dollara çata bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" yazıb. Piradin Viskonsin ştatından olan dostu Maykl Şumaxerlə birlikd

7 oktyabr
.

Litva ordusu ABŞ-dən döyüş dronları alıb

Litva Silahlı Qüvvələri "Switchblade 600" döyüş dronlarının ilk partiyasını alıb. "Report" xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib. Dronları Litvaya ABŞ-nin "AeroVironment" şirkəti tədarük edir. "Switchblade 600"

7 oktyabr