Paşinyan Qarabağı belə "qoruyur" - "Bakı-Xankəndi formatı" ilə bağlı ŞOK AÇIQLAMA

Paşinyan Qarabağı belə "qoruyur" - "Bakı-Xankəndi formatı" ilə bağlı ŞOK AÇIQLAMA"Brüssel görüşünün gündəliyi əvvəl müzakirə edilən məsələlərdir. Bu, Qarabağın Azərbaycanın ərazisi olaraq tanındığı, Qarabağdakı erməni əhalisi ilə rəsmi Bakı arasında təmasların dəstəkləndiyi, sərhəd və kommunikasiyanın açılması məsələlərinin yer aldığı sülh sazişi üzərində işləməkdir. Şarl Mişelin vasitəçiliyi ilə tərəflər bunun üzərində müzakirə aparacaq. Bakının əsas tələbi İrəvanın Qarabağ iddiasından əl çəkməsindən, eləcə də Qarabağdakı erməni əhalisi ilə təmasların Ermənistanla münasibətlərə aidiyyətinin olmamasından ibarətdir".

Bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.

Ekspert vurğulayıb ki, görüşdən öncə iki istiqamətdə - həm sərhəddə, həm də Qarabağda təxribatların olması məhz bu gündəliyi pozmağa hesablanıb:

"Ermənistan tərəfi görüşdə Bakının Qarabağ tələbini arxa plana keçirmək, sərhəd məsələsini önə çıxarmaq istəyir. İrəvan sərhədin delimitasiyası prosesində "güzgü prinsipi"ni, yəni orduların geri çəkilməsi, müəyyənləşmə işinin bundan sonra aparılmasını təklif edir. Buna paralel olaraq, Qarabağ iddiasını da qondarma "Bakı-Xankəndi formatı" təklifi ilə davam etdirir. Sərhəddə təxribat buna hesablanıb. Paşinyan böyük ehtimalla görüşdə sərhəddə "güzgü prinsipi"nin tətbiq edilməsinin vacibliyini irəli sürəcək və bunun Avropa İttifaqı missiyasının işinin səmərəliliyi baxımından da əhəmiyyətli olduğunu deyəcək. Erməni baş nazir bilir ki, Aİ missiyası Brüssel üçün regiondakı maraqları baxımından vacibdir, ona görə də təxribatlarla bu məsələləri aktuallaşdırdı. Qarabağ məsələsini isə Fransanın əsas moderatorluq edəcəyi Kişinyov görüşünə saxlayır və orada nəyəsə nail ola biləcəyini düşünür".

nikol.PNG (534 KB)

Siyasi şərhçi bildirib ki, sərhədə paralel olaraq, Qarabağda da təxribatların törədilməsinin iki səbəbi var:

"Birincisi, Bakının Qarabağdakı ermənilərin reinteqrasiya ilə bağlı mövqeyini zəiflətməkdir. Təxribatlarla toqquşma yaradır, o cümlədən, separatçıların açdığı atəşi Azərbaycan tərəfinin hücumu kimi göstərir, bununla reinteqrasiyanın mümkünsüz olduğu rəyini yaratmağa çalışırlar.

İkincisi, Paşinyanın irəli sürəcəyi "Bakı-Xankəndi formatı"nın, yəni rəsmi Bakının separatçılarla danışıqlar masasına əyləşməsinin indi yaradılmasının vacibliyi arqumentini gücləndirirlər.

Ermənistanın istəyinin baş tutmayacağı bəllidir, çünki rəsmi Bakı mövqeyində qətidir və Əliyev Paşinyanın hansı oyunu oynadığını yaxşı bilir. Sadəcə olaraq, bu kimi oyunlar Brüssel görüşündə nəticə əldə ediləcəyini şübhə altına salır. Əslində Azərbaycan da artıq Ermənistanı sülhə dəvət etməyin mənasız olduğunu anlayır, Prezident İlham Əliyev də bunu ifadə edib və qeyd edib ki, bundan sonra diplomatik müstəvidən başqa addım atılmayacaq. Bu, Azərbaycanın Ermənistana qarşı yürüdəcəyi siyasətin konturlarını açır. Böyük ehtimalla rəsmi Bakı İrəvana qarşı təcrid strategiyasını genişləndirəcək və regional layihələrdən kənarda saxlamaq istiqamətində çalışacaq. Lakin işğal altındakı 8 kəndin azad olunması, o cümlədən, işğal dövründə irəli çəkilən sərhəd xəttinin tam bərpa edilməsi istiqamətində praktiki addımlar atıla bilər".

Asif Nərimanlı qeyd edib ki, Qarabağda baş verənlər Azərbaycanın daxili məsələsidir və bütün dünyada separatçılığa qarşı necə mübarizə aparılırsa, rəsmi Bakı eyni mübarizə metodundan istifadə edəcək:

"Bu da suverenliyə qarşı hərəkətlərin sıradan çıxarılması, baş qaldıranların məhv edilməsindən ibarətdir. Bu baxımdan, Xankəndidəki separatçılara qarşı sosial-iqtisadi rıçaqların gücləndirilməsi və hərbi müstəvidə tədbirlərin görülməsi kimi addımlar intensivləşə bilər. O cümlədən, Qarabağın silahsızlaşdırılması məsələsi də aktualdır. Masada danışıqlar davam edə bilər, lakin Qarabağda baş verənlər daxili məsələmiz olduğu üçün rəsmi Bakı bunu təhlükəyə qarşı addımlar kimi danışıqlardan kənarlaşdırır".

Musavat.com


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1881   Tarix: 14 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr